BolgeXeber.Com » Analitika » Mətbu orqanlarla “Məktəbli və tələbə” iaşə ATSC -in məhkəməsi davam edir

Mətbu orqanlarla “Məktəbli və tələbə” iaşə ATSC -in məhkəməsi davam edir

23-04-2013, 09:10
Oxunub: 6 480 Bir neçə müddət bundan əvvəl “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbərlərindən olan Əzizağa Sultanov “Qafqaz region” internet portalının təsisçisi və baş redaktoru Tağıyev Mahmud Rasim oğluna, “Bölgexeber.com” internet portalının rəhbəri Sultanov Vasif Əhmədağa oğluna , “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzetinə qarşı şərəf və ləyaqəti ləkələyən məlumatın təkzib edilməsi, üzr istənilməsi və vurulmuş mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

“ “Qafqaz Region” portalının rəhbəri Mahmud Tağıyev bizimlə söhbətində bildirdi ki, Ə.Sultanovun şikayətini və tələblərini tamamilə əsassız hesab edir.Baş redaktor qeyd etdi ki,”Sadəcə olaraq Ə.Sultanov istəyir , onun qanunsuz fəaliyyəti ilə bağlı mətbuatda heç kim heç nə yazmasın. Buna görə də hansısa bir yazıya görə eyni anda bir neçə mətbu orqanı məhkəməyə verərək mətbuata qarşı təyziq edir , gördüyü qanunsuz işlərin yazılı və elektron mediada yayılmasının qarşısını bu yolla almağa cəhd edir.
Ancaq təbii ki, onun bu cəhdləri əbəsdir. Biz, Azərbaycan mətbuatı olaraq, bu cür məhkəmə təyqiqlərindən qorxan deyilik və bundan sonrakı fəaliyyətimizdə də hər zaman çalışacağıq ki, Ə.Sultanov və onun kimilərinin qanuna zidd əməllərinin ifşa edilməsinə nail olaq”.
Xatırladaq ki,ki, Ə.Sultanov iddiaya səbəb kimi konkret olaraq “Qafqaz Region” internet portalının 11 sentyabr 2012-ci il tarixli buraxılışında ,adıçəkilən digər mətbu orqanlarda isə ayrı-ayrı tarixlərdə dərc olunan “Minlərlə şagirdin həyatını təhlükəyə atan İlham Hacıyev kimdir?” başlığı ilə dərc olunan eyni yazıda haqqında səsləndirilən fikirləri göstərmişdir Mətbu orqanlarla “Məktəbli və tələbə” iaşə ATSC -in
məhkəməsi davam edir
.Çünki yazıda Əzizağa Siltanovla yanaşı əsasən İlham Hacıyevin dövlət büdcəsindən ayrılan pulun yeyilməsinə qarşı olan fikirlər öz əksini tapıb ki,bununla da əlbəttə onun qanunsuz şəxsi maddi maraqlarına toxunulub.

Yazıda bildirilir ki,İ.Hacıyev baş nazirin müavini Abid Şərifovun qohumudur və onun etdiyi qanunsuzluqlara göz yumulmasının da kökündə A.Şərifovla qohum olması amili də dayanır .Qeyd edək ki, bu barədə məlumatı bir müddət öncə “Gündəlik-Bakı” qəzeti də yaymışdı. Ancaq araşdırmalarımız nəticəsində məlum olub ki, indiyəcən, İlham Hacıyevin qanunsuz maliyyə əməllərinin arxasında ən əsas duran şəxs məhz , onun dügər qohumu olan ,bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan keçmiş təhsil naziri Misir Mərdanov olub. Məsələdən agah olmayanlar üçün mövzudan təsəvvürləri olsun deyə xatırladaq ki,məhkəmə predmeti olmuş yazıda bildirilir ki, “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyəti , Bakı şəhərində yerləşən məktəblərə qida məhsullarını yayır. İlham Hacıyev də bu cəmiyyətin məşvərət şurasının sədri, yəni rəhbəridir. Məlumat üçün bildirək ki,ölkəmizdə Sovet dövründə məktəb bufetlərinə yeməkləri xüsusi bir idarə, “Tədarük İttifaqı” göndərirdi. İndi məktəb bufetlərinə qida məhsullarını dediyimiz kimi “Məktəbli və Tələbə İaşə” Açıq Tipli Səhmdar Cəmiyyəti verir. Bakı Şəhəri Təhsil İdarəsindən aldığımız məlumata görə, məktəb bufetlərinə və şagirdlərin burada qidalanmasına Valideyn-Müəllim Assosiasiyaları nəzarət edir.

Azərbaycan Valideyn-Müəllim Assosiasiyasından alınan məlumata görə onlar bu sahədə tam nəzarət əldə edə bilmirlər: “Bufetlərə qida nəzarəti tam olaraq mümkün deyil, çünki məktəblərin hamısında təşkilat fəaliyyət göstərmir. Həm də biz sadəcə QHT kimi fəaliyyət göstəririk, bizim lazımı laboratoriyamız, ixtisaslaşmış həkimimiz yoxdur”.
Onu da bildirək ki, bu cəmiyyət artıq uzun illərdir bu fəaliyyətlə məşğuldur. Hətta bağçalara qida paylanması işi də bu qurumun inhisarında idi. Lakin sonradan nə baş verdisə, bağçalara qida verilməsi işini bu cəmiyyətdən aldılar. Mənbələrimiz iddia edir ki, qidaların keyfiyyətsizliyi ucbatından bağçalara məhsul paylanması İ.Hacıyevin rəhbərlik etdiyi cəmiyyətdən alınıb. Nəzərə alın ki, hər dərs ili başlayan kimi “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 500 min manat vəsait ayrılır. Bu qədər vəsaitlə isə məktəblərə demək olar ki, heç bir məhsul alınıb, verilmir.
Qeyd edək ki, “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin Bakıda təxminən 11 bazası var.Yazıda bildirilir ki, baza müdirlərindən qurumun rəhbəri İlham Hacıyevə ən yaxın olanı isə Qaradağ rayonundakı bazaya rəhbərlik edən Əzizağa Sultanov olub və onun İ.Hacıyevin sağ əli olduğu bildirilir. Ə.Sultanovun oğlu Orxan Sultanov isə Yasamal rayonunda yerləşən bazaya rəhbərlik etdiyi göstərilir. Ə.Sultanov oğlunu bu vəzifəyə təyin etmək üçün İ.Hacıyevlə yaxınlığından istifadə edib.



Xatırladaq ki, məhkəmə iddiasına səbəb olan yazıda “Məktəbli və tələbə” ASC-nin məktəblərə keyfiyyətsiz qida payladığı, həmçinin, ASC-nin Qaradağ bazasının rəhbəri olan Ə.Sultanovun bufetçilərdən rüşvət aldığı, onlardan aylıq haqq tələb etdiyi iddia olunurdu. Məlumatda o da bildirilirdi ki, “Ə.Sultanov dərs ili başladıqdan sonra dövlət tərəfindən məktəblərə endirimli qiymətlərlə verilməli olan qida məhsullarını məktəblərə paylamır və bunları özü satır. Əvəzində isə öz bazalarında istehsal olunan keyfiyyətsiz məhsullar təklif edir. Məktəb bufetçiləri isə bu məhsulları almaqdan imtina edir.
Bu halda da Ə.Sultanov onlardan gündəlik rüşvət alır və bildirir ki, o, bufetçilərə öz qida məhsullarını zorla satmayaraq, onlara bufeti özləri istədikləri kimi işlətməyə şərəait yaradır. Ə.Sultanov hazırda da Yasamal və Qaradağ rayonunda yerləşən məktəblərin bufetçilərinə qan uddurur.
Belə ki, Ə.Sulatanovun Yasamal və Qaradağdakı məktəblərin bufetçiləri ilə yeni müqavilə bağlamaq üçün onlardan 500 manat rüşvət tələb edir və bu prosedur İlham Hacıyevin tapşırığı ilə həyata keçirilir. Ancaq bununla belə Ə.Sultanov hər gün bufetçilərə müəyyən məbləğdə faktura yazır və onlara qida məhsulu verildiyini göstərir. Yaxşı, bəs Ə.Sultanov kimdir ki, dövlət tərəfindən məktəblərə ayrılan qida məhsullarını müxtəlif maxinasiyalar vasitəsilə “yeyir?
Aydındır ki,Ə.Sultanov bütün bu işləri qurumun rəhbəri İ.Haciyevə güvənərək həyata keçirib”.
Məlum yazıda həm Ə.Sultanov, həm də onun rəhbəri olan İ.Hacıyevin digər qanunsuz maxinasiyaları ilə bağlı da iddialar yer alırdı.
Görünür, bu faktlardan narahat olan adı çəkilən şəxslər məlum yazını yayımlayan mətbu orqanları susdurmaq üçün məhkəmə yoluna baş vurublar. Bundan başqa yazıda o da qeyd olunurdu ki,verilən məlumata görə “Ə.Sultanovla qəhrəmanımız məclislərdən birində kefinin kök vaxtı rəhbəri İ.Hacıyev barəsində heç də xoş olmayan fikirlər səsləndirib. Deyilənə görə, Ə.Sultanov İ.Hacıyevin yığdığı bu qədər varidatın ondan sonra kimə qalacağını sorğu-sual edərkən, belə nəticəyə gəlib ki, müdirinin qazandığı pullar yad oğullarına qismət olacaq. Babalı deyənin boynuna. Araşdırmalarımız nəticəsində həm də o bəlli olmuşdu ki, Ə.Sultanovun Yasamal rayonundakı bazaya rəhbərlik edən oğlu Orxan Sultanov universitetlərdən birinin əyani fakültəsində təhsil alır. Bununla belə, gördüyünüz kimi vaxt tapıb Yasamal rayonu boyda yerdə məktəblərə qida paylayan bazaya da rəhbərlik edir”.

İddiaçı dərc edilmiş bu kimi məlumatların təkzib edilməsi, ondan üzr istənilməsi vəzifəsinin mətbu orqanların üzərinə qoyulması və dəymiş mənəvi zərər onlardan müştərək qaydada ona 10.000 manat kompensasiya tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Nəhayət keçən ildən davam edən məhkəmə prosesi sona çatmış və məhkəmə Yasamal rayon Məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş, iddiaçı Sultanov Əzizağa Böyükağa oğlunun şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumata görə “Qafqaz region” internet portalı, “Bölge.Xeber.Com” internet portalı, “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzeti tərəfindən təkzib verilməsi və üzr istənilməsi, təkzib qətnamə icraya yönəldiyi və təkzibin verilməsi tələbi ”Qafqaz region” internet portalı, “Bölge.Xeber.Com” internet portalı, “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzetinə daxil olduğu gündən sonrakı nömrədə verilməsi, mənəvi zərərə görə 600 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat bizim tərəfimizdən, yəni “Qafqaz region” internet portalı, “Bölge.Xeber.Com” internet portalı, “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzetindən müştərək qaydada tutularaq iddiaçı Sultanov Əzizağa Böyükağa oğluna ödənilməsi barədə 24 yanvar 2013 –cü il tarixli qətnamə qəbul etmişdir.
Qeyd edək ki,məhkəməyə verilmiş 5 mətbu orqan öz hüquqlarının müdafiəsi üçün“Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri , peşəkar hüquqşünas Tağı Hüseynova müraciət emişdilər. Məhkəmədə cavadehlərin hüquqlarını müdafiə edən peşəkar hüquqşünas Tağı Hüseynov məsələ ilə bağlı əməkdaşımıza açıqlamasında bildirmişdir ki,qərar əsassız və ədalətsiz olduğundan bununla bağlı artıq apellyasiya şikayəti edilmişdir.Hüquqşünas Tağı Hüseynov məhkəmə qərarı ilə həmçinin bunları bildirmişdir:
“Əvvəla onu qeyd edim ki,Yasamal rayon Məhkəməsi bir sıra məsələlərdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Məsələn,məhkəmə bildirişlərini və qətnaməni Mahmud Tağıyeva təqdim etmədiyinə görə həmin məhkəmədən cavabdehin xəbərim olmamış və bu səbəbdən cavabdeh məhkəmədə iştirak edə bilməmiş,həmçinin məhkəməyə öz sübutlarını təqdim edə bilməmiş ,mövqeyini ortaya qoya bilməmişdir.

Buna görə də bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən, “işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir.
Bu hərəkəti ilə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci və 88-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Lakin bizə məlum olmayan hansısa səbəbdən məhkəmə bunu etməmiş və cavabdehlərə qarşı qərəzli mövqe tutaraq, heç bir sübut olmadan, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddianı qismən təmin etmişdir.
Yenə də həmin Məcəllənin 385.1.1-ci maddəsində göstərilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır”. Hüquqşünas Tağı Hüseynov fikrincə bu sadalamanı davam etmək olar, ancaq qeyd olunanlar belə məhkəmə prosesinin kobud pozuntularla müşayət olunması nəticəsinə gəlməyə kifayət edir.Buna görə də hüquqşünas hesab edir ki,
Yasamal rayon Məhkəməsinin 24 yanvar 2013-cü il tarixli qətnaməsi ləğv edilməli, ədalətli qətnamə qəbul edilməlidir”. Məsələnin hüquqi tərəfindən başqa onun mənəvi tərəfi də az əhəmiyyətli deyil. Ancaq buna məhkəmədə demək olar ki, önəm verilməyib.Halbuki məhkəməyə səbəb olan məqalə şəxsidən çox ictimai xarakter daşıyır.Bu baxımdan da qeyd etmək lazımdır ki, yazıda adı çəkilən şəxslərin tənqid olunması heç də onların şəxsiyyətlərinə qarşı yönəlməyib və yazıda məqsəd heç də onları gözdən salmaq deyil.
Yazının məzmunundan da açıq aydın görmək olar ki, yazıda səslənən fikirlərdə əsasən zərərli qida məhsullarının minlərlə uşağın sağlamlığına təhlükə doğura biləcəyindən doğan narahatçılq və dövlət büdcəsindən ayrılan pulların maxinasiya yolu ilə yeyilməsi öz əksini tapıb. Buna görə də əgər ortada qanunsuz əməllər varsa , yazıda səslənən fikirlərin “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin məsul işçilərinin şərəf və layaqətinin ləkələnməsindən söhbət belə gedə bilməz. Xatırladaq ki, adıçəkilən obyektiv yazı heç də havadan yox,redaksiyaya daxil olan şikayət əsasında , məsələ araşdırılaraq yazılmışdır.
Normalda qarşı tərəf, əgər müəissənin fəaliyyətində neqativ hallar varsa və mətbuat bunu işıqlandırırsa mətbuatı məhkəməyə vermək əvəzinə həmin halları aradan götürməlidir. Ən azından isə qarşı tərəf yazıda onun ləyaqətini ləkələyən məqamlar görürsə sadəcə bu baradə öz mövqeyini elə adı çəkilən mətbu orqanlarda bildirə bilər və bununla bağlı təkzib verərdi. Ancaq məlum olduğu kimi nə İlham Hacıyev, nə də Əzizağa Sultanov buna heç çəhd də etməmişdilər. Bu da onu göstərir ki, yazıda göstərilən faktlar həqiqəti əks etdirir. Umumiyyətlə İlham Hacıyeva bildirmək istəyərdik ki, mətbuatın işi elə ictimai xarakter daşıyan mövzuları, neqativ halları tapıb işıqlandırmaqdır ki, bu da ancaq cəmiyyəti, dövlətin xeyrinədir, Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, qarşı tərəfin mətbu orqanları məhkəməyə verməsinin əsas səbəbi heç də şərəf və ləyaqətin tapdanması iddiası deyil, etdikləri qanunsuzduqları ört-basdır etməkdir.
Məhkəməyə verilən mətbu orqanlar hal-hazırda da birlikdə cəmiyyətin qida məhsullarını payladığı dövlət müəssələrində manitorinq apara bilər və inanırıq ki, çox guman ki, indi də orda bir sıra qanunsuzluğlar üzə çıxacaq. Onu da deyək ki,cəmiyyətin fəaliyyətini tənqid edən tək adı çəkilən mətbu orqanlar olmamışdır.Onun rəhbərinin fəaliyyəti mütəmadi olaraq həm qəzetlər,həm saytlar ,həm də telekanallar vasitəsilə tənqid obyekti olub.Cəmiyyətin işində nöqsanlar barəsində ANS kanali və digər telekanallar da dəfələrlə tənqidi reportaj hazirlamişdir.Amma İlham Hacıyevin sədr olduğu cəmiyyəti həmişə kimlərsə yoxlamalardan qoruyub.
Əslində yüzlərlə dövlət müəissəsinə qida məhsulları paylayan və onminlərlə uşağın qida ilə təmin edən “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyət kimi müəissələrin fəaliyyəti tam şəffaf olmalı və onun qapısı da mətbuata daima aşıq olmalıdır.Əgər söhbət onminlərlə uşağın zəhərlənə biləcəyindən gedirsə mütləq ümumtəhsil məktəblərinin yeməkxanalarına verilən qidalara həm dövlət,həm cəmiyyət,həm də mətbuat tərəfindən güclü nəzarət olmalıdır.
Ancaq İlham Hacıyevin özünü aparmasından görünür ki,o hər vəchlə sədri olduğu cəmiyyətin fəaliyyətini cəmiyyətdən gizlətmək istəyir və , bu baxımdan “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətini qapalı,”bağlı tipli” məxfi quruma çevirib.Görünür onu ən əsas Azərbaycan cəmiyyəti yox,öz “cəmiyyəti” maraqlandırır.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq...