Məhərrəm Əliyev :“Çox bilmiş quşlar dimdiyindən ilişər”
7-05-2013, 09:55
Oxunub: 6 790
Məhərrəm Əliyev Prezident Administrasiyasındakı hadisədən danışdı
“Bir neçə gündür mətbuatda hərbi xidmətdə olarkən intihar etmiş əsgər İsmayıl İbayevin valideynləri ilə Prezident Administrasiyasında görüş zamanı yaranan gərginlik, guya onların təhqir olunması ilə bağlı məlumatlar dərc olunur. Və həmin materiallarda mənim adım hallanır. Əsgərin valideynləri guya mənim göstərişimlə Administrasiya mühafizəçiləri tərəfindən təhqir edilib. Mən adımın həmin xəbərlərdə bu şəkildə hallandırılmasına reaksiya verməyə bilmərəm”.
Bu sözləri “qafqazinfo”ya açıqlamasında prezidentinin müdafiə məsələləri üzrə xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev bildirib. M. Əliyevin bildirib ki, əsgər İbayev İsmayıl xidmət etdiyi Naxçıvan Muxtar Respublikasında 2012-ci ilin iyulun 31-də vəfat edib. Baş verən hadisədən sonra onun komandirləri Rövşən Ataşovla Röyal Əliyev ittiham olunaraq barələrində həbs qərarı seçilib: “Bu hadisədən düz dörd ay sonra, yəni ötən ilin 30 noyabrında cənab prezidentin sərəncamı ilə mən məlum vəzifəyə təyin olunmuşam. Göründüyü kimi artıq mən təyin olunanda həmin hadisə ilə bağlı istintaq da başa çatmışdı. Lakin mən vəzifəmin icrasına başlayandan bugünə kimi həmin əsgərin valideyinlərini düz üç dəfə qəbul etmişəm. Hər dəfə də bir neçə generalın işitrakı ilə onları dinləmişik. Baş verən hadisə, istintaqın gedişi, aparılan araşdırmalar haqqında onlara məlumat verilib. İkinci görüşdə valideynləri bizdən tələb ediblər ki, işin istintaqı alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilsin. Biz də onlara izah etmişik ki, qaldırdıqları məsələ digər qurumların səlahiyyətinddədir və işin alınıb MTN-ə verilməsi üçün məktubla müraciət etmələrni tövsiyə etmişik. Və məktub da yazılıb. Onlarala sonuncu görüş zamanı mərhum əsgərin anası onlarla digər valideynin qarşısında özünü əsəbi aparmağa başladı, qeyri-normal hərəkətlər etdi, özünə xəsarətlər yetirdi. Onun səs-küyünə mühafizəçilər və polis əməkdaşları gəlib ananı sakitləşdirməyə və ərazidən uzaqlaşdırmağa başladılar. Yəni mən hər hansı görüşdə, özü də əsgər anasına qarşı təhqiramiz hərəkətlər edəcək səviyyədə adam deyiləm” .
M. Əliyev deyib ki, son vaxtlar adının həm bu, həm də digər xəbərlərdə hallandırılması təsadüfü deyil: “Bu yazını yazanlara bir qədər obyektiv və peşəkar olmağı tövsiyyə edirəm. Qaldı ki, bu yazıları yazdıranlara, mən sadəcə demkə istəyirəm ki, ayıbdır. Bu cür aşağı səviyyəli, heç bir fakta söykənməyən, əxlaqa sığmayan yazılarla mənə nəninki indi, uzun illərdir ki, heç bir ləkə vura bilməyiblər. Onu demək istəyirəm ki, çoxbilmiş quşlar dimdiyindən ilişərlər. Necə ki, ilişiblər… Bu cəmiyyətdə kimin kim olduğunu və nə işlər gördüyünü hər kəs bilir. Bilməyənlərə də hələlik nəyisə sübut etməyə ehtiyac yoxdur” .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər