BolgeXeber.Com » Analitika » Baş redaktor Baş prokurora müraciət etdi-Foto

Baş redaktor Baş prokurora müraciət etdi-Foto

12-05-2013, 14:00
Oxunub: 8 685 Çox qəribədir, Bakı DYPİ-nin şöbə rəisi Malik İbrahimovun qanunsuz əməllərindən Cənab nazir Ramil Usubova müraciət edirəm, ancaq mənə Baş DYPİ-nin rəis muavini Ramiz Hüseynovun adından məktub gəlir ki,”Bakı DYPİ-nin əməkdaşları tərəfindən siz məhkəməyə verilmisiniz və bu haqda vəsatət qaldıra bilərsiniz”.
Ay Baş DYPİ-nin rəis muavini Ramiz Hüseynov,nəzərinizə çatdırım ki,mən jurnalist fəaliyyətimdən başqa həm də fərdi sahibkaram,özü də bu dövlətin vergi ödəyəcisiyəm.
Siz isə dövlətdən aldığınız əmək haqqını mənim kimi vergi ödəyicisinin ödədiyi vergi əsasında alırsınız. Gördüyünüz işin müqabilində dövlətdən bu əmək haqqını alırsınızsa,onda “zəhmət olmasa” vəzifənizi də layiqincə yerinə yetirin.Daha konktet desək, bunu etmək sizin borcunuzdur.
Əgər yerinə yetirmək istəmirsiznizsə qanunda buna qarşı da tədbir-cəza nəzərdə tutulub.Özbaşnalıq deyil ki?! Məlumunuzdur ki,mən məhkəmədə Bakı DYPİ-nin rəisi Nuşrəvan Səfərovun sürücüsü ilə çəkişirəm.
Ancaq mən cənab nazirə yazdığım şikayət ərizəsində Bakı DYPİ-nin şöbə rəisi Malik İbrahimovdan yazmışam. Mən başa düşürəm ki,Malik İbrahimovun qardaşı uzun illərdi Baş DYPİ-də ekologiya postunda komandir olub və indi də Sabirabad trassasının komandiridir.Xatirladim ki, Malik İbrahimov özü də vaxtı ilə sizinlə birlikdə Baş DYPİ-də xidmət edib. Ancaq yuxarıda qeyd etdiyim kimi, mən də bu ölkənin vətəndaşıyam,sahibkaram və vergi ödəcisiyəm.
Bütün bunları nəzərə alaraq cənab nazir Ramil Usubovun ərizə şikayətlər şöbəsinin rəisinin və sizin nəzərinizə çatdırmaq istəyirəm ki,biz vətəndaşların şikayətlərini obyektiv araşdırın. Malik İbrahimovla və yaxud da onun qardaşı Etibar İbrahimovla olan şəxsi dostluq münasibətinizin yəqin ki,mənim çənab nazirə yazdığım şikayətlə əlaqəsi yoxdur.
Ancaq mən cənab nazirə yazdığım şikayət ərizəsinə və verdiyiniz cavabda aydın görünür ki,sizin bu qardaşlarla dostuq münasibətində olduğunuz üçün belə qeyri -obyektiv cavab yazmısınız.
Ona görə də mən bu məsələdə ən böyük günahi DİN-nin ərizə şikayətlər şöbəsinin rəisində görürəm .Çünki o bu şikayəti təyinatı üzrə yox, birbaşa o idarəyə göndərir ki,hansındakı Malik İbrahimov uzun illər xidmət edib və onun qardaşı Etibar İbrahimov hal-hazırda da trass komandiri vəzifəsində xidmət edir .
Mən dəfələrlə cənab nazirə müraciət etmişəm,ancaq bu günəcən də şikayətlərim nəticəsiz qalıb. Buna görə də mən bundan sonra şikayətlərimi yalnız prokurorluq orqanlarına edəcəm ki, orda mənim şikayətlərim obyektiv araşdırılsın.
Yazımın sonunda mənim hörmətli nazirə göndərdiyim müraciəti və ona Baş DYPİ-nin rəis muavini Ramiz Hüseynovun adından gələn cavab məktubunu oxuculara təqdim edirəm ki, qoy onlar bu cavabın necə məntiqsiz olmasını açıq-aşkar görsünlər:

Azərbaycan Respublikaının Daxili İşlər Naziri Ramil Usubova
Müraciət
“Hörmətli nazir!Nəzərinizə çatdırım ki, 11.02.2013 cü il tarixində təxminən saat 17:55 radələrində idarə etdiyim avtomobil 10-YP-316 nömrəli YPX-ekipajlı yol polisləri tərəfindən saxlanılıb və mən mobil telefonla danışmaya-danışmaya YPX-nin inspektoru M.Məmmədov mənə, haqsız yerə Azərbaycan Respublikası İXM-nin 155.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir.Ayın 26-da isə BPİ DYPİ İXHİÜİ şöbəsinin rəisi tərəfindən imzalanmış məktubda bildirilir ki, mən 50 manat cərimə olunmuşam. Bundan başqa qeyd edim ki, mənim heç xəbərim olmadığım halda məktubda qeyd olunur ki,guya mən protokolla bağlı BPİ DYPİ-yə dəvət olunmuşam , ancaq gəlməməyim səbəbindən qərar mənim iştirakım olmadan verilib. Halbuki bu barədə mənə heç bir bildiriş-filan gəlməyib.Onu da deyim ki, bu, DYPİ-nin əməkdaşlarının mənə qarşı etdiyi yeganə qanunsuzluq deyil.Bu tipli qanunsuzluqlar mənə qarşı dəfələrlə baş verib və mən bilirəm ki, bunun kökündə mənim peşə fəaliyyətim durur. Mən heç bir yol-hərəkəti qaydasını pozmasam da mənim idarə etdiyim avtomobil dəfələrlə Bakı DYPI-nin əməkdaşları tərəfindən bilərəkdən saxlanılıb.Bu yolla DYPİ-nin yüksək vəzifəli məmurları mənə təyziq göstərir və məni susdurmaq istəyirlər. Xatırladım ki, mən Qafqazregion.az xəbər portalı , “Qafqaz Region News” qəzetinin baş redaktoruyam və DYPİ-in əməkdaşlarının qanunsuz əməlləri mütamadi olaraq mətbu orqanlarımızda işıqlanır. İXHİÜİ-nin şöbə rəisi Malik İbrahimovun yollarda sürücülərin başına açdığı oyunlar haqda isə nəinki biz, bütün ölkə mətbuatı yazır,ancaq bununla belə o özbaşnalığını rahatca davam etdirir.Hörmətli nazir, xahiş edirəm DYPİ-də baş verən qanunsuzluqlara və məqalələrimdə adıçəkilən şəxslərin mənə qarşı etdiyi özbaşnalıqlar haqda araşdırma aparılmasına dair göstəriş verəsiniz”.

Bu da DİN-nin BDYPİ-dən gələn cavabın fotosurəti: