BolgeXeber.Com » Analitika » İndi nə olub, qeyrətə gəlib?

İndi nə olub, qeyrətə gəlib?

18-05-2013, 10:00
Oxunub: 4 479 Son günlər keçmiş millət vəkili, ölkənin sanballı ziyalılarından olan Gültəkin Hacıbəyliyə qarşı çirkin kampaniyaya keçmiş həyat yoldaşı da qoşulub. Tanınmış vəkil aslan İsmayılov Moderator.az – a eksklüziv açıqlamasında bu kampaniyanı aşağıdakı fikirləriylə qınayır:
“Birmənalı şəkildə Gültəkin xanıma qarşı kampaniyanı pisləyirəm və bunu şərəfsizlik adlandırıram. Birinci ona görə Gültəkin Hacıbəyli məhz bu günki hakimiyyətin bu qədər duruş gətirməsində müstəsna xidmətləri olmuş tək – tük adamdan biridir. Ona görə ki, o digərlərindən fərqli olaraq hədsiz dərəcədə savadlı, bacarıqlı, məntiqi şəkildə arqumentlərlə silahlanıb danışır. Mən özüm də bunun dəfələrlə şahidi olmuşam ki, o Strasburqda bu hakimiyyəti necə ciddi – cəhdlə müdafiə etməyə çalışıb. İkincisi isə hansı düşərgədə olmasından asılı olmayaraq o bir Azərbaycan xanımıdır və ona qarşı bu cür rəzilliyə getmək milli dəyərlərimizə də tüpürməkdir, min illərin sınağından çıxmış ənənələrimizə də. Gültəkin xanımın keçmiş həyat yoldaşının ortalığa çıxıb danışması isə sadəcə rüsvayçılıqdır. Xatırlatmaq istəyirəm ki, bir neçə il bundan qabaq, hələ Gültəkin Hacıbəylinin necə deyərlər, at oynadan vaxtı onun həyat yoldaşı yanıma gələrək israrla xahiş edib ki, ona vəkillik edim. Mən dərhal Gültəkinə zəng vuraraq məsələnin nə yerdə olduğunu öyrənmək istəmişəm. Çünki bu oğlan səhv etmirəmsə o vaxt şəhər prokurorluğunda işləyirdi və Gültəkin xanımla barışmaq istəyirdi. Mən də Gültəkinin xətrini çox istəyirdim. İqtidarda olsa da dəyərli olduğunu, millət üçün qiymətini bilirdim, Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil etməsini görürdüm. Məhz ona görə də zəng vuraraq dedim ki, Gültəkin xanım, elə hesab edin ki, böyük qardaşınızam, ailə dağıtmaq çox asandır, onu qurub saxlamaq çətin, gəl həyat yoldaşınla barış. O isə “bu məsələ ilə bağlı mənə zəng etməyin” deyərək dəstəyi asıb. Mənsə onun bu davranışından əsəbiləşmişəm. Onun ərinə yox, ərciyinə demişəm ki, gəl mətbuat konfransı keçir, mənə dediklərini orda da təkrarla ki, Gültəkin Hacıbəyli vəzifəsindən sui – istifadə edərək mənə filan – filan pislikləri edib, mən də təmənnasız səni müdafiə edim. “Dux”u çatmadı, dabanına tüpürüb qaçdı və bir daha gözümə görünmədi. İndi nə olub, qeyrətə gəlib?”