BolgeXeber.Com » Analitika » Kərəm Həsənov həbs təhlükəsi ilə üz-üzə

Kərəm Həsənov həbs təhlükəsi ilə üz-üzə

24-04-2013, 15:40
Oxunub: 8 354 Komitə sədrinin Ramiz Mehdiyev əleyhinə kampaniya apardığı üzə çıxıb

Məlum olduğu kimi Prezident Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam verdi. Həmin sərəncama əsasən ölkədə böyük bir kompleksin əsası qoyulacaq. Və bu kompleks Daşkəsəndən Gəncəyə və oradan da Bakıya qədər əraziləri əhatə edəcək.
Qeyd edək ki, son dövrlər polad istehsalçıları arasında ciddi problemlər yaşanır. Hətta bu məsələ ilə əlaqədar həbs olunanlar belə var. İşin maraqlı tərəfi odur ki, Prezident yeni yaranan quruma Baki Steel Companiyin icraci drektoru Rasim Məmmədovu rəhbər təyin edib. Beləliklə, Kərəm Həsənov Prezidentin bu sərəncamından sonra ən azı 1 il özünə gələ bilməyəcək. Əgər o bir ili qohumu Fərhad Əliyev və ya Misir Mərdanovun taleyini yaşamasa. Bu haqda bir az sonra.
Məlumat üçün qeyd edək ki, Kərəm Həsənov Dövlət Əmlak Komitəsinə rəhbər təyin edildikdən sonra özünə mal-mülk yığmaq eşqinə düşüb. Və bacarıb da. Daxil olan məlumatlara görə Kərəm Həsənov həmin mal-mülkü toplamaq üçün bütün vasitələrə əl atıb. Hətda ölkə mətbuatından da geniş şəkildə istifadə etməyi bacarıb. Belə ki, DƏK-nə rəhbər təyin edildikdən sonra Dərnəgüldə yerləşən Evtikmə Kombinatının balansında olan 22 hektar torpaq sahəsini cəmi cümlətani 2 yüz min manata, Nəqliyyat Nazirliyinin yanındakı 3 hektar ərazini isə öz qardaşının adına özəlləşdirərək hündürmərtəbəli bina inşa etdirib.
Bundan əlavə olaraq Kərəm Həsənov Zığ şosesində yerləşən “Kombinat”la Xəzər dənizin arasında olan dəniz kənarındakı hektarlarla sahəni də kiçik miqdarla özəlləşdirməyi bacarıb.
Amma proses bununla da yekunlaşmış. Məsələ belədir ki, komitə sədri xoşuna gələn və əldə etmək istədiyi müəssisəni rahatca ələ keçirməyin yollarını da öyrənibmiş. Belə ki, o əldə etmək istədiyi müəssisənin rəhbərliyi haqda qardaşı Malik Həsənovun Sahib adlı koməkçisi vasitəsi ilə müxtəlif jurnalistlərə 500-1000 manat verməklə nufuzdan salıçı məlumatlar ötürür və dərc olunan materaillardan bir qovluq hazırlayıb ölkə rəhbərliyinə təqdim edərək həmin adamln “fatihəsini” oxutdururmuş.
Nəticədə isə Kərəm Həsənov bu yolla öz istəklərini rahatca həyata keçirməyi bacarırmış. Buraya Azərboru İstehsalat Birliyini, Sumqayıt Alminum zavodunu və digərlərini misal gətirmək olar. Eyni zamanda, qohumların adına kiçik müəssisələri keçirməklə də özəlləşdirmə aparan Həsənov bunu böyük zavodlarda həyata keçirməyin də yollarını tapıb.
İndi isə qayıdaq mətləbə. Məsələ belədir ki, yeni kompleksin rəhbəri Rasim Məmmədovla Kərəm Həsənov arasındakı hüsumət hələ xeyli əvvəllə gedib çıxır. Belə ki, o, Rasim Məmmədovu hədəfə alaraq, onun nəzarətindəki obyektlərə sahib çıxmaq istəyir. Bunun üçün ilk olaraq qardaşı deputat Malik Həsənovun imkanlarından yararlanır. Yəni, yenə də deputat qardaşın köməkçisi Sahib adlı şəxs bəzi jurnalistləri görüm-baxım edərək, onlara Məmmədov barəsində «ifşaedici» məlumatlar yaymağı tapşırır. Amma bu dəfə daş qayaya rast gəlir. Çünki Rasim Məmmədovla bağlı yazılanlara rəğmən, ona batmaq mümkün olmur. Və bir müddətdən sonra komitə sədri müəyyənləşdirir ki, sən demə, Rasim Məmmədov Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevlə yaxın dost imişlər. Və elə onun dalında Ramiz Mehdiyev dayanıb.
Ancaq polad biznesini ələ keçirmək üçün hirslə mübarizəyə başlamış Kərəm Həsənov dayanmaq fikrində olmur. Nəticədə, bu dəfə Ramiz Mehdiyevə qarşı mübarizəyə başlayır. Bununla hesab edir ki, Rasim Məmmədovun arxasında dayanan Ramiz Mehdiyevi vura bilərsə, istəyinə çatacaq. Elə buna görə də, bütün mətbuat orqanlarında bu cür kampaniyanın aparılmasına start verilir. Üstəlik, buna paralel olaraq Kərəm Həsənov yaxın ətrafına da Ramiz Mehdiyevi gözdən salan, onun prezidentə sadiq olmayan məmur kimi təqdim edilməsinə də başlaması barədə göstəriş verir.
Lakin çox keçmir ki, sirrin üstü açılır. Rasim Məmmədov bütün işlərin Kərəm Həsənov tərəfindən həyata keçirildiyinə dair topladığı bütün dəlil və sübutları günün birində dövlət başçısına təqdim edir. Və xahiş edir ki, prosesin qarşısının alınmasına yardımçı olsun. Üstəlik, burada Ramiz Mehdiyevin də adının keçməsi PA rəhbərinin də prosesə qoşulmasına gətirib çıxarıb.
Son məlumatlara görə, hal hazırda Kərəm Həsənovun vəziyyəti ürəkaçan deyil. Hətta belə bir xəbər də mövcuddur ki, komitə sədri də Fərhad Əliyevin aqibətini yaşaya bilər. Ola bilər ki, proses fonunda o, canını da qurtara bilsin və Misir Mərdanov kimi işdən çıxarılmaqla kifayətlənsinlər. Ancaq hər şey gözləniləndir. Hər halda hakimiyyətin ən yüksək eşalonunda əyləşənlərə qarşı bu cür kampaniyaların aparılmasına asanlıqla göz yumulacağı inandırıcı deyil.
P.S. Yaxın günlərdə sözügedən komitənin sədrinin xaricdəki mülk və biznesləri barədə geniş məlumat verəcəyik.
Tia.az