BolgeXeber.Com » Analitika » Eks -prezident Elçibəyin sinif yoldaşının suyunu kəsən məmur kimdir?

Eks -prezident Elçibəyin sinif yoldaşının suyunu kəsən məmur kimdir?

15-07-2013, 13:55
Oxunub: 7 573 Manaf Şirinovun gözünü pul o qədər tutub ki,o artıq özünü bir anlığa Rockfeller hesab edir
Xatırladaq ki,iki gün əvvəl saytımızda “Hörmətsizlik, yoxsa yezidlik?” adlı məqalə dərc olunmuşdur.Yazıda təqdim olunan şikayət ərizəsində Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 57 ünvanda yaşayan, fəxri dəmiryolçu, əmək veteranı, təqaüdçü Şaban Rzayevin ,ədalətsiz olaraq suyunun kəsilməsi faktı öz əksini tapmışdır.Qafqazregion.az bununla bağlı araşdırma aparmış və veteranın suyunun kəsilməsinə göstəriş verən məmurun “Azərkörpü” ASC –nin İdərə heyətinin sədr müavini Manaf Şirinovun olmasını müəyyən etmişdir .
Qeyd edək ki, Şaban Rzayev vaxtı ilə işlədiyi Dövlət Dəmir Yol İdarəsində bir çox xidmətləri olub. Ancaq buna baxmayaraq Manaf Şirinov əmr verib ki,fəxri dəmiryolçunun yaşadığı evin su xəttini amansızcasına kəssinlər.
Şaban Rzayevlə bağlı mətbuatda çox yazılar qedib. O əslən Ordubad rayonunun Əylis kəndindəndir,mərhum prezident Əbülfəz Elçibəyin sinif və uşaqlıq dostudur və dəfələrlə mətbuatda sərt yazılarla çıxış edib.
Yaşadığı evinin suyu kəsilən günü o mərhum prezident Əbülfəz Elçibəyin məzarından qayıdırmış. Şaban Rzayevin dediyinə görə Manaf Şirinovun gözünü pul o qədər tutub ki,o artıq özünü bir anlığa Rockfeller hesab edir. Manaf Şirinov hətta “bəylərə” böyük nifrət etdiyini bildirib. Şaban Rzayevin dediyinə görə “bəylərə” böyük nifrət edənləri,vaxtı ilə hakimiyyətdə olan vaxt,Əli İnsanovu,Fərhad Əliyevi və başqalarını görmüşük. Ancaq sonradan dövlətin pulunu talayıb çapdıqlarına görə zindan həyatı sürəndə, bəylərdən imdad istəyən də yenə onlar oldu. Manaf Şirinovun nəzərinə çatdıraq ki, “Azərkörpü” ASC dövlət tərəfindən maliyyələşdiyinə görə və bu sahədə çox pul olduğuna görə, ola bilsin ki, nə vaxtsa Manaf Şirinov kimi şəxslərin də fəaliyyəti yoxlanılsın və buraxdıqları “nöqsanlara” görə onlar da zindan həyatı sürsünlər.
Ona görə də heç olmasa, tövsiyyəmiz odur ki,indidən gələcək üçün imdad yeri qoyun.
Manaf Şirinovla bağlı araşdlrmalarmız davam edir,bizi izləyin..
Mahmud Rasimoğlu