BolgeXeber.Com » Analitika » Mehriban Əliyevanı dəstəkləyən partiyaların sədrləri açıqlama verdi

Mehriban Əliyevanı dəstəkləyən partiyaların sədrləri açıqlama verdi

12-07-2013, 12:45
Oxunub: 4 655 DADP ətrafında cərəyan edən qalmaqal səngimək bilmir.Qeyd edək ki, bir müddət əvvəl DADP-ni təmsil etdiyini deyən Sevda Xurşudova və onun ətrafındakılar builki prezident seçkilərində ölkənin birinci xanımı Mehriban Əliyevanı dəstəklədiklərini elan etmişdilər. Lakin Sevda Xurşudovanı və onun ətrafında olanları fırıldaqçılıqda ittiham edən Fatma Əliyeva qanuni olaraq DADP sədri olduğunu və partiyalarının prezident seçkilərindəki namizədinin prezident İlham Əliyev olduğunu deyir.Onu da qeyd edək ki, sədri Əlisahib Hüseynov olan DADP-nin qanadı da eyni növbədə DADP-nin Fatma Əliyeva qanadını qeyri-qanuni hesab edir.
Günlərdir davam edən müzakirələr və ittihamların nəticəsi isə yoxdur. Hələ heç kəs dəqiqləşdirə bilmir ki, DADP-nin sədri Əlisahib Hüseynovdur, yoxsa Fatma Əliyeva. İqtidar isə DADP-də olan fikir ayrılığını və qruplaşmanı ciddiyə almır. Bunun da məntiqi nəticəsi olaraq DADP-nin iki qolu arasındakı gərgin namizəd və sədrlik mübarizəsi davam edir.
Son zamanlar ən çox gündəmdə olan olan bu məsələ nəinki səngimir ,üstəlik qalmaqal daha da alovlanır.Belə ki,bir neçə gün bundan əvvəl Demokratik Azərbaycan Dünyası Partiyasından ( DADP ) sonra Azad Respublikaçılar Partiyası (sədri Kamil Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov) qarşıdan gələn prezident seçkilərində Mehriban Əliyevanı dəstəkləyəcəklərini bəyan ediblər.
Qafqazregion.az saytı adıçəkilən partiyalarla əlaqə saxlamış və Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun dediklərindən məlum olmuşdur ki, Mehriban xanımın namizədliyini dəstəkləyən partiyalar həqiqətən vahid seçki bloku yaradaraq birgə fəaliyyət gösərəmək barədə düşünürlər. DADP-nin sədri Əlisahib Hüseynov redaksiyaya zəng edərək iyulun 6-sı portalımızda gedən “DADP-nin sədri Əlisahib Hüseynovla bağlı şok məlumatlar”adlı yazımızda əks olunan fikirlərə öz münasibətini bildirmişdir.

DADP-nin sədri saytımıza açıqlamasında bildirdi ki,yazıdakı bəzi məqamlar həqiqətə uyğun deyil.Belə ki,o bildirdi ki,o azərbaycanlıdır və heç zaman özünü kürd kimi təqdim etməyib .”Mən 1991-1998 –ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında,müharibədə iştirak etmişəm,vətən qarşısında kifayət qədər xidmətlərim olub. Erməni işğalçılarına qarşı aparılan müharibədə əlimdən gələni əsirgəməmişəm,düşmənin bir tankını məhv etmişəm,bir QAZ-66 maşınını partlatmışam.Kəşfiyyatçı kimi lazımi məlumatları ordu komandanlığına çatdırmışam.

Həmçinin mən hərbi hissənin təhqiqatçısı olmuşam.Lakin sonra Respublika Hərbi Prokurorluğuna ezam olunmuşam və xidmətimi orada davam etmişəm. Mənim ,Azərbaycanın ən görkəmli hakimlərindən biri olan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə heç bir sıx əlaqəm,şəxsi zəmində tanışlığım yoxdur. Biz sadəcə olaraq böyük bir idarədə bir yerdə işləmişik və mən sadəcə təhqiqatçı kimi ora işə gedib- gəlmişəm.Ancaq bu,mənim onunla hansısa bağlılığımın olması demək deyil. Eləcə də, yazıda əksini tapan “Əlisahib Hüseynova dəstək verən şəxslər BDU-nun rektoru Abel Məhərrəmov və Torpaq və xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədovdur. Abel Məhərrəmovun yaxını və universitetdə prorektor köməkçisi olan Rəşad Hüseynovun bu günlərdə Əlisahib Hüseynovla görüşləri kənardan müşahidə olunub.” kimi fikrirlər həqiqətə qətiyyən uyğun deyil.
Bundan başqa ,kimisə tanımaq məgər qəbahətdir?! Mən hər zaman müstəqil Azərbaycan dövlətinə xidmət etmişəm və bir hərbçi kimi son damla qanımadək həmişə vətənimə,xalqıma,dəstəklədiyim prezidentimə xidmət etməyə hazıram.Bu baxımdan mən çox xahiş edirəm ki, DADP-nin adını nahaqdan Azərbaycanı istəməyən qüvvələrlə bağlamasınlar,bizə qara yaxmasınlar.
Mətbuat çox gözəl şeydir,ancaq o həqiqəti əks etdirməlidir,təsdiqlənməmiş məlumatları yox. Mehriban xanım ,İlham Əliyevdən sonra ən layiqli namizəddir.Çünki o İlham Əliyevin yetirməsidir və Heydər Əliyevin yolunun davamçısıdır. Məsələləri bir-birinə qatmayaq, bunlar başqa-başqa məsələlərdir. Təbii ki,müstəqil Azərbaycan dövlətinin yaranmasının,çiçəklənməsinin,qüdrətlənməsinin əsas səbəbkarı ulu öndər Heydər Əliyevdir və biz onun yolunu davam edirik. Bu baxımdan biz bir partiaya olaraq Milli Şura adı adı altında yığışanlara pis baxırıq. Mehriban xanımın Azərbaycan siyasətində öznəməxsus yeri var. Mehriban xanımın ictimai-siyasi xadim kimi gördüyü xeyirxah işlər göz qabağındadır və əgər o bizim təşəbbüsümüzə razı olaraq namizədliyi qəbul edərsə ,biz onu lider kimi dəstəkləyicəyik.Yox əgər ,qəbul etməzsə, biz təbii ki, İlham Əliyevi birmənalı olaraq dəstəkləyəcəyik ,necə ki, indiyəcən dəstəkləmişik”
Əməkdaşımız həmçinin mətbuatda gündəmdə olan bu məsələ ilə bağlı Azad Respublikaçılar Partiyası sədri Kamil Seyidov və Azərbaycan Mübarizlər Partiyası sədri Ağadur Müslümovla da əlaqə saxlamışdır. Azad Respublikaçılar Partiyası sədri Kamil Seyidov açıqlamasında bildirdi ki, Mehriban xanımın namizədliyini dəstəkləyən iqtidaryönlü partiyalar həqiqətən vahid seçki bloku yaradaraq birgə fəaliyyət gösərəmək barədə düşünürlər. Söhbət zamanı Kamil Seyidov onu da bildirdi ki,hər bir partiya öz seçimində azaddır və bu seçimə görə onlara heç kim təzyiq edə bilməz” .
”Son zamanlar Mehriban xanımın namizədliyini dəstəkləməyimizlə əlaqədər çoxlu sayda mətbu orqan bizə suallarla müraciət edib. Biz ayrı-seçkilik etməmək üçün və vaxt darlığını nəzərə alaraq yaxın günlərdə Beynəlxalq Mətbuat Mərkəzində geniş mətbuat konfransı keçirməyi planşlaşdırırıq . Mətbuat konfaransında biz Azərbaycanın ictimai- siyasi həyatında böyük əhəmiyyət kəsb edən bu məsələ ilə bağlı jurnalistləri maraqlandıran bütün sualları cavablandırılacaq və öz seçimimizə aydınlıq gətirəcəyik. Bizim mövqedə olan partiyalar ola bilsin “Yeni İslahat Siyasi Partiyalar “ seçki bloku adı altında fəaliyyət göstərəcək.Bu bizim, Konstitusiyada təsbit olunan və “Siyasi partiyalar haqqında “ qanunda nəzərdə tutulan hüququmuzdur. Siyasi partiya olaraq biz artıq Mehriban xanımın namizədliyini irəli sürməyi qərara almışıq və bu, qurultayımızda da geniş müzakirəyə çıxarılacaq”.Qafqazregion.az həmçinin məsələyə münasibətini öyrənmək üçün Azərbaycan Mübarizlər Partiyası sədri Ağadur Müslümovla da əlaqə saxlamışdır.Lakin o hüzr məclisində olduğundan suallarımızı daha münasib vaxtı cavablandıracağını bildirdi.
Qafqazregion.az