BolgeXeber.Com » Analitika » Şəmsəddin Hacıyevə qarşı ağır ittihamlar - faktlarla

Şəmsəddin Hacıyevə qarşı ağır ittihamlar - faktlarla

9-01-2013, 10:35
Oxunub: 5 126 Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, bir sıra dövlət mükafatlarının sahibi Bədirxan Musayev deputat-rektor Şəmsəddin Hacıyevin qanunsuz əməllərinə orjinal cavab yazıb.

Professorun məktubunu olduğu kimi dərc edirik:

«Hörmətli redaksiya! Həqiqətləri yazmaqda məqsədim Dövlət İqtisad Universitetinin Şəmsəddin Hacıyevin universitet¬də törətdiyi milli xəyanət, rüşvətxorluq, tayfabazlıq və digər qanunsuzluqları ilə oxucuları tanış etmək və müvafiq orqanların insafa gəlib tədbir görmələrini təklif etməkdir. Ancaq bu fəfə Şəmsəddin əkənin qanunsuzluqlarını universitetdə dolaşan lətifələr əsasında ictimaiiyyətə catdırmaq niyyətiindəyəm. Buyurun, Hacıyevin barəsiində olan lətifələrin bəziləri ilə tanış olun:

1. Ata oğuldan soruşur: - Pul verib institutu, magistraturanı qurtardın, müdafiə etdin. İndi axırı nə olacaq?

Cavab: İqtisad Universitetində müəllim.

2. Tələbə taksi ilə gəlib binaya yaxınlaşan zaman sürücüyə deyir ki, 1-2 dəqiqə gözlə, imtahan verib qayıdıram. Sürücü tələbəyə deyir: “Ay oğul imtahan uzun çəkir. Mən o qədər gözləyə bilmərəm”. Tələbə cavab verir ki, imtahan yox, pul verməyə gedirəm.

3. Tələbə müəllimə deyir: “Ay müəllim lap kasıb və imkansızam”. Müəllim tələbədən soruşur, bəs indiyə kimi necə imtahan vermisən? Tələbə cavab verir ki, peraşkidən ikisini yeyib, ikisinə qənaət edib, imtahanları vermişəm. Müəllim tələbəyə deyir: “Oğul indi qiymətlər qalxıb”. Get, 4 peraşkidən birini yeyəndə gələrsən. Tələbə müəllimə yalvarır ki, ay müəllim imkanım yoxdur ki, sizə pul verim. Müəllim cavab verir ki, heç olmasa bir manat ver ki, əlim pis öyrənməsin. Tələbə müəllimə deyir ki, ay müəllim atamdan bu qədər pul qopara bilmişəm. Müəllim cavabında deyir: “mənim dediyim fənni hörmətdən salma! Get o qədər də anandan pul alandan sonra imtahana gələrsən.

4. Tiflisdən bir nəfər gürcü Dərbənd filialına gəlir. Bileti götürüb əsr düşmüş partizan kimi ağzını açmır. Müəllim deyir, biletdən kənar bir sual verəcəm. Onu bilsən sənə qiymət yazacam. Müəllim tələbədən soruşur: – universitetdə ən məşhur rüşvətxor kimdir? Tələbə cavab verir ki, rektor. Müəllim soruşanda ki, onun adı nədir, tələbə cavab verir ki, müəllim bu ikinci sualdır. Müəllim vədini yerinə yetirib tələbəyə qiymət yazır və deyir ki, bala ikinci suala növbəti imtahanda cavab verməsən kəsiləcəksən.

5. Orta Asiyadan instituta qəbul olan tələbə evə gedib qayıdanda rəhbərlik üçün bir qoç gətirmək fikrinə düşür. Tələbə qoçla təyyarəyə minərkən bələdçi deyir ki, qoçla təyyarəyə girmək olmaz. Tələbə cavabında “cənab bələdçi, bu qoç deyil, universitet rəhbərliyinə hədiyyədir” deyir. Bələdçi Universitet rəhbərliyi ilə əlaqəyə girib soruşur ki, “qoç hədiyyə sizə çatacaq?» Bəli cavabı aldıqdan sonra qoçu təyyarəyə buraxır.

