BolgeXeber.Com » Analitika » Səfərbərlik Xidməti Tovuz şöbəsinin rəisini durduran olacaqmı?

Səfərbərlik Xidməti Tovuz şöbəsinin rəisini durduran olacaqmı?

15-07-2013, 16:15
Oxunub: 5 144 “Hərbi komissarlığın” əməkdaşları Baş prokurora şikayət etdilər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Tovuz rayon şöbəsinin əməkdaşları baş prokuror Zakir Qaralova müraciət ediblər. Müraciətdə şöbədə baş verən korrupsiya və rüşvətxorluqdan söhbət açılır: “Polkovnik-leytenant Rəhim Rəsulov bizləri də çirkin əməllərə qataraq gənc çagırışçıları müxtəlif maddələrlə 4 min manata qədər məbləğin əvəzində çagırışdan yayındırır. Hərbi prokuror general-leytenant Xanlar Vəliyevə və general-leytenant Arzu Rəhimova göndərdiyimiz məktubda açıqlamışdıq ki, bu şəxs siyahıda göstərilən çağırışçılara 4 min manata xəstəlik barədə saxta sənəd düzəldərək onları çagırışdan yayındırır. 2013-cü ilin yanvar və aprel çağırışçıları barədə bildirmişdik ki, əvvəllər 4-5 nəfəri çağırışdan yayındırıdısa, indi 40-50 nəfəri Maştağadakı Psixi Xəstəxanada və Bakının başqa-başqa xəstəxanalarında qanunsuz (yəni saxta sənəd əsasında) sıