Təhsil Nazirliyində “Qulu Novruzov tilsimi”
11-07-2013, 15:05
Oxunub: 6 624
Nazir müavini haqqında yayılan xəbərlərə Təhsil Nazirliyi aydınlıq gətirmir
Vəzifədən getməsi ilə bağlı təhsil nazirinin müavini Qulu Novruzovdan ərizə alınıb-alınmaması, yaxud onun öz postunu təhvil verib-verməməsi barədə hər gün bir məlumat yayılır. Heç nə anlamaq mümkün deyil. Ən qəribəsi isə budur ki, cəmiyyət arasında geniş yayılmış bu söz-söhbətlərin fonunda məsələ ilə bağlı nazirliyin nə aparat rəhbərliyindən, nə də ki əlaqədar şöbəsindən bir məlumat gəlmir. “Yeni Müsavat”ın dünən yaydığı xəbərə görə isə hazırda “Nazir müavini kifayət qədər müqavimət göstərir... Görünür, hakimiyyətin ən yuxarı eşelonunda onun himayəçiləri var”. Bu məlumatın nə dərəcədə doğru və ya yalan olduğunu hələlik heç kəs dəqiq bilmir...
Ən təəccüblüsü də həmkarımız – Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin “Qulu Novruzov məsələsi” ilə bağlı bir neçə gün öncə “Azadlıq”a verdiyi açıqlamadır. O açıqlamasında bildirib ki, yeni qaydalara görə suallara şifahi cavab verilmir: “Sorğu-suallarınızı bizim elektron poçtumuza göndərin və cavab verək. Biz heç bir suala şifahi cavab vermirik”. Hüseynzadənin deməyindən belə nəticə hasil olur ki, nazirlikdən elementar “hə-yox” cavabını almaq üçün bundan sonra ona məktub yazmalı və “yeni qaydalar”a görə ən azı iki gün gözləməliyik. İndi necə deməyəsən, “Allah kəssin sizin yeni qaydalarınızı!”.
P.S. Bütün bunlarla yanaşı, görünən odur ki, Təhsil Nazirliyinin saytında Qulu Novruzovun adı hələ də nazir müavini kimi gedir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər