BolgeXeber.Com » Analitika » “Rüstəm İbrahimbəyov narazı qüvvələri birləşdirməyə gücü çatan adamdır”

“Rüstəm İbrahimbəyov narazı qüvvələri birləşdirməyə gücü çatan adamdır”

3-07-2013, 09:10
Oxunub: 4 380 “Rüstəm İbrahimbəyov hakimiyyətdən narazı qüvvələri birləşdirməyə gücü və savadı çatan bir adamdır. Rüstəm müəllim rəsmi şəkildə prezidentliyə namizəd kimi qeydiyyatdan keçsə, onun qələbəsi şübhə doğurmayacaq”. Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun gələcək siyasi fəaliyyətini şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Rüstəm İbrahimbəyov təmiz insan və ziyalı olduğundan namizədliyi rəsmi şəkildə qeydə alınacaq. “Bundan sonra Rüstəm müəllim qanun çərçivəsində mübarizə aparacaq”. Bu vaxta qədər vahid namizədlə bağlı bir mövqedən çıxış edə bilməyən müxalifətin indiki şəraitdə Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsinə isə siyasi ekspert aydınlıq gətirib. “Bunu həm reallıq tələb edir, həm də bir taktiki gedişatdır. Bəllidir ki, hakimiyyət inzibati və informasiya resurslarını bir araya gətirib şəffaf mübarizədən geri çəkilib. Bu baxımdan hakimiyyətdən narazı kəsim də anladı ki, bir araya gəlib vahid komanda ilə mübarizə aparmaq lazımdır”. Politoloq Rüstəm İbrahimbəyovun istədiyi vaxt Azərbaycana gələ biləcəyini də deməklə onun Vətənə qayıtmaması ilə bağlı səslənən ittihamlara cavab verib.