6. Tələbənin atası oğluna deyir ki, ay oğul imtahanın saat 9 –da başlayıb, artıq saat 3-dür. Sən nə zaman imtahan verəcəksən? Oğul atasına cavab verir ki, ay ata, narahat olma! Rektor müəllimlərə göstəriş verib ki, axırıncı tələbə imtahana pul gətirənə qədər onu gözləyin. Atası oğluna deyir: Afərin belə rektora.

7. Rektordan soruşurlar ki, nə üçün saxtakarlıq edirsən? Cavab verir ki, saxta¬kar¬lıq etməsəm, məqsədimə çata bilmərəm.

8. Bəs nə üçün yüksək titullu, səviyyəli əməkdaşları Universitetdən qovursan? - Onlar həqiqəti danışırlar. Həqiqəti danışanlardan isə mən qorxuram. Onlar mənim işlərimə mane olurlar.

9. İddiaçı məhkəməyə müraciət edir ki, rektor məni təhqir edib. Hakim rektordan külli miqdarda pul aldıqdan sonra iddiaçıya deyir ki, “rektorda elə sənəd var ki, nəinki səni təhqir edə, hətta başını kəsə bilər....”

10. Rektora sual verirlər ki, sənin cinayətlərin barədə prokurorluğa şikayətlər yazıldıqda nə edirsən?

- Prokurorluq orqanları şikayəti 10 mərhələdən keçirdikdən sonra mənə göndərəcək. Mən də cavab verəcəm ki, təsdiq olunmur.

11. Müdafiə Şurasının iclasında sədr iddiaçıya sual verir ki, kimdir bizim düşmənlərimiz? İddiaçı cavab verir ki, ermənilər. Sədr “mən daxili düşmənlərimizi soruşuram dedikdə, iddiaçı cavab verir ki, siz və sizin kimi 35-50 min manat rüşvət alıb savadsızlar və qarnı piylilər yetişdirənlər.

12. Şəmsəddin əkəyə deyirlər ki, 4 nəfərdən ibarət keyfiyyətə nəzarət komissiyası yaratmısınız. Komissiya sədri kimi təyin etmisiniz?

- Keçən il Universiteti qurtarmış Rüfət Maiseyeviçin bacısı qızını təyin etmişəm. Bilirsiniz də bura artıq mənim özəl universitetimdir....

13. Şəmsəddin əkə, iqtisad elmləri doktoru, professor, dövlət mükafatı laureatı, Türk dünyasının akademiki və i.a. titulların sayına fəaliyyətinə görə universitetdə yeganə şəxs olan Bədirxan Musayevin əleyhinə əməkdaşları necə qaldıra bildiniz?

- Jirnovskinin sözü ilə desək, mənim də 20 mindən çox qoyunum vardır. Ağızları nədir mənə qulaq asmasınlar! Onları yem bazasından tamam məhrum edərəm. Bunu onların özləri də yaxşı bilirlər.

14. Şəmsəddin müəllim, Deyirlər, ətrafınıza topladığınız adamlar rüşvətxorluqda heç də sizdən geri qalmırlar! Bu, doğrudurmu?

- Doğrudur! Çünki “kor atın kor da nalbəndi olar”.

15. Şəmsəddin müəllim, Siz monoqrafiyanı ruslar, dissertasiyanı isə ukraynalılar üçün yazıb müdafiə etmisiniz. Bunu nəzərə aldıqda Siz Azərbaycanda necə millət vəkili seçilmisiniz?

- Hamı kimi. Əşi, əsas pul olsun. Və bu dövrün özünəməxsus özəlliyi olan yaltaqlıq, fırıldaqçılıq və saxtakarlığı da mütləq bacarmalısan. Vaxtında Cəlal Əliyev imkan vermədi, yoxsa rektorluğumun tarixi azı 15 il əvvələ gedərdi...

/Tia.az/