Arzu Rəhimov istefaya göndərilə bilər: vəziyyət kritik həddə çatıb
15-07-2013, 14:55
Oxunub: 6 300
Yeni çağırış xidməti özünü doğrultmadı
Hərbi çağırış sistemindəki özbaşınalıqlarla bağlı bir neçə gün əvvəl açıqladığımız faktlar bütün ölkədə şok effekti yaradıb. Məlum olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələri son çağırış sezonunda onlarla vərəm xəstəsini orduya cəlb edib ki, artıq bunun yaratdığı ajiotaj xidmət rəisi Arzu Rəhimovun işini çətinləşdirib.
Mənbənin söylədikləri: «Artıq məsələ hakimiyyətin ən üst düzəyində belə müzakirə olunub və hətta Arzu Rəhimovun istefaya göndərilməsi belə gündəmə gətirilib. Hər halda, ruhi sağlamlığı yerində olmayanları belə orduya cəlb etməklə sonradan qəzetlər üçün «bir ayın əsgəri intihar etdi» xəbərinin yetişdirilməsində bir səbəb rolunu oynayan Arzu Rəhimovun kadrlarına görə kimsə cavam verməlidir».
Mənbəmiz iddia edir ki, prezident seçkiləri ərəfəsində Arzu Rəhimovun bu şəkildə iqtidara divident qazandırması daxili narazılıqlara nədən olduğundan onun vəzifə başında uzun müddətə qalması da gözlənilən deyil: «Artıq ilk istefa versiyaları səsləndirilir. Və bunun davamı da olacaq. Çünki prezidentin də xidmət rəisinin fəaliyyətindən razı qalmadığı məlumdur».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər