BolgeXeber.Com » Analitika » Yaslarımız və ya faciəmiz

Yaslarımız və ya faciəmiz

2-07-2013, 17:25
Oxunub: 5 918 İlk baxışdan hər hansı bir adamın vəfat etməsinin onun yaxınları üçün mənəvi və psixoloji cəhətdən ağrılı olması təbiidir.Ancaq cəmiyyətimizdə formalaşan yanlış ictimai fikir nəticəsində ölü yiyəsi “rahatca”öz əzizinin itirilməsinin dərdini çəkmək əvəzinə (bəzən ölən heç də əziz olmayanda sevinmək əvəzinə)süni,lazımsız,əlavə problemlərin –mərhumun yas mərasiminin keçirilməsinin qayğısına qalmaq məcburiyyətinə qalır.Baxmayaraq ki,ölü yiyəsi tərəfindən verilən yas mərasimləri-1-i,3-ü,7-si,40-ı,ili və cümə axşamları cəmiyyət tərəfindən islam qaydalarına əməl etmək kimi təqdim olunur,bu naqisli adət-ənənələrdən başqa bir şey deyildir.

Çünki islamda ümumiyyətlə yas mərasimi anlayışı yoxdur,bu məsələ ilə əlaqədar yalnız dəfn məsələsi var.Bu baxımdan yas mərasimlərində ,adətən olduğu kimi ölü yiyəsinə kömək məqsədilə pul yığılması məsələsi ümumiyyətlə absurd bir məsələdir.

Çünki əgər pul yas yiyəsinə yasın keçirilməsinə kömək niyyətilə yığılırsa və öz növbəsində yas mərasimi özü lazımsız bir şeydirsə və yas elə camaat üçün keçirildiyindən demək o keçirilməsə nə köməyə,bununla da pul yığılmasına ehtiyac qalmaz.

Mövzuya uyğun olaraq onu da deyim ki,Məhəmməd (ə)peyğəmbər hədislərin birində buyurmuşdur:”Müsibət sahibinin yeməyini yemək cahilliyyat əhlinin əməllərindəndir.Sünnət (Allahın göstərişi) isə onların evinə yemək aparmaqdır”Üstəlik dini baxımdan yas məclisinin verilməsini,-hansını ki,cəmiyyət axmaqlıqdan ehsan adlandırır,-nə yas məclisini təşkil edənə,nə də mərhuma savab gətirir və ya onun ruhunu şad edir.Buna görə də yas məclisi keçirmək tamamilə mənasız bir şeydir.

Şəriətə görə ümumiyyətlə ehsanda pul yığılmamalıdır.Peyğəmbər əleyhisalamın dövründə bir nəfər sevinclə, dünyasını dəyişən varlı bir adamın ölümündən sonra bütün xurma bağlarının və malının yarısının ehsan kimi imkansız adamlara vəsiyyət etməsini və buna görə də mərhumun necə yaxşı adam olmasını ona bildirir.Peyğəmbər isə cavabında deyir ki ,əgər mərhum özü sağlığında xurma bağlarından heç olmasa bircəsini bir kasıba ehsan etsəydi indi qazanacağından daha çox savab qazanardı.

Nə meyidin“şərəfinə”edilən ”şaxsey-vaxsey”in ,nə ağı deməyin,nə dərdə şərikliyi bildirmək üçün 40 gün üzün qırxılmaması,nə saç yolmaq ,nə üz cırmaq ,nə ağlaşma kimi ikiüzlüklülərin,həmçinin islamdan əvvəl dövrə uyğun başqa ayinlərin islama heç bir aidiyyatı yoxdur.

Onsuz da bir məşhur və doğru psixoloji el deyiminə görə yasda hərə öz gününə ağlayır.Yasların ,molların pul qazanması üçün bir tələ olmasını və yasa ,qadınları ağlatmaq üçün xüsusi olaraq peşəkar mərsiyə deyən qadınların dəvət olunmasına görə ikiüzlülükdən başqa bir şey olmamasını sübut etməyə ehtiyac yoxdur.Əgər bütün bu səbəblərdən yas məclisli özü səhv bir şeydirsə təbii ki,bu məclisin təmtəraqlı keçirilməsi ikiqat cahillikdir.

Göründüyü kimi problemə yanaşma din rəsmilərimizin QMİ-nin yanaşamsı qədər –yas mərasimlərinin israfedici səviyyədə dəbdəbəli keçirilməsi qədər bəsit deyil.Yas məslislərinin bəzəyi olan”tamadaların”,alimdən çox leş qalıqları ilə qidalanan kaftarlara bənzər sifətləri olan savadsız mollaların sanballı dini universitetlərin tələbələri ilə əvəzlənməsi də problemdən çıxış yolu deyil.

Çünki bununla forma, zahir sivilləşsə də mahiyyət dəyişmir.Məlumdur ki,nə toy,nə də yas mərasimləri nə qədər arzuolunmaz şəkildə keçirilsə də dövlət heç bir halda onları ümumən qanunla tənzimlənə bilməz və əgər məmurlar bunu əmrlər,qərarlar vasitəsilə edə bilsələr belə bu o demək deyil ki,bu normal haldır.Məlum olduğu kimi ayrıca Naxçıvanda inzibati metodlarla yasların sadə keçirilməsinə nail olunsa da bu insan haqlarının kobud şəkildə pozulmasıdır və neqativ hallara gətirib çıxarır.Çünki yas məclisinin necə keçirulməsi hərənin öz şəxsi işidir və buna görə vətəndaşı cinayət məsuliyyətinə cəlb etmək qanunaziddir.Din rəsmiləri bəzən təklif edirlər ki,guya bu baxımdan guya varlı təbəqələrin nümayəndələri müsbət nümunə,örnək göstərərək VİP çadırlı,süfrəli məclislərdən imtina edib sadə məclis keçirsinlər.

Çünki onların məntiqinə görə kasıb insan şox sadə yas mərasimi keçirəndə(məsələn məclisə heç bir xörək verilməyəndə,sırf çay,pendir-çörək,halva verəndə )cəmiyyətin qınağına tuş gəlirlər, ictimai fikrin əksinə getmək isə onlara çox çətin gəlir,varlı insana isə psixoloji cəhətdən buna getmək daha asandır.Çünki onu qınayan olmayacaq.

Bu maraqlı təkilf olsa da yenə də çıxış yolu deyil.Yas məclislərinin tipik toylarımıztək çox çeşidli,bol süfrəli olması səbəb deyil ,nəticədir.Ona görə də məntiq ilə nəticə ilə yox səbəb ilə mübarizə aparmaq lazımdır və bu səbəb özünü təkcə yasda,toyda yox bütün sahələrdə göstərir.

Eləyə qalsa inkişaf etmiş ölkələrdə əhalinin maddi rifahı ümumən yüksək olduğundan yas mərasimlərini ucdantutma təmtəraqlı keçirərdilər.Ancaq məlum olduğu kimi onlar ümumiyyətlə yas məclisləri keçirmirlər.Keçirsələr də bu sırf fərdi xarakter daşıyır.Ümumiyyətlə ölü biznesi-yaslar əsasən şəhərlərdə(Bakıda yeyib-içməyi , ofisantı,kirayə qab qaşığı,çadırı ilə birlikdə menyu yası 3000-10000manat) yer almaq qəbir qazmaqla birlikdə(300-500 manat)qəbir daşı satmaq,hazırlamaq (500-10000manat),meyid yumaq (50-100manat),maşın ilə meyid aparmaq(50-100manat), bütün yas məclisini aparmaq(100-250manat) artıq sərfəli biznesə çevrilib.

Bütün bunlar üstəlik məscidlər,ziyarətgahlar,,nəzir qutuları da bir qrup insanın monopoliyasındadır ki,bu biznesin də dövriyyəsi milyonlarla ölçülür.Bu baxımdan təbii ki,islamdan sırf qacanc məqsədilə istifadə edənlər heç zaman yas məclislərinin qeyri-islami olmasını deməzlər.


Çünki islam qanunlaraına riayət etmək onlara daha ağır gəlir,nəinki ondan qazanc götürmək.Hər məclisdə 100manatdan 500 manata qədər qazanc götürən molla tayfasına təbii ki,islamda qazancın maddi yox,yalnız mənəvi baxımdan olması sərf etmir.Bu baxımdan acınacaqlı haldır ki,məscidlər Allahın evindən daha çox mollaların biznes obyektlərinə çevrilib.Mollaların “obyektlərinin” –məscidlərin fəaliyyət göstərməsi sırf yaslardan asılıdır.

Əgər yaslar olmasa onların da biznesi dayanar.Bundan başqa yaslar insanları cahillikdə saxlamaq üçün olan gözəl vasitələrdən biridir.
P.S.Ümumiyyətlə cəmiyyət zaydırsa ,onun gördüyü bütün işlər o cümlədən onun yası da ,toyu da zay olacaq və burada təəcüblü bir şey yoxdur.