Hüsnü Mübarək kim idi?
12-02-2011, 14:30
Oxunub: 8 485

Misirin günə idmanla başlayan, sağlam həyat tərzi ilə seçilən keçmiş prezidenti
Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub. 1949-cu ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, leytenant rütbəsi alıb. 1950-ci ildə Bilbeys şəhərində Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub. 1956-cı il Süveyş müharibəsində iştirak edib. 1969-cu ildə Misir prezidenti Qamal Əbdül Naser onu Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edib. 1975-ci ildə Misir Respublikasının vitse-prezidenti təyin olunub. 1978-ci ilin avqustunda Misirdə “Milli Demokartik Partiya” yaradılır və Hüsni Mübarək onun sədr müavini, 1982-ci ildə isə partiyanın baş katibi təyin olunur.
O vaxtkı prezident Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi paradda öldürüldükdən sonra, ölkə konstitusiyasına müvafiq olaraq, Hüsnü Mübarək prezident təyin edilib. Ənvər Sədata sui-qəsd zamanı Hüsnü Mübarək özü də əlindən yaralanıb.
Mübarək oktyabrın 14-də Misir prezidenti vəzifəsinə keçdikdən dərhal sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. O, 1987, 1993 və 1999-cu illərdə keçirilən referendumlarda səs çoxluğu ilə yenidən prezident seçilib. 2005-ci ildə Misir Konstitusiyasına dəyişiklik edilib, bu dəyişikliklərə əsasən, partiyalar prezident postuna öz namizədlərini irəli sürmək hüququ qazanıblar. Yeni sistemlə ilk seçki 2005-ci ildə keçirilib və Hüsnü Mübarək yenə qələbə qazanıb.
Keçmiş Misir prezidentinə qarşı isə düz 6 dəfə sui-qəsd cəhdi olub. Prezident olduğu illər ərzində Mübarək Yaxın Şərqdə ən görkəmli dövlət başçılarından birinə çevrilib. Onun hakimiyyəti altında Misirin bütün ərəb ölkələri ilə diplomatik münasibətləri yaxşılaşıb. Misir 1979-cu ildə İsrail ilə sülh razılaşmasına görə Ərəb dövlətləri Liqasından üzvlük haqqı əlindən alınan yeganə dövlət olub. 1989-cu ildə Misirin liqaya üzvlüyünün bərpa edilməsinə nail olub. Ölkə iqtisadiyyatında Mübarək Misirin xarici borcunu 2 dəfə azaltmağa və turizmin inkişafına müvəffəq olub.
Bu ilin yanvar ayının 24-də Misirdə Hüsnü Mübarəkin əleyhdarlarının genişmiqyaslı etiraz aksiyaları başlayıb. Əleyhdarlar ölkədə korrupsiyanın yüksək səviyyədə olduğunu və sərvətlərin kiçik bir zümrənin əlində toplandığını bəyan edirlər. Məhz bu, Hüsnü Mübarəkə qarşı kütləvi çıxışların əsas səbəbi kimi göstərilirdi.
Ötən günə qədər Misir prezidenti olan H.Mübarək 1978-ci ildə yarı ingilis olan Süzanna Sabetlə ailə həyatı qurub. Bu evlilikdən onun iki oğlu dünyaya gəlib - Əla və Camal. 2009-cu ildə Mübarəkin nəvəsi, Əlanın 12 yaşlı oğlu Parisdə dünyasını dəyişib.
Siqaret çəkməyən və içki içməyən Hüsnü Mübarək hər gün səhər 6-da yuxudan oyanması, günə idman salonunda başlaması, sağlam həyat tərzi ilə seçilirdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər