BolgeXeber.Com » Analitika » DADP-nin sədri Əlisahib Hüseynovla bağlı şok məlumatlar

DADP-nin sədri Əlisahib Hüseynovla bağlı şok məlumatlar

6-07-2013, 15:10
Oxunub: 6 100 “Sarı Qaya” indi “Sulu Təpə” ilə əvəzlənib...
DADP-nin sədri Əlisahib Hüseynovla bağlı şok məlumatlar redaksiyamıza daxil olub. Etibarlı mənbənin verdiyi məlumata Əlisahib Hüseynova yuxarı eşalonda dəstək verənlər var. O hələ BDU-da ikinci təhsilini oxuyanda universitetdə özünü kürd əslli şəxs kimi təqdim edirmiş. Həmişə də bildirirdi ki, onun Ramiz Rzayevlə sıx əlaqələri var və vaxtı ilə guya o Ramiz Rzayevlə bir yerdə işləyib.
Etibarlı mənbəni digər bilgsinə görə,hələ o vaxtlardan bu günəcən Əlisahib Hüseynova dəstək verən şəxslər BDU-nun rektoru Abel Məhərrəmov və Torpaq və xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədovdur. Abel Məhərrəmovun yaxını və universitetdə prorektor köməkçisi olan Rəşad Hüseynovun bu günlərdə Əlisahib Hüseynovla görüşləri kənardan müşahidə olunub.
Gizli müxalifət bu dəfə görüş yerini dəyişib...
Bu işlərdə Qərib Məmmədovun etibarlı adamı, əslən Gədəbəydən olan və hazırda da “Torpaq komitəsi”ndə işləyən, Sulutəpədə yaşayan Fəxrətdin adlı şəxs yaxından iştirak edir. Əlisahib Hüseynov onunla da Sulutəpə qəsəbəsində görüşür. Qeyd edək ki, Abel Məhərrəmovun yaxını olan Rəşad Hüseynov da Sulutəpə qəsəbəsində yaşayır.
Mənbənin dediyinə görə, bu şəxslərin Sulutəpədə görüşləri, bir neçə il əvvəl Novxanıda Sarı Qaya adlı yeməkxanadakı gizli siyasi görüşləri xatırladır. Bir vaxatlar həmin obyektdə Əli İnsanov, Fikrət Sadıxov, Akif Muradverdiyev və digər şəxslər yığışardılar. Deyəsən kimlərinsə könlündən həbs olunmaq keçir. Görünür, keçmiş bunlara dərs olmayıb...
Qafqazregion.az