ŞOK GƏLİŞMƏ! Hadı Rəcəblinin Milli Məclisə deputat seçkisindən imtina xəbəri yayıldı
1-02-2020, 10:56
Oxunub: 20 127
Beş çağrış millət vəkili, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəblinin Milli Məclisə deputat seçkisindən imtina etməsi ilə bağlı məlumat yayılıb.
İxa.az xəbər verir ki, bu barədə məlumat, sosial şəbəkədə ildırım surəti ilə yayılaraq müzakirələrə səbəb olub.
Bildirilib ki, Rəcəbli Hadi Musa oğlu, Milli Məclisə deputat seçkisindən imtina edib.
Qalmaqallarla yadda qalan millət vəkilinin geri addım atmasının səbəbi də sosial şəbəkədə tirajlanıb.
Qeyd edilib ki, "yuxarıların göstərişi belədi, necə məsləhətdir elə də olmalıdır " ifadələri yer alıb.
TANITIM:
Rəcəbli Hadı Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus, Azərbaycan-Koreya, Azərbaycan-Serbiya, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Siyasi elmlər doktoru, professordur, "ƏMƏK İGİDLİYİNƏ GÖRƏ" medalı (1976), "ƏMƏK RƏŞADƏTİNƏ GÖRƏ" medalı (1977), "ŞƏRƏF" nişanı (1986), "ŞÖHRƏT" ordeni (2007), İkinci dərəcəli "VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ" ordeni (2017) ilə təltif edilmişdir. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Evlidir, 4 övladı, 10 nəvəsi var.
Redaksiyadan: Sosial şəbəkədə yayılan məlumatı dəqiqləşdirmək üçün hörmətli Hadi Rəcəbli ilə əlqə saxlaya bilmədik. Bu səbəbdən məlumatın həqiqət olmasını deyə bilmərik...
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq!
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət