BolgeXeber.Com » Analitika » Milli Şura vahid namizədini seçir – Yenilənir

Milli Şura vahid namizədini seçir – Yenilənir

2-07-2013, 11:00
Oxunub: 4 506 “Vahid namizəd də, əsas namizəd də, ehtiyat namizəd də İbrahimbəyov olmalıdır”

Çıxış edən Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov bildirdi ki, son üç ildə müxalifətin böyük birliyinin yaradılması ilə bağlı müzakirələr gedir: “Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını hansısa ölkəyə bağlayan adamlara demək istəyirəm ki, bu məsələlər 3 ildir – Ziyalılar Forumunun yaranmasından bəri davam edir. Rüstəm müəllimin fikirləri, geniş birlik yaratmaq istəyi, çıxışları, Milli Şuranın yaradılması ideyasını verməsi onu lider kimi önə çıxardı”.

E.Namazov bildirdi ki, dünən “El” Hərəkatının Ali Məclisinin iclası keçirilib və Rüstəm İbrahimbıyovun vahid namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edilib: “Bizim qərarımız odur ki, Milli Şuranın vahid namizədi də, əsas namizədi də, ehtiyat namizədi də Rüstəm İbrahimbəyov olmalıdır”.

***

11:44

Vahid namizədin müzakirəsi başlandı

Milli Şuranın vahid namizədinin öhdəlikləri ilə bağlı memorandum qurum üzvlərinin səs verməsinə çıxarılaraq qəbul edildi.

Bunun ardınca isə Milli Şuranın ən ciddi məsələsi – vahid namizədin elan edilməsi məsələsi müzakirələrə başlanıldı.

***
11:37

Milli Şura Bakı və Gəncəyə böyük şəhər bələdiyyəsi statusunu verir

Milli Şuarının ikincı sessiyasında Qubad İbadoğlu çıxış edərək qurumun memorandumuna əlavələrin edilməsini təklif etdi. O, gələn il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı məsələnin əlavə edilməsini istədi. Q.İbadoğlu bildirdi ki, Azərbaycan paytaxtı Avropada statusu olmayan yeganə şəhərdir və qurumun memorandumuna bu məqam əlavə edilməlidir. O, həmçinin bildirdi ki, fundamental azadlıqlar bölməsinə də söz və birləşmiş azadlıqları əlavə edilsin.

ALP sədri Ə.Temirxan bu məsələlərin Milli Şuranın vahid namizədi kimi prezident seçiləcək şəxsin üzərinə yüklənməsi düzgün deyil. O təklif etdi ki, qurumun vahid namizədi prezident seçiləcəyi halda bu təklifləri daha sonra reallaşdırmaq mümkündür.

Q.İbadoğlu Avropa Yerli Özünü İdarəetmə Xartiyasının əsas tələbi böyük şəhərlərə status verilməsidir. O, Bakıya böyük şəhər bələdiyyəsi statusu verilməsi məsələsinin memoranduma daxil edilməsini təklif etdi. Ə.Kərimli Bakı və Gəncəyə böyük şəhər bələdiyyəsi statusunun verilməsi məsələsini qurumun memorandumuna daxil edilməsi təklifinin qəbul edildiyini bildirdi.


***
11:23

AXCP sədri İsa Qəmbərin müşavirinin təklifini rədd etdi

Milli Şuranın ikinci sessiyasına AXCP sədri Əli Kərimli sədrlik edir. Sessiya Azərbaycan himninin oxunması ilə açıq elan edildi.

AXCP sədri sessiyanın gündəliyini Milli Şura üzvlərinə
elan edərək bildirdi ki, bugünkü iclasın əsas məsələsi hər kəsin uzun müddətdir gözlədiyi Milli Şuranın vahid namizədinin elan edilməsidir.

Müsavat başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli gündəliyi əlavə edilməsi ilə bağlı təklif verdi. O bildirdi ki, gündəliyə mitinqlərin təşkili ilə bağlı komitənin formalaşdırılması ilə bağlı məsələ gündəliyə daxil edilsin. Ə.Kərimli bildirdi ki, indiki halda günün hadisəsi mitinqlər deyil, vahid namizədin elan edilməsidir: “Hələ qurumun icra aparatı belə tam təşkil edilməyib. Bu məsələ sonrakı sessiyanın gündəliyinə daxil edilə bilər”.

Bunun ardınca Milli Şuranın ikinci sessiyasının gündəliyi səsə qoyularaq, qəbul edildi.

11:10

Bu gün Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının ikinci sessiyası keçirilir.

Bolgexeber.com xəbər verir ki, bugünkü iclasda Milli Şuranın vahid namizədinin elan olunacağı gözlənilir.

Sessiyasının gündəliyinə daxil olan məsələlər arasında bu da var. Milli Şuranın iclasının gündəliyi aşağıdakı kimidir:

1. İşçi qrupunun keçid dövrü və DQMŞ-in vahid namizədinin öhdəlikləri haqqında hazırladığı memorandumun qəbulu

2. DQMŞ-in prezidentliyə vahid namizədinin irəli sürülməsi

3. Azərbaycan Respublikasının Milli Məclisinə, Baş Prokurorluğuna və Mərkəzi Seçki Komissiyasına müraciət

4. DQMŞ-in prezidentliyə vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə qərarı

5. Cari məsələlər