BolgeXeber.Com » Analitika » “Demokratiyada” ehtirası artıran səbəb…

“Demokratiyada” ehtirası artıran səbəb…

22-06-2013, 12:15
Oxunub: 4 501 Bu gün cəmiyyətimizə məlumdur ki, kiminsə demokratiya ilə başladığı yol ,bir qayda olaraq sonda onun hansısa vəzifə başına gəlməsi ilə sonunclanır.Əksər hallarda da vəzifəyə təyin olununan həmin şəxs çalışır ki, illərlə ürəyində yığılıb qalan şəxsi istəklərini həyata keçirsin.
Yəni çox zaman siyasətçilər qarşılarına vəzifə sahibi olmaq məqsədini heç də cəmiyyətə,ölkəyə xeyir vermək üçün yox,öz şəxsi arzularını,fantaziyalarını həyata keçirmək üçün qoyurlar.Belə insan demək olar ki, vəzifəyə oturduğu ilk gündən, onda “ulduz xəstəliyi sindromu” inkişaf etməyə başlayır. Mən özüm dəfələrlə bu kimi hadisənin şahidi olmuşam. Ancaq peşəkar fəaliyyətimlə əlaqədar rastlaşdığım bu tip hadisələr də az deyil. Yəni, bir neçə dəfə, hansısa məsələ ilə bağlı jurnalist araşdırması aparanda gəlib yuxarıda qeyd etdiyim hadisələrin üstünə çıxmışam.
Bugünki köşəmdə də bir vəzifəli şəxsin vəzifəyə təyin olunandan sonra qarşısına qoyduğu hansı arzunu və necə həyata keçirtməyindən,onun ikili həyat hekəyəsindən söhbət açacağam. Demək,adını çəkmədiyim həmin vəzifə sahibinin öz ailəsindən savayı, daha doğrusu öz arvadından başqa kənarda bir məşuqəsi də var ki,onunla gizli eşq məcarası yaşayır. Saxladığı həmin cazibədar qadınla istədiyi vaxt rahat şəraitdə yaxın əlaqədə olmaq üçün o hətta xeyli xərc çəkib xüsusi olaraq ev də alıb.Maraqlıdır ki, o hər axşam saat onda həmin eşq xanımını tərk edərək öz ailəsinin yanına qayıdır. Təbii ki,bu vəzifə sahibi kifayət qədər imkanlı olduğundan həmin məşuqəsini maddi cəhətdən tam təmin edir,ona öz zövqünə uyğun cazibədar gecə paltarları,bahalı ətirlər və istədiyi bahalı hədiyyələr alır.Ən maraqlısı isə odur ki,bu vəzifə sahibi uzun illər ictimaiyyət qarşısında demokratiyadan dəm vursa da, seksual fantaziyalarını həyata keçirdiyi gizli eşq yuvasında “diktatura rejimi” qurub.O məşuqəsinin ondan başqa heç kim ilə yaxınlıq etməməsinə arxayın olduğundan sevgilisini güclü qısqanmır da.
Onu da qeyd edim ki, bu vəzifəli şəxsin qizli eşq-məhəbbət evində özünə məxsus olan şortiki və xalatı da var. Ancaq həmin bu vəzifə sahibinin heç ağlına da gəlmir ki, axşam çıxartdığı şortik və bahalı ipək kişi xalatı səhərəcən başqasına qismət olur. Yəni o axşam saat 10-da sevqilisindən ayrılıb öz ailəsinin yanına qayıdanda, həmin eşq-məhəbbət evində onun yerini başqa kişi əvəz edir .Bundan xəbəri olmayan vəzifə sahibinin xalatını və şortikini geyən həmin məşuqun da, vəzifəli şəxsi əvəz etdiyini düşünəndə məşuqəyə olan ehtirası birə beş artır.
Bax buna deyərlər əsl demokratiya. Sən demə əsl “demokratiya” gecədən səhərəcən olur. Səhər isə yuxudan ayılanda fikirləşir ki ,onun “demokratiyadan” bəhrələnməyi bir də qaldı axşama. Əlbəttə səhərlər bu ehtiras yuvasından çıxandan sonra o gecələr ona icazə verilən super demokratiyadan haradasa loğvalanıb danışa bilər,ancaq bu təhlükəli olduğundan həmin məşuq bunu etməkdən özünü saxlayır.Çünki bilir ki, vəzifəli şəxs bunu aşkar etsə ona rəhm edən deyil. Bu səbəblərdən vəzifə sarıdan “ulduz xəstəliyi sindromu” qurşananlara məsləhətim odur ki, çalışın,hansısa vəzifəyə təyin olunandan sonra,xalatınızı heç bir yerdə qoymayın ki,sabah kimsə onu əyninə qeyinib özünü sizin hesabınıza “demokrat” saymasın.
Yəni bu gün bir çox şəxs hansısa vəzifəyə nail olmaq üçün,siyasətə qoşulur, sözdə demokrat olub söz azadlığından danışır .Vəzifə sahibi olandan sonra isə başlayır yuxarıda qeyd etdiyim kimi eşq-məhəbbət evindən,şortikdən və yaxud da xalatdan Ancaq həmin şəxsə desən ki,”axı sən “demokratsan” və bu baxımdan sən axşam evinə,ailənin yanına çıxıb gedəndə bu eşq-məhəbbət evində kiminsə səni əvəz etməyinə niyə pis baxırsan?”,o əbəttə bu fikirlə razı olmaz. Dərindən düşünəndə belə adamların yaxşı pulu olsa da onlar bir tərəfdən yazıq adamlardır. Çünki onların heç yatıb yuxularına da gəlməz ki, sahibi olduğu eşq-məhəbbət evində diktatura-rejimi qurduqlarını düşünsələr də, orada səhərəcən “demokratiya” tüğyan edir.Yazımın bu hissəsində tanınmış bir jurnalistin sözü yadıma düşdü.Onun dediyinə görə bəzi vəzifəli şəxslər ictimaiyyətdə tüfeyli həyat sürən pozğun qadınları fahişə adlandırsalar da, onlarla təklikdə qalanda adətən onlara “can” deyə müraciət edirlər . Ona görə də bu cür demokratiyanın gecəsi səhərindən betər olur. Çünki gecə “demokratiyasında” yaranan ehtiras,ancaq şortik sahibinin cəmiiyyətdə ki fəaliyyətindən irəli gəlir….
P.S.Sonda onu da qeyd edim ki,haqqında söhbət açdığım bu hadisə heç də istisna deyil.Bu kimi vəzifəli şəxslər Azərbaycanda kifayət qədərdir.Bu baxımdan bəlkə də bu yazını oxuyndan sonra onların çoxunun gözü açılacaq və şübhələrini yoxlamaq üçün öz sürücülərini və ya cangüdənlərini gecələr həmin o eşq-məhəbbət evlərinə göndərəcəklər…
Mahmud Rasimoğlu