Sovet İttifaqı və Türkan Şoray
12-06-2013, 15:40
Oxunub: 7 215
Yəqin hamımız bilirik ki, Sovet İttifaqında nəinki Türk filmləri, hətta Türkiyənin adı belə yasaq tutulurdu. Lakin qəribə odur ki, bu yaxınlarda mən bu məsələyə şübhə etməyə məcbur oldum. Buna səbəb bu yaxınlarda izlədiyim “Esqim mənim, Kədərim mənim” filmi oldu. Film, Mosfilimin sifarişi ilə 1978-ci ildə Türkiyə ilə müştərək çəkilmişdir. Filmin rejissoru həmyerlimiz Əjdər İbrahimov, prodüsser qismində Duru soyadlı iki şəxs seçilmişdir. Ən qəribəsidə odur ki, filmdə SSRİ-nin və Türkiyənin ən parlaq aktyorları yer alıb. Rollardan birində Adil İsgəndərov oynayır. Filmin başında isə həmyerlimiz Əjdər İbrahimov dayanıb. Film, Nazim Hikmətin Fərhad və Şirin əsərinin motivləri əsasında çəkilib, lakin bildiyiniz kimi bunuda nəzərə almaq lazımmdır ki, Nazim Hikmət Türk Posmodernist janrının ən parlaq nümayəndəsi olmaqla yanaşı, əqidəsinə görə Türkiyədən qovulmuşdu. Və bugünə kimi də onun öz ölkəsində tam bəraət almamasına baxmayaraq məhz onun əsərinin motivləri əsasında film ərsəyə gəlir. 70-ci illər Türkiyə ən ağır günlərini yaşayırdı, ölkədə baş verən neqativ hadisələr, hərbi çevriliş belə bu filmin çəkilməsinə mane ola bilmir. SSRİ-ni götürəndə isə DTK orqanlarında çoxlu sayda erməni əsilli məmurların yer almalarına baxmayaraq, film maneəsiz Türkiyə ilə müştərək çəkilmişdir. Əlbəttə saydığım faktlar bir jurnalist kimi məni narahat etməyə biməzdi.
Və nəhayət, filmin baş rolunda Türk dünyasının ən məşhur siması,Türkan Şorayın çəkilməsi də çox maraqlı faktlardan biridir. Yəqin bilirsiniz ki, DTK orqanlarında hər bir şəxsin həm yerli, həm də xarici vətəndaşının şəxsi işi qeyd olunub. Türkan Şorayın Azəri əsilli olması isə hamımıza məlumdur. Buna da DTK göz yumdu. Axı o zamanlar bu məsələ haqqında danışmaq belə cinayət işi sayılırdı. Filmə gələndə isə, doğurdan da film profesional nöqteyi-nəzərdən həm operator, həm işıq, həm də musiqi baxımından çox ugurlu sayıldı. Həmyerlimiz Əjdər bəy bu işin öhdəsindən məharətlə gələ bildi.Təəsüflər olsun ki, film ekranlarımızda nümayiş olunmur, bu haqda demək olar ki, əksər insanlarımız məlumatsızdırlar. Məncə bu məsələyə ciddi yanaşmaq lazımdır. Əsil sənət nümunələrimizi üzə çıxarb, xalqımıza tanıtmalıyıq.
Günəş FƏRHADLI
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər