BolgeXeber.Com » Analitika » “"Təzadlar" qəzetini cinayətkar təşkilatın mətbuat xidməti hesab edirəm"

“"Təzadlar" qəzetini cinayətkar təşkilatın mətbuat xidməti hesab edirəm"

1-07-2013, 11:50
Oxunub: 5 413 Elşad Abdullayev "Təzadlar" qəzetinin baş redaktorunu ittiham etdi.

06.Vl.2013 il tarixli «Müsavat» qəzetində «Mahir Abdullayevi 50 min dollar müqabilində qaçıran kimlər olmuşdur ?" Təzadlar qəzetinin yazısı həqiqəti əks etdirmir :

1. "Təzadlar" qəzetini Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın mətbuat xidməti hesab edirəm. MŞ-in "Qara siyahısında" reket qəzet "Təzadlar" qəzetinin baş redaktoru Azərbaycan vətəndaşı Asif Millət oğlu Məmmədov məqsədli və qərəzli olaraq yalnız Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın maraqları çərçivəsində qanlı bandanın dili ilə danışan cəfakeş qəzetçidir. Onun bütün yazıları əsas cinayətkarı gizlətmək, cəmiyyəti çaşdırmaqdır və zərərçəkmişi susdurmaqdır. Onun yazıları həqiqətə uyğun deyildir. Prokurorluğun mənim ilə kriminal dil ilə danışmasıdır, Prokurorluq baş vermiş cinayəti həll etmək və mənə cavab vermək əvəzinə etikadan kənar qəzetçi Asif Mərzilinin və "Terrazina" ləqəbli vəkil Ramiz Zeynalovun vasitəsi ilə cavab verir. Avropada belə etikadan kənar subyektləri axmaq adlandırırlar.

2. "Təzadlar" qəzetini prokurorluğun mətbuat xidməti hesab edirəm. Bu barədə daha ətraflı İsveçrədə nəşr olunan www.avropa-az.com internet saytında 29 aprel 2013 il tarixli "Elşad Abdullayevin müraciətlərinə kim cavab verir... ??? " məqaləmdə daha geniş məlumat verilmişdir. Digər tərəfdən , KİV-də qəzetçi Asif Mərzili bəyanat vermişdir ki, mənim Elşad müəllim ilə bir video-zapisim olsa mən jurnalistikadan gedərəm, adımı dəyişərəm. Buna görəndə mən Asif Mərzilinin cinayətləri haqqında 2 video-audieo faktını www.yutube.com -da ictimailəşdirdim, 8 ay keçməsinə baxmayaraq kriminal bandanın qəzetçisi Azərbaycan vətəndaşı Asif Millət oğlu Məmmədov sözünə əməl etmir.

3. Bu gündə Asif Mərzili (prokurorluq) mənim polisə verdiyim ifadəmi həqiqətə uygun yazmır, özlərinə necə sərf edirsə elə də verirlər(polisə verdiyim ifadəmin surətini əlavə edirəm). Belə ki, 25 yanvar 2009 il tarixində mən rəsmi olaraq AR Prezidenti İlham Əliyevə, AR Baş Prokuroru Zakir Qaralova, AR Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova şikayət olaraq bildirdim ki, Kürdəmir rayonun polis rəisi və müavini Qabil ... məni aldadaraq Kürdəmir rayonuna gətirdilər və məndən qardaşım Mahir Abdullayevin geri qaytarılması üçün 5 milyon dollar pul tələb etdilər(Ərizəmi işə əlavə edirəm). Prezidentin imzası ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsi polis əməkdaşlarına qarşı cinayət işi acdı. Nəticədə, polis rəisini və müavinini aradan çıxarmaq məqsədi ilə məndən tələb etdilər ki, ərizəni geri götür, əks təqdirdə yaxın qohumuna, qardaşın oğlu Mübariz Abdullayevə cinayət işi açacayıq. Mübariz Abdullayevin bir qardaşı Təbriz Abdullayev Qarabağ şəhididir, atası rəhmətə gedibdir, bütün ailəsini dolandıran yeganə şəxsdir. Hazırda Qarabağ şəhid ailəsi Mübariz Abdullayevi həbs ediblər və bütün cinayətləri "səmimi etiraf edib», bütün cinayətləri əsassız olaraq boynuna qoyublar. Məndən tələb edirlər ki, əgər şikayətləri geri götürməsən qardaşın oğlunu sizə qarşı qoyacağıq.

4. Qeyd etmək istəyirəm ki, Azərbaycansayağı adam oğurluğunun başlıca xüsusiyyətlərindən biri də zərərçəkmişin qohum-əqrəbasını bir-birinə qarşı qoymaqla, ailənin normal fəaliyyətini pozan antikonstitusiya cinayətləri ilə xarakterizə olunur. Qarabağ şəhidi ailəsi Mübariz Abdullayevin işi məni susdurmaq üçün fabrikovat olunmuş saxta işdir.

Gülüş doğuran budur ki, Azərbaycanın "şanlı" Hüquq Mühafizə Orqanları məni qardaşım oğlu-Mübariz Abdullayevin işində zərərçəkmiş kimi tanıyırlar. Bilə-bilə qohum-əqrabamı mənim əleyhimə qaldırırlar. Lakin, məni cinayətin əsas subyektləri Gülər Əhmədovanın və Arzu Kazımovun işində zərərçəkmiş kimi tanımırlar. Mən rəsmi olaraq yazılı bildirdim ki, məndən Mübariz Abdullayev pul istəməyibdir, məndən Mahiri geri qaytarmaq üçün 5 milyon pulu Kürdəmirin Polis rəisi Polad Şıxəliyev və onun müavini Qabil tələb edibdir. Bu cinayəti ört-basdır etmək məqsədi ilə şəhid ailəsi qardaşım oğlu Mübariz Abdullayevin işi də fabrikovat olunmuş işdir.

Elşad Abdullayev
Fransa,Paris, 27 iyun 2013