BolgeXeber.Com » Analitika » Peyvəndlər uşaqların sağlamlığına təhlükə yaradir-Foto

Peyvəndlər uşaqların sağlamlığına təhlükə yaradir-Foto

25-06-2013, 10:55
Oxunub: 4 862 Ömrünün ilk ilində müxtəlif peyvəndlərlə uşaqlarımıza normadan 70 dəfə cox ağır metal qəbul elətdirilir.

Redaksiyamıza oxucu məktubu göndərən Rəhmanov Əhməd Fazil oglu neçə ildir ki, ölkəmizə gətirilən keyfiyyətsiz peyvəndlərin idxalına qarşı mübarizə aparır və Səhiyyə Nazirliyini hətta məhkəməyə verib. Əlində əsaslı səbəbləri də var. Onun məktubunu olduğu kimi dərc edirik.

“Hörmətli redaksiya, oğlum Rəhmanov Rəfael 2008-ci il təvəllüdlüdür. 1 yaş yarima kimi normal uşaq kimi böyüyüb. Bu barədə bütün tibbi sənədlərim var. Lakin 2 yaşında artıq onun irəliləməsinin yox geriləməsinin şahidi olamaga başladıq.Özünə qapanırdı, tanımadıgı otaga girmir , və ya evdən bayıra çixmaq istəmirdi. Nitqini və sadə biliklərini itirdi, qarnı pozuldu.Elə təsəvvür yaranırdı ki, deyiləni anlamir. Azərbaycanda çox həkimlərə üz tutduq,hərə bir söz ,hərə bir çarə dedi. Sonra isə Uşaq Nevroloji Dispanserdə bizə bildirdilər ki, Sizin uşaqda Autizm sindiromudur. Lakin Azərbaycanda hələ Nuh əyyamindan qalan qanunlara görə 3 yaşadək uşaqlara bu tip diaqnozlar qoyulmur. Bizə isə uşaga psixotrop dərmanlari verməyi məsləhət gördülər. Həyat yoldaşım özü həkim oldugundan bu sindromun birdən birə bizim uşaqda oldugunun səbəblərini araşdırmaga başladıq. İnternet vasitəsilə dunyada olan Autizm təşkilatları və bu barədə aparilan tibbi araşdirmalarla maraqlananda bizə aydın oldu ki, Autizmin simptomları agır metal zəhərlənməsi simptomları ilə eynidir.Bəzi kaslb ölkələrdə istifadə olunan peyvəndlər ucuz başa gəlsin deyə onlarin tərkibinə konservan kimi Timerasol (civənin orqanik formasi ) və aliminium əlavə olunur. Elə bu səbəbdən də internet vasitəsiylə Amerikanin Doktor DATA deyilən tanınmış laboratoriyası ilə əlaqə saxlayıb oglumun analizlərini ora göndərdik. Azərbaycanda bunu edə bilmədik, səbəbi isə bu idi ki, bizdə orqanizmdə olan agır metalların aşkar edə bilən laboratoriya yox idi (deyəsən hec indidə yoxdur ). Amerikadan aldigimiz cavabda oglumun orqanizmində agır metalların göstəricisi normadan ən azı 15-20 dəfə coxluq təşkil etdi. Sonra isə Azərbaycanda rəsmi strukturlarla uzun uzadı yazişmalardan sonra respublikamızda istifadə olunan peyvəndlərin (pulsuz vurulan ) yaddaş vərəqini əldə edə bildim və dəhşətə gəldim. Əgər peyvəndlərimizin tərkibind ki agır metalların miqdarını Ümümdünya Səhiyyə Təşkilatinın Romada kecirdiyi 2010 il 16-25 fevral tarixli iclasindan sonra 16 mart tarixində qəbul etdiyi sənədlə müqaisə etsək görərik ki, təkcə elə ömrünün ilk 12 saatinda uşaqlarımıza vurulan Hepatit B də Civə və aliminium normadan 20-25 dəfə coxdur. Bu isə o deməkdir ki, ömrünün ilk ilində müxtəlif peyvəndlərlə uşaqlarımıza normadan 70 dəfə cox agır metal qebul elətdirilir.
Butun bunları dəqiqləsdirdikdən sonra keçən ilin iyun ayinda Bakinin Nəsimi rayon Məhkəməsinə Səhiyyə Nazirliyinə qarşı iddia qaldırdım. İddiada isə daha bir coxları kimi pul istəmədim, mənə dəymiş zərər övladımın saglamlığıdır,bunu isə mən pulla ölçə bilmərəm.Bu səbəbdəndə simvolik olaraq 1 manat pul və Azərbaycanda tərkibində agır metal olan peyvəndlərin ləgvini tələb etdim. Məhkəmə öz növbəsində Peyvəndlərin tərkibini yoxlatdırmaq əvəzinə mənim oğlumu elə Səhiyyə Nazirliyinin öz tərkibində olan Tibbi ekspertiziya göndərdi. Əvvəl buna etiraz etsəm də məni dedilər ki, bu vacibdir. Ekspertizia isə heç olmadı. Çünkü, 5 valideyn və uşaqla dolu otaqda ogluma fonendaskopla qulaq asan həkimin Autizm və agir metallaıin insan orqanizminə nə kimi təsiri barədə yazdıqlarını ekspertizia rəyi kimi qəbul etmək ağlasığmaz olsa da Hakim bunu qəbul etdi. Və qərarı səhiyyə məmurlarının xeyrinə çıxardı.

Amma mən təslim olmaq fikrində deyiləm, 1 MANATLİQ İDDİAM və Azərbaycanda Agır metalli peyvəndlərin ləgvi tələbiylə hal hazırda Apellasiya məhkəməsinə muraciət etmişəm. İyunun 27 –si, saat 10- da növbəti proses olacaq . Bundan əlavə bildirmək istəyirəm ki,Avpora Məhkəməsinə qədər getmək fikrindəyəm. Çünkü, əgər nə vaxtsa hansısa bir valideyn bunu Azərbaycanda etsəydi, bəlkə mən də övladima bu peyvəndlərdən vurdurmazdım.

Mən ətrafdakılari başa salmaq istəyirəm ki, mən umumən Vaksinasiyanın əleyhinə yox, keyfiyyətsiz peyvendlərin əleyhinəyəm. Çunku, Ümumdunya Səhiyyə Təşkilati 2007-ci ildən Avropanın inkşaf etmiş ölkələrində Timerasol tərkibli Vaksinlərin istifadəsini məsləhət görməyib.Yalnız 3 -cu tip ölkələr ucun bu vaksinləri nəzərdə tutub. Görünür Ümumdünya Səhiyyə Təşkilatı da farmakoloji nəhənglərə güc gəlməkdən çəkinib.

Azərbaycan bu gün regionda ən inkişaf etmiş ölkədirsə, bəs niyə bizim səhiyyə məmurları bizim övladlaımızı avropalılardan aşagı tutur ?
Bu gün Azərbaycanda özəl tibb mərkəzlərinə agır metalsiz və ölü mikroplu peyvəndlər gətirilir və bu peyvəndlərin qiyməti 50-70 manat arası dəyişir. Deməli istəsək nail ola bilərik, sadəcə hökümətimiz öz vətəndaşlarına daha cox diqqət göstərsə hec də pis olmazdı.


Bu aralarda övladının başına gələn xəstəlikdə peyvənddən şüphələnən valideynlərlə görüşməyə başladim. Mənim müşahidələrim məni aldatmırsa, əgər peyvəndlərin fəsadları oglanlarda zehni problem yaradirsa, qizlarda bu göz damarlarında problem yaradır. Məsələn - doğulandan 12 saat sonra uşağa vurulan Hepatit B-nin tərkibinə nəzər salaq:
Miqdarı: 1 doza – 0.5 ml.

Tərkibində konservant olaraq – Timerasol (civənin orqanik formasi) 0.025 mq. və adyuvant olaraq (immun reaksiyanı artırmaq üçün) Aliminium hidroksid – 0.25-0,4 mq;

Qeyd eləyim ki, civə insan orqanizminə ən ağır ziyan verə bilən maddələrdən biridir, onun orqanik birləşmələri isə qeyri-orqanik birləşmələrinə nisbətən daha ziyanlıdır. Civə insan orqanizmində yığılaraq, onun bütün orqan və toxumalarına təsir göstərir və müxtəlif xəstəliklər yaradır. Ən çox fəsadlar isə sinir sisteminə yetirir. Nəticədə qoca dəli papaqçı xəstəliyi, minamat xəstəliyi və sair xəstəliklər zamanı mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir.

Eyni ilə peyvəndlərin tərkibində olan aluminum da müxtəlif xəstəliklər yaradır və yenə də əsasən sinir sistemini dərindən zədələyir. Misal olaraq, Alsqeymer və Parkinson xəstəliklərini göstərmək olar.
Onu da vurğulamaq lazımdır ki, patogen virus, bakteriya və göbələklər orqanizmdə ağır metalların molekullarından istifadə edərək, onlarla birləşir, nəticədə özlərinə bioplyonka yaradır. Bu bioplyonka altında onlar öz fəaliyyətlərini rahatca davam edir və orqanizmə ziyan törədir. Patologi bioplyonka isə onları antibakterial maddələrdən qoruyur.

Dünya Səhiyyə təşkilatının hesablamalarına görə, orta və yaşlı insanlara civə qəbulunun çəkinin hər kiloqramına uyğun olaraq, 0.1 mikroqram dəyərində olmasına icazə verilir.

Belə olduğu halda, əgər yeni doğulan uşağın çəkisi 3-4 kq-sa, deməli, o, gün ərzində 0.3-0,4 mikroqram civə qəbul edə bilər. Ona isə ömrün ilk anlarında peyvəndlə 0.025 mq (və ya 25 mkq) civə və 0.25-dən 0.4 milliqramadək aliminium vurulur.”