Hakimiyyətdə dörd məmur müəmması
28-03-2013, 11:15
Oxunub: 6 723
Edar Mahmduov, Samir Şərifov, Qərib Məmmədov və Aydın Əliyevin adı niyə siyahıdan çıxarılıb?
Bölgələrə ezam olunan məmurlarla bağlı siyahıda torpaq və xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədovla dövlət gömrük komitəsinin sədri Aydın Əliyevin adının olmaması barədə məlumat vermişdik. Bildirmişdik ki, halbuki bu məmurların rayonlara ezam olunması, sakinlərlə təmas qurması daha vacibdir.
Çünki daha çox narazılıq məhz Qərib Məmmədovla Aydın Əliyevin rəhbərlik etdiyi sahələrdəndir. Istər torpaq bölgüsü, istərsə də gömrükdə baş verən qanun pozuntuları əhalinin ən yaralı yeridir. Lakin hansısa səbəbdən nə Aydın Əliyev, nə də Qərib Məmmədovun rayonlara ezam olunması məqsədəuyğun sayılıb.
Bu günlərdə bəlli olub ki, daha iki məmurun adı bu siyahıda yoxdur. Bunlar milli təhlükəsizlik naziri Eldar Mahmudovla maliyyə naziri Samir Şərifovdur. Bu məmurların da rayonlara ezam olunması digərlərindən daha vacibdir. Məsələn, dövlət sərhəd xidmətinin rəhbəri Elçin Quliyevin, gənclər və idman naziri Azad Rəhimovun rayonlara ezam olunmasındansa Eldar Mahmudov, Samir Şərifov, Aydın Əliyev və Qərib Məmmədovun sakinlərlə təmasda olması, problemləri müzakirə etməsi daha məqsədə uyğundur. O zaman sual yaranır: Nədən bu məmurlar siyahıdan çıxarılıb?
Bununla bağlı redaksiyamıza müxtəlif məlumatlar daxil olur. Bəzi məlumatlara görə, hakimiyyət adıçəkilən məmurlarla vidalaşmağı düşünür. Bu baxımdan da onların nazir kimi fəaliyyətlərinə formal yanaşılır.
Bəzi məlumatlarda isə iddia edilir ki, bu məmurlar xüsusi imtiyazlara sahibdir. Qərib Məmmədov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çox yaxın şəxsdir. Aydın Əliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Eldar Mahmudovla yaxınlığı ilə seçilir. Lakin rayonlara ezam olunan məmurlar arasında da ən yüksək səviyyədə himayə olunanlar var. Bu baxımdan ikinci məlumat bir qədər inandırıcı görünmür.
azadlıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər