BolgeXeber.Com » Analitika » Gənc əsgərlər arasında kütləvi şəkildə vərəmli xəstələr aşkarlanıb

Gənc əsgərlər arasında kütləvi şəkildə vərəmli xəstələr aşkarlanıb

10-07-2013, 15:20
Oxunub: 5 398 Görəsən nə vaxta qədər SHXÇDX vərəmli və başqa xəstə uşaqları hərbi xidmətə göndərməkdə davam edəcək?

İyulun 1-dən başlayaraq hərbi çağırışa start verilib və artıq 10 gündür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrindən gənc əsgərlər hərbi xidmətə yola salınır. İlk baxışda hər şeyin öz axarı ilə getdiyi müşahidə olunmaqdadır. Amma vəziyyət heç də belə deyil. Çünki əlimizə elə dəhşətli faktlar keçib ki, Adam onun ictimailəşdirməkdən belə çəkinir. Lakin ordumuz, dövlətimiz, millətimiz, cəmiyyətimiz naminə bu faktları ictimailəşdirməyə bilmərik. Əldə etdiyimiz dəqiq bilgilərə görə, iyulun 1-dən başlayan çağırış prosesindən gənc əsgərlər kütləvi halda geri göndərilir. Bir az da dəqiq desək yeni gedən əsgərlər Silahlı Qüvvələr və digər silahlı birləşmələrdə yoxlanılarkən onlarda xəstəliklər aşkar olunur. Məlumatlara görə, gənc əsgərlər qaydalara uyğun olaraq hərbi hissələrdə ilk növbədə flüoqpofik müayinə edilir. Flüoqrafiq müayinə zamanı isə gənc əsgərlər arasında kütləvi şəkildə vərəmli xəstələr aşkarlanıb və onlarda əsasən sağ və ya sol ağciyərin yuxarı, yaxud da aşacı payınının ocaqlı vərəmi tapılıb. Nəzərə alınsa ki, hərbi xidmətdə əsgərlər kazarma şəraitində yaşayır, yeməkxana şəraitində qidalanır onda bir aktiv vərəm xəstəsinin total şəkildə əsgərləri virusa yoluxdura biləcəyi qaçılmazdır. Maraqlıdır, əgər Silahlı Qüvvələrdə və digər silahlı birləşmələrdə əsgər hərbi hissəyə gələn kimi onun vərəm olduğu dərhal müəyyənləşdirilə bilirsə onda Səfərbərlik Xidməti hara baxır? Axı hərbi xidmətə gəlməzdən əvvəl hər bir çağırışçı dəfələrlə komissiyadan keçirilir. Əslində gənc əsgərlərin yoxlanılması hərbi hissələrin deyil, SHXÇDX-nin işidir. Görəsən nə vaxta qədər SHXÇDX vərəmli və başqa xəstə uşaqları hərbi xidmətə göndərməkdə davam edəcək? Yaxud, nə vaxta qədər hərbi hissələr xəstə uşaqları geri qaytarmağa məcbur olacaqlar? Və ya SHXÇDX nə vaxta kimi kimlərinsə yeirinə camahatın xəstə balalarını əsgərliyə basacaq?
İndi isə keçək əlmizdə olan konkret faktlara. Buyurun siz də tanış olun. Bunlar iyulun 1-dən etibarən arxada qalan 9 gün ərzində hərbi xidmətə göndərilən və vərəm aşkarlanıb geri qaytarılan gənc əsgərlərin siyahısıdır.

Məmmədov Tural Habil oğlu 03.07.2013 SHXÇDX-nin Qobustan şöbəsi
Əzizov Nəcməddin Cəfərəddin oğlu 03.07.2013 SHXÇDX-nin Bərdə şöbəsi
Tağıyev Ceyhun Çingiz oğlu 03.07.2013 SHXÇDX-nin Nəsimi şöbəsi
Bədirov Vüsal Şabil oğlu 03.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi
Mikayılov Rasim Bədir oğlu 03.07.2013 SHXÇDX-nin Bərdə şöbəsi
Qəmbərov Orxan Məhərrəm oğlu 03.07.2013 SHXÇDX-nin Ucar şöbəsi
Eminov Ceyhun Emin oğlu 03.07.2013 SHXÇDX-nin Şamaxı şöbəsi
Quliyev Rədxan Mirzə oğlu 03.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
Zeynalov Ceyhun Malik oğlu 03.07.2013 SHXÇDX-nin Kəpəz şöbəsi

Ağazadə Çingiz Ələsgər oğlu 04.07.2013 SHXÇDX-nin Masallı şöbəsi
İsgəndərov Nofər Nəzər oğlu 04.07.2013 SHXÇDX-nin Göygöl şöbəsi
Məmmədov Bayram Yaşar oğlu 04.07.2013 SHXÇDX-nin Qazax şöbəsi
Orucov Seymur Ramiz oğlu 04.07.2013 SHXÇDX-nin Daşkəsən şöbəsi
Məmmədov Kərim Eldəniz oğlu 04.07.2013 SHXÇDX-nin Balakən şöbəsi
Əliyev Sirab Bayraməli oğlu 04.07.2013 SHXÇDX-nin Masallı şöbəsi
Muradov Əfqan Nazim oğlu 04.07.2013 SHXÇDX-nin Qazax şöbəsi
Atakişiyev Əsgər Asif oğlu 04.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi


İdrisov İlham Yusif oğlu 05.07.2013 SHXÇDX-nin Ağsu şöbəsi
Yusifov Şahvələd Mərdan 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi
Tağıyev Elgün Vüqar oğlu 05.07.2013 SHXÇDX-nin Salyan şöbəsi
Qasımzadə Natiq Qabil oğlu 05.07.2013 SHXÇDX-nin Sumqayıt şöbəsi
Əsədov Nicat Bayram oğlu 05.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
Əliev Şamil Yadigar oğlu 05.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi
Qurbanov Cəlal Akif oğlu 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi

Əmrahov İbrahim Sahib oğlu 06.07.2013 SHXÇDX-nin Zərdab şöbəsi
Budaqov Anar Arif oğlu 06.07.2013 SHXÇDX-nin Acstafa şöbəsi
Mahmudov Təbriz Həmid oğlu 06.07.2013 SHXÇDX-nin Xaçmaz şöbəsi
Məmmədov İlqar Gülağa oğlu 06.07.2013 SHXÇDX-nin Sabunçu şöbəsi

Mehdiyev Fikrət Mənsur oğlu 07.07.2013 SHXÇDX-nin Ağdaş şöbəsi

Əliyev Orxan Ramiz oğlu 09.07.2013 SHXÇDX-nin Binəqədi şöbəsi
Şıxəliyev Samir Xudaşükür oğlu 09.07.2013 SHXÇDX-nin Lerik şöbəsi
Həsənov Röyal Fazil oğlu 09.07.2013 SHXÇDX-nin Ağdaş şöbəsi
Mehdiyev Mehman Şahin oğlu 09.07.2013 SHXÇDX-nin Kəlbəcər şöbəsi
Əliyev Şamil Yadigar oğlu 09.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi

Bundan başqa 64 gənc əsgər də başqa xəstəliklərə görə geri qaytarılıb. Onlar əsasən əsgərliyə gələn kimi özlərini doğrayan, bədəninə müxtəlif xəsarətlər yetirən pisixi xəstələr və səhhətində digər problemlər olanlardır.