BolgeXeber.Com » Analitika » Binəqədi rayon İcra Hakimiyyətində kadr dəyişikliyinin əsl səbəbləri

Binəqədi rayon İcra Hakimiyyətində kadr dəyişikliyinin əsl səbəbləri

25-06-2013, 12:00
Oxunub: 8 030 Ötən həftəninin cümə günü Binəqədi rayon İcra Hakimiyyətində kadr dəyişikliyi aparıması haqqında məlumat yayımlandı.

İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ictimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Tamilla Hacıyevanı vəzifəsindən azad etdi və onun yerinə başçının digər sərəncamı ilə Aqil Eyvazov təyinat aldı. Məlumatda həmçinin o da qeyd olunurdu ki, A. Eyvazov əvvəllər də icra hakimiyyəti strukturunda çalışıb. O, bundan əvvəl Binəqədi rayon İcra hakimiyyətində sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tutub.

Pia.az-a Binəqədi İcra Hakimiyyətində baş verən intriqalar barədə ilginc məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Tamilla Hacıyevanın vəzifəsindən alınmasının səbəbi Xaləddin İsgəndərovu aldatması olub. Belə ki, Binəqədinin icra başçısı -siyasi və humanitar məsələləri şöbəsinin müdirinə mətbuatla normal münasibətlər qurmaq tapşırığını verib. Lakin müavini onu aldadaraq mətbuatla əlaqələr yaratmaq adı altında hər ay minlərlə manat vəsait «silib». Nəhayətdə icra başçısına məlum olub ki, müavini onu aldadır və mətbu orqanlarala isti münasibət qurulması üçün ayrılan vəsaiti sadəcə mənimsəyir.

Məlumatda o da bildirilir ki, Tamilla Hacıyevanın yerinə gətirilən Aqil Eyvazov Xaləddin İsgəndərovun yaxın dairəsinə aiddir və Aqil Eyvazov başçının maliyyə və biznes məsələrində əsas köməkçisidir. İnandığı adam olduğuna görə Xaləddin İsgəndərov Aqil Eyvazovdan vəzifəyə gətirilməsi üçün simvolik «xərac» alıb. Belə ki, mənbə bildirir ki, Aqil Eyvazov yeni kürsüsünü 20 min manata alıb.

Mənbə həmçinin onu da qeyd edir ki, Xaləddin İsgəndərov rayonda bütün biznes və maliyyə strukturlarına nəzarəti yeni müavinin kurasiyasına verib. Bu isə, o anlama gəlir ki, Binəqədi rayonunda hər şey o cümlədən hər ay mənimsənilən milyon manatlarla vəsaitlərin hesabı Aqil Eyvazdan soruşulacaq.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…