BolgeXeber.Com » Analitika » Gültəkin Hacıbəylinin keçmiş ərindən şok açıqlamalar

Gültəkin Hacıbəylinin keçmiş ərindən şok açıqlamalar

17-05-2013, 10:45
Oxunub: 5 355 Gültəkin Hacıbəylinin keçmiş ərindən şok açıqlamalar
Bu gün sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransı keçirib. “Qafqazinfo” xəbər verir ki, Mahmud Mehdiyev mətbuat konfransı keçirməkdə məqsədinin Gültəkin Hacıyevanın son vaxtlar dövlətə qarşı, ölkə prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahına xidmət edən siyasətinə qarşı bəzi mətbuat orqanlarında qərəzli çıxışları olduğunu bildirib. Mahmud Mehdiyev qeyd edib ki, bu günə qədər Gültəkin Hacıbəylinin millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsızlıqlar şəxsi həyatla bağlı olduğu üçün susub, bu məsələlərin ictimailəşməsini istəməyib: “Lakin bu gün bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini, prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündə daha uca hesab edən insan kimi Gültəkin Hacıbəyli öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Uzun illər bu dövlətin çörəyini yemiş sonradan əqidəsini 180 dərəcə dəyişən vətəninə dövlətinə üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Qoy hamı mələk simasi geymiş Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğu qanunsuz sərvətlər topladığı, mənim kimi yüzlərlə vətəndaşın hüquqlarının necə pozulduğunu bilsin.
İlk öncə bildirmək istəyirəm ki, Gültəkin Hacıyeva ilə toyumuza iki həftə qalmış 2003-cü ilin mayında Heydər Əliyevin göstərişə əsasən order əsasında BŞİH tərəfindən G. Hacıyevaya şəhərin mərkəzində Bakı Dövlət Sirkinin yaxınlığında Bakı şəhəri S. Vurğun küçəsi 92 a da yerləşən , 12 saylı evdə 3 otaqlı mənzil verilib. Həmin mənzilin təmirinə və mebələ mənim tərəfimdən valideynlərimin köməyilə 50.000 dollar xərc çəkildi. Gültəkin Hacıyeva bildirib ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxarırıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı 2 otaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə yəni 2004- cü ilin avqust ayında faktiki boşandıqdan sonra o nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, başımıza oyun açacaq”.
Bolgexeber.com