BolgeXeber.Com » Analitika » Təhsil nazirliynin milyoner şöbə müdiri

Təhsil nazirliynin milyoner şöbə müdiri

30-05-2013, 13:15
Oxunub: 6 661 Heç kimə sirr deyil ki, Azərbaycan təhsilinin köklü problemlərindən biri də dərslik problemidir

Dərsliklərimizin acınacaqlı vəziyyəti uzun müddətdir ki, mətbuatın əsas müzakirə mövzularından biridir və bu məsələ hazırda bütün təhsil ekspertlərini və pedqoji ictimaiyyəti ciddi şəkildə narahat edir. Hətta TQDK sədri Məleykə Abbaszadı rəsmi açıqlamalarında ölkədəki dərsliklərin təlaba cavab vermədiyini dəfələrlə açıqlayıb və buna görə də keçmiş nazir Misir Mərdanovla açıq müstəvidə üz-üzə gəlib. Ehtimal olunur ki, Misir Mərdanovun vəzifədən alınmasında son bir neçə ildə təhsil ekspertlərinin və Məleykə Abbaszadənin kəskin tənqidi ciddi rol oynayıb. Buna baxmayaraq ölkədə dərsliklərin hazırlanması və nəşri üçün birbaşa məsuliyyət daşıyan Təhsil Nazirliyində dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazov özünün missiyasını hələ də davam etdirir.

Bolgexeber.com xəbər verir ki, pia.az-a Təhsil Nazirliyndəki mənbədən daxil olan məlumata görə uzun illər boyu Təhsil Nazirliyninin ən korrupsiyalaşmış şöbələrindən biri dərslik və nəşriyyat şöbəsi olub. Hər il milyonlarla manat dövlət vəsaiti Faiq Şahbazovun maxinasiyaları nəticəsində mənimsənilib. Mənbə bildirir ki, bu maxinasiyaları aşkarlamaq elə də çətin deyil. Yoxlamalar zamanı dəhşətli korrupsiya faktlaprı üzə çıxa bilər və bu da heç kimə sirr deyil ki, həmin korrupsiya faktlarına görə Təhsil Nazirliyndə ciddi həbslərin keçirilməsi qaçınılmaz olar. Bildirilir ki, uzun müddət TQDK ilə Təhsil Nazirliyi arasındakı problemin mərkəzi fiquru olan Faiq Şahbazov dərsliklərin hazırlanması və nəşri üzərində böyük sərmayə sahibi olub və keçmiş nazir Misir Mərdanovun sağ əli olaraq tanınan Faiq Şahbazlı ölkəninin görünməyən oliqarxlarından biridir. Bakı şəhərində və xaricdə Faiq Şahbazovun çoxlu sayda obyektləri və mülklərinin olduğu bildirlir. Mənbə qeyd edir ki, həmin obyektlərin siyahısını mətbuata təqdim edə bilər.

Mənbə bildirir ki, Faiq Şahbazovun əsas gəlir sahəsi dərsliklərin, gündəliklərin və s. məktəb ləvazimatlarının nəşri olub. Belə ki, bu sahə üzrə monopoliya Faiq Şahbazovun birbaşa nəzarəti altında olub. Hazırda dərsliklərin Təhsil Nazirliynin ən böyük problemi olduğunu dilə gətirən mənbəninin sözlərinə görə Faiq Şahbazovun «xidmətləri» nəticəsində dərsliklərin böyük bir qismi yenidən işlənməli və nəşr olunmalıdır. Bu isə yenidən milyonlarla manat dövlət vəsaitinin bu sahəyə xərclənməsi demək olacaq. Üstəlik dərs proqramlarında dəyişiklik olunmalıdır ki, bu da yeni problemlərin yaranmasına səbəb olacaq.

Məlumatda qeyd olunur ki, dərsliklərinin keyfiyyətsizliyninin əsas səbəblərindən biri də Faiq Şahbazovun həmin dərslikləri İranda çap etdirməsidir. Belə ki, şöbə müdiri daha ucuz başa gəlin deyə, dərsliklərin böyük qismini uzun illər boyu İranda çap etdirib və həmin dərsliklər ölkəyə qanunsuz şəkildə, qaçaqmalçılıq yolu ilə daxil olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…