Rusiyalı siyasi texnoloqdan sensasion proqnoz
20-03-2013, 10:45
Oxunub: 6 598
Tanınmış siyasi texnoloq və politoq, Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə keçmiş idarə rəisi Modest Kolerov haqqın.az-a müsahibəsində Azərbaycanda hazırkı siyasi durumu dəyərləndirib. Politoloq həmçinin ölkənin yaxın gələcəyilə bağlı proqnozlarını da açıqlayıb.
Azərbaycanda son vaxtlar intensivləşən etiraz aksiyalarından danışan siyasi texnoloq bildirib ki, ölkədəki belə sosial-siyasi etirazların səbəbləri çoxdan yetişib. Modest Kolerov bu səbəblər arasında hakimiyyətdaxili qruplar arasındakı mübarizəni də xüsusi qeyd edib: “Hesab edirəm ki, artıq bürokratiya parçalanıb. Hakimiyyətdə təmsil olunanların bəziləri növbəti hakimiyyətin formalaşmasında iştirak etməyə çalışır”.
Rusiyalı politoloq deyir ki, Azərbaycan hakimiyyətinin taleyi Qərbdən asılıdır: “Qərb ən müxtəlif ssenarilərlə bağlı özünün təsir rıçaqlarını hazırlayır”.
Rusiya və Azərbaycan arasındakı münasibətlərin soyuq olmasına gəlincə, Modest Kolerov bildirib ki, əlaqələr Ilham Əliyevin görmək istədiyi səviyyədədir: “Qəti əminəm ki, bu münasibətlər 90 faiz Bakıda formalaşır”.
Siyasi texnoloq “Milyarderlər Ittifaqı”nın fəaliyyətilə bağlı sualı cavablandırarkən deyib ki, bu qurum artıq özünün siyasi rolunu oynayıb: “Bu təşkilat müntəzəm və sistemli iş apara bilməyəcək. Düşünmürəm ki, heç bunu istəyir də...”
Müsahibəsinin sonunda isə Modest Kolerov yaxın gələcəkdə Azərbaycanın indiki iqtidarının aqibətilə bağlı kifayət qədər bədbin proqnozlar verib: “Bu hakimiyyət əgər Qərbin maraqlarına tam cavab verə bilsə, bir müddət qalacaq. Amma mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan hakimiyyəti Mübarəkin taleyini yaşayacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər