BolgeXeber.Com » Analitika » Baş redaktor yalançı “Əflatun Amaşov”la bağlı Ramil Usubova müraciət etdi

Baş redaktor yalançı “Əflatun Amaşov”la bağlı Ramil Usubova müraciət etdi

11-06-2013, 11:25
Oxunub: 4 420 Azərbaycanın Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova
“Qafqazregion.az” xəbər portalının , “Qafqaz Region News” qəzetinin baş redaktoru, "Qafqaz Region" İctimai Birliyinin sədri Mahmud Rasim oğlu Tağıyev tərəfindən
Müraciət
“Hörmətli cənab Ramil Usubov! Nəzərinizə çatdırım ki, 06.06.2013-cü il tarixdə saat 14:27 radələrində, 070 385 01 11 nömrəsindən naməlum şəxs mənim mobil telefonuma zəng edərək özünü Mətbuat Şurasının sədri Əflatun Amaşov kimi təqdim edib və kobud surətdə bildirib ki, guya mənim redaktoru olduğum “Qafqazregion.az” xəbər portalında bir müddət əvvəl dərc olunmuş “Qırmızı kitab”la hesablaşmayan ov xəstəsi olan rəis" və“Samux RPŞ-nin rəis əvəzi baş redaktoru şantaj edir” yazılarda həqiqətə uyğun olmayan yazılar gedib.Bunu səbəb gətirərək o bizə az qala əmr formasında mənə “məsləhət” verib ki, məqalələrdə söhbət gedən məsələni -Samux RPŞ-nin rəisi haqda yazını gündəmdə saxlamayaq. Halbuki o yazıları biz qətiyyən gündəmdə saxlamamışıq. Ümumiyyətlə çox əsəbi şəkildə danışan və fikirlərini aydın ifadə edə bilməyən,ara-sıra nə demək istədiyi başa düşülməyən, mətbuat adamından çox polis kimi danışan şəxs, mənə , öz, danışığı ilə Mətbuat Şurasının sədrindən çox DİN-in sözçüsünü xatırladıb. Qeyd edim ki,onun danışığına qulaq asdıqda həmin şəxsin danışıq qabiliyyəti,saytımızla bağlı qeyri-dəqiq danışması bizdə , onun həqiqətən Əflatun Amaşov olmasına şübhə yaradıb. Çünki Mətbuat Şurasının sədri Əflatun Amaşovun bu cür tonda ,özü də məntiqsiz danışmasına və məsələyə Mətbuat Şurasının sədrinə uyğun,yaraşmayan şəkildə münasibət bəsləməsinə inanmırıq. İkincisi isə, bu şəxs hər kim olur - olsun onun söylədiklərinə cavab olaraq bildirməyi özümə borc bildim ki,Qafqazregion.az öz fəaliyyəti dövründə heç bir zaman kimsəyə qara yaxmayıb və həmişə obyektiv olmağa çalışıb.
Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mənimlə telefon əlaqəsi saxlayaraq adıçəkilən məqalələrdəki məsələyə münasibət bildirmişdir. Qafqazregion.az xəbər portalı olaraq biz də bu məsələni araşdırdıq və müəyyən etdik ki, saytımızda dərc olunan adı çəkilən məqalələrdə bir sıra faktlar həqiqəti əks edib ,ancaq , eyni zamanda adı çəkilən rəsmilərin dediklərini təsdiq edərək bildirdik ki, yazılarda həqiqətən qeyri-dəqiq ifadələrə və yanlışlıqlara da yol verilib və nəticədə yazıda həqiqətə uyğun olmayan bir sıra məqamlar da yer alıb. Bunu nəzərə alaraq yazılardakı həmin məqamlarla bağlı təkzib verdik.
Onu da qeyd edək ki, bu cür münasibətimiz bir daha onu sübut etdi ki, Qafqazregion.az mətbu orqan olaraq həmişə obyektiv olmağa çalışır və heç kimə qarşı qərəzli mövqe sərgiləmir. Ancaq bu zəng bunu deməyə əsas verir ki,biz həmin mövzudan əl çəksək də ,görünür bəzi məmurlar bizdən əl çəkmək istəmirlər.Bu səbəbdən cənab nazir ,sizdən xahiş edirəm bu məsələnin arşdırılmasına göstəriş verəsiniz və zəng edən yalançı "Əflatun Amaşov" u müəyyən edib ona qarşı tədbir görəsiniz. Peşə borcunu yerinə yetirən bir jurnalist və adi vətəndaş kimi məni narahat edən odur ki, ola bilsin kimlərsə mötəbər adamların,vəzifəli şəxslərin adından istifadə edərək öz çirkin niyyətlərini,məqsədlərini həyata keçirmək istəyirlər.Bunu nəzərə alaraq hörmətli nazir, hesab edirəm əgər belə şübhələr vaxtında araşdırılmasa və günahkar müəyyən olunub qanuna müvafiq cəzalanmasa , bu kimi hadisələr gələcəkdə də baş verə bilər ki,bu da heç də yaxşı şey vəd etmir.Qeyd edim ki,əgər ehtiyac olarsa ,biz həmin şəxsin danışığının əks olunduğu auduo yazını təqdim edə bilərik”.
Hörmətlə,Mahmud Tağıyev