BolgeXeber.Com » Analitika » Haqlını haqsız edən hakim

Haqlını haqsız edən hakim

25-05-2013, 12:55
Oxunub: 5 056 Bildiyiniz kimi , bir müddət əvvəl Qafqazregion.az-da “100-cü otağın sirri və ya Bakı DYPİ-də özbaşnalıq “adlı və digər tam obyektiv köşə yazılarında öz əksini tapan fikirlər ilə bağlı DYPİ-nin rəisi Nuşrəvan Səfərovun sürücüsü ,yazıda adı hallandırılan polis baş leytenantı Mərdan Əliyev jurnalist Mahmud Tağıyevi məhkəməyə vermişdir.

Sürücü hesab edib ki,adıçəkilən yazıda guya onun şərəf və ləyaqətinin təhqir olunduğu məqamlar var və bunun üçün o məhkəməyə müraciət edərək baş redaktora qarşı 20 min manatlıq təzminat iddiası qaldırmışdır.
Məsələ ilə bağlı keçirilən İlk məhkəmə iclasında qərar çıxardılmasa da, mayın 23-də keçirilən iclasda Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadiqov Mahmud Rasimoğluna qarşı, xəbər portalımızda təkzib və Rasimoğludan 3 min manat tutularaq Əliyev Mərdana verilməsi haqda çox ədalətsiz və sifarişli qərar çıxarıb.

Qərarın ədalətsiz və sifarişli olmasını deməyə böyük əsaslar var. Birincisi bildirək ki,məhkəmə cəmi 10-15 dəqiqə çəkib və məhkəmədə cavabdeh Mahmud Tağıyevin vəkilinə ittihamlara cavab olaraq arqumentləri səsləndirməsinə demək olar ki, imkan verilməyib,ümumiyyətlə tərəflər dinlənilməyib Bundan başqa qeyd edək ki, cavabdehin günahı heç nə ilə sübut olunmadan tezbazar çıxarılan qərarın sifarişli olmasına başqa faktlar da dəlalət edir ki,biz bu barədə yazımızda bəhs edəcəyik.

İş orasındadır Ali Məhkəmənin sədri Ramiz Rzayev Nüşrəvan Səfərovun doğma xalası oğludur.Sonra görəcəyik ki,bu fakt ilk baxışdan heç nə demək olmasa da qərarın qarşı tərəfin xeyrinə çıxardılmasında əsas rol oynayıb. Ancaq hər şey qaydasınca... Araşdırmalarımız nəticəsində bəlli olmuşdur ki, Mahmud Tağıyevi məhkəməyə verən sürücü Mərdan Əliyev olsa da , onu buna təhrik edən Bakı DYPİ –dəki yüksək vəzifəli məmurlardır.

Bunu Rasimoğlu ilə söhbətdə,sürücünün böyük qardaşı Yusif Əliyev də təsdiq edib. O bu barədə deyib ki,qardaşı sadəcə işini itirməkdən ehtiyyat etdiyinə görə rəisinin sözündən çıxa bilmir və ona görə də qurbanlıq quzuya çevrilib. O həmçinin bildirib ki, qardaşının bu işdə heç bir əli yoxdur . Sadəcə Nüşrəvan Səfərovun növbətçi vəkillərinə etibarnamə verib ki,onlar onun adından məhkəmədə çıxış edə bilsinlər. Hətta Yusif Əliyev Mahmud Rasimoğluya bildirib ki,3 min manat cəriməni lazım qəlsə özləri ödəyərlər, təki, bizim yazılarımız Mərdanın işdən çıxardılmasına gətirib çıxartmasın.
Lakin məhkəmə prosesindən sonra DİN-dəki mənbədən aldığımız məlumata görə,Mərdan Əliyev, Nərimanov rayon məhkəməsinin çıxardığı sifarişli qərarından sonra rəisi Nüşrəvan Səfərov tərəfindən tutduğu sürücü vəzifəsindən azad olunub. Deməli belə çıxır ki,doğrudan da rəis sürücüsündən sadəcə istifadə edib və məhkəmə onun istədiyi qərarı çıxardıqdan sonra artıq Mərdan Əliyevə ehtiyac olmadığından onu işdən çıxardıb.

Məsələnin kökündə isə o durur ki, “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetlərinin təsisçisi və baş redaktoru Mahmud Tağıyev dəfələrlə Bakı DYPİ –nin əməkdaşlarının qanunsuz hərəkətləri ,əməlləri haqda mətbuatda kəskin tənqidi məqalələrlə çıxış edib və Bakı DYPİ-nin vəzifəli şəxsləri də sürücü vasitəsilə Mahmud Tağıyevi susdurmaq istəyirlər.Bu məhkəmə də baş redaktora qarşı edilən təyziq metodlarından biridir. DİN-də ki başqa bir mənbədən aldığımız məlumata görə isə Mahmud Rasimoğlu cənab prezidentə,baş prokurora və daxili işlər nazirinə etdikləri müraciətdən sonra,nazir polis zabitlərinin sürücü vəzifəsində çalışa bilməməsi haqqında qərar çıxarıb.

Yəni ,bizim yazımız nazirin bu qərarı çıxartmasına səbəb olub.Belə çıxır Mərdan Əliyevi daha Unston Çerçelə bənzətmək olmaz,çünki Qafqazregion.az portalı ondan şok faktlar yazaraq,onu 300 nömrəli ağ rənğli atın belindən düşürtdü.(red.Bundan əvvəl çıxan və Mərdan Əliyevdən bəhs edən məqalənin adı “300 nömrəli atın belində özünü Çerçelə bənzədən rəis yoxsa sürücü?”olub)
Ancaq Mahmud Rasimoğlu Qafqazregion.az –a açıqlamasında bildirdi ki, ola bilsin Ali Məhkəmənin sədri Ramiz Rzayevin də onunla bağlı qərəzli fikirləri olub. Çünki, “Mamounia “ gecə klubundakı məlum hadisəni ən birinci Qafqazregion.az portalı dərc edib və Ramiz Rzayev o yazıya görə çətin vəziyyətdə qalaraq yazıyla bağlı “Bizim yol” qəzetindən təkzib verilməsini tələb edib.Xatırladaq ki,həmin yazıda bildirilirdi ki, yüksək vəzifə tutan şəxsin oğlu ona qarşı hörmətsizlik edərək maşını düz Ramiz Rzayevin üstünə sürüb. Ali Məhkəmənin sədri sonra özü bildirib ki, yazıda əks olunan hadisə baş verən zaman o həmin gecə klubunda olmayıb.

Yəni, Mahmud Rasimoğlunun fikrincə ona qarşı qərəzli mövqedə bir Nüşrəvan Səfərov deyil.Elə cənab sədr Ramiz Rzayev də təsiri altında olan məhkəmə vasitəsilə Rasimoğlundan qisas alıb. Ancaq bütün bunlara baxmayaraq baş redaktor sifarişli qərar çıxaran hakim Məzahir Sadiqovdan incimir. “Necə ki, sürücü Mərdan Əliyev Nüşrəvan Səfərovun əlində bir alətə çevirilib,eləcə də bu hakim də,cənab sədr Ramiz Rzayevin təsiri altında belə qərar çıxarıb. Axı hakimə sual verərlər ki,ay hakim Məzahir Sadiqov,”falçı” sözü nə vaxtdan təhqir və şərəf ləyaqətini aıçaldan fakt olub?!”-Mahmud Tağıyev bildirib.
Mahmud Rasimoğlu bildirdi ki,Azərbaycan Respublikası demokratik ölkədir və onun ədalətli dövlət başçısı var. Nüşrəvan Səfərov kimin xalası oğlu olursa olsun, o inanır ki, cənab prezident bu məsələnin obyektiv araşdırılması üçün lazımı göstəriş verəcək. Məzahir Sadiqovun çıxardığı sifarişli qərarından təbii ki, apelasiyya şikayəti veriləcək.Qeyd edək ki, Mahmud Rasimoğlu və hüquq müdafiəçisi Tağı Hüseynov yaxın zamanlarda hakim Məzahir Sadiqovun çıxartdığı qərardan və iki yaxın məmur qohumların qəzəblərinə tuş qəlməsi ilə bağlı mətbuat konfransı keçirməyə hazırlaşırlar.
Bindan başqa Mahmud Rasimoğlu bizimlə söhbətdə bildirdi ki,qərar çıxan günü Nərimanov rayon məhkəməsinin binasının qarşısında hakim Məzahir Sadoqovla görüşüb və hakim özü ona bildirib ki,inciməsin.
“Mahmud müəllim mənlik burda bir iş olmayıb,Nuşrəvan Səfərov cənab Ramiz Rzayevin yaxın qohumu olduğu üçün,məni məcbur etdilər belə ədalətsiz qərar çıxarım”- deyə hakim səmimi etiraf edib.Cavabında Rasimoğlu Məzahir Sadiqova bildirib ki,o onun sifarişlə çıxartdığı qərardan Məhkəmə-Hüquq Şurasına şikayət edəcək.Bütün mətbuat nümayəndələrinin dəvət edildiyi keçiriləcək mətbuat konfransının dəqiq vaxtı isə yaxın zamanlarda media numayəndələrinə açıqlanacaq. Onu da bildirək ki,Qafqazregion.az hakim Məzahir Sadiqov barəsində də maraqlı məlumatlar əldə etmişdir ki,bu barədə növbəti yazımızda söhbət açacayıq.Buna görə də bizi izləyin araşdırmalarımız davam edir…
P.S.Məhkəmənin ədalətsiz qərar çıxarmasına qarşı tərəfi təmsil edən bir çox məmurlar əlbəttə hal-hazırda sevinə bilər,ancaq onların nəzərinə çatdırmaq istəyirəm ki,bir rus məsələsində deyildiyi kimi ”Axırda gülən gülür”
Qafqazregion.az