Azərbaycanda stadionun inşasında korrupsiya
22-06-2013, 10:30
Oxunub: 6 595
Əraziyə torpaq daşıyan yük maşınları üçün 110 manat xərc nəzərdə tutulsa da, sürücülərə 65 manat verilir
Bir müddət əvvəl qalmaqala səbəb olmuş Böyük Şorda tikiləcək stadionla bağlı daha bir xəbər ortaya çıxıb. İlkin mərhələdə smeta layihəsi 1 milyard dollar nəzərdə tutulan, amma məsələnin qalmaqala çevrilməsini görə rəsmi qurumlar bu rəqəmi 300 milyon dollara endirmişdilər.
Həmin vaxt Gənclər və İdman naziri Azad Rəhimov bildirmişdi ki, bu rəqəm də nisbidir və onun aşağı salınması nəzərdə tutulub. Həmin layihəyə əsasən AFFA stadionu inşa etməli və onun azarkeş tutumu isə 65 min nəfər olmalıdır.
Jam.az-a daxil olan məlumatlarda isə qeyd olunur ki, sözügedən stadionun inşası zamanı total yeyinti halları baş verir. Belə ki, inşaat zamanı bir sıra qiymətlər şişirdilməklə yanaşı, işin icraçıları da pul qazanmaq üçün müxtəlif vasitələrə baş vurublar. Məlumatlarda vurğulanır ki, hal hazırda əraziyə torpaq daşınması prosesi icraçıların əsas gəlir yerlərindən biridir. Qeyd olunur ki, bu zaman rəsmi sənədləşdirmədə bir maşın torpağın daşınması üçün nəzərdə tutulmuş məbləğ 110 manat göstərilsə də, ödəmə zamanı 65 manat verilir.
Vurğulanır ki, işin icraçıları ayrı-ayrı sürücülərlə danışaraq, onlarla müqavilə imzalayıb. Həmin müqavilədə isə daşınma xərci olaraq 110 manat göstərilib. Amma sürücülər hər reys üçün 65 manat alırlar ki, yerdə qalan pulların da icraçılara qaldığı deyilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər