Hüseyn Abdullayev şok faktlar açıqlayacaq
8-07-2013, 11:35
Oxunub: 6 611
Keçmiş deputatda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması barədə faktlar var.
“Oğuz eli” Ictimai Birliyinin sədri, keçmiş deputat Hüseyn Abdullayev barəsində başlanmış cinayət işi ilə bağlı hələlik heç bir yenilik yoxdur. Bu barədə keçmiş deputatın vəkili Kamandar Nəsibov bildirib. Vəkil deyib ki, Vergilər Nazirliyinə və Interpola göndərilən sorğulara cavab verilməyib: “Bu cinayət işi ”Araz" MTK-dakı yoxlamalar görə başlayıb. Bu şirkətin isə rəsmən Abbas Abdullayev və Zeynəb Abdullayevalara məxsusdur.
Bu şəxslər Hüseyn Abdullayevin validyenləridir. Faktiki olaraq həmin şirkətin Hüseyn Abdullayevə məxsus olmaması, şirkətlə bağlı aparılan araşdırmaların və başlanmış cinayət işinin də müdafiə etdiyim şəxsə aid olmamasını şərtləndirir. Amma bildiyiniz kimi Hüseyn Abdullayev Interpol vasitəsilə axtarışdadır. Mən Interpola rəsmi sorğu göndərmişəm. Təkidli tələblərimdən sonra mənə faksla cavab veriblər. Həmin cavabda iddia edilir ki, Vergilər Nazirliyinin Hüseyn Abdullayev barədə ayrıca cinayət işinin başlanması barədə sənədləri Interpola təqdim edib və bu baxımdan da müdafiə etdiyim şəxs axtarışa verilib. Mən həmin sənədləri tələb edirəm. Lakin Vergilər Nazirliyi və Interpol sənədləri bizə təqdim etməkdən yayınır. Görünür, ya Hüseyn Abdullayev barədə cinayət işi yoxdur, ya da varsa özləri də bilirlər ki, bu saxtadır, biabır olacaqlar, ona görə də təqdim etmirlər".
Kamandar Nəsibov deyib ki, o, tələb etdiyi sənədləri məhkəmə yolu ilə almaq niyyətindədir: “Məhkəməyə verəcəyik və bu yolla sənədləri alacağıq”.
Vəkil eyni zamanda bildirib ki, Hüseyn Abdullayevin valideyləri hələki istintaqa cəlb olunmayıb: “Hələlik fakta görə cinayət işi başlanıb. Abbas Abdullayev və Zeynəb Abdullayeva bu cinayət işində hər hansı statusa malik deyillər”.
Vəkil keçmiş deputatın son bəyanatına da toxunub. Hüseyn Abdullayevin bu bəyanatından sonra onun hakimiyyət barədə ifşaedici faktlar açıqlaya biləcəyi deyilir. “Reytinq” qəzetinin Hüseyn Abdullayevə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, keçmiş deputatda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması, güc strukturlarının müxtəlif cinayətləri barədə faktlar var və keçmiş deputat bu faktları açıqlaya bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər