Fransanın “Ekip” jurnalı: “Hafiz Məmmədovun 1 milyarddan çox pulu var”
24-06-2013, 17:15
Oxunub: 5 655
“Hafka” ləqəbli iş adamı indi də İngiltərədən klub almaq istəyir
“Lans” klubunun yaxın vaxtlarda azərbaycanlı iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədovun nəzarətinə keçəcəyi dəqiqləşib.Bu barədə Fransanın lensois.сom portalı xəbər yayıb. Adıçəkilən portalın yazdığına görə, gələn ayın, yəni iyulun əvvəlindən «Lans» klubu bütünlüklə Hafiz Məmmədovun mülkiyyətinə keçəcək.
Portal bir maraqlı məqama da toxunub. Sən demə, Hafiz Məmmədov İngiltərə çempionatında bəzi klublarla maraqlanır. Onun Dumanlı Albiondan da hansısa klubu alacağı gözlənilir.
Lensios.com Fransanın dünyaca ünlü “Ekip” jurnalına istinadən maraqlı bir məqama da aydınlıq gətirir.
“Ekip”in yazdığına görə, “Baglan Qrup”un prezidentinin varidatı bir milyard avrodan çoxdur. Jurnal Hafiz Məmmədovu neft və qaz, habelə nəqliyyat sektorunda fəaliyyət göstərən uğurlu iş adamı kimi də təqdim edib.
Yazının orijinalı ilə buradan tanış ola bilərsiniz:
http://www.lensois.com/articles/4559-qui-etes-vous-hafiz-mammadov
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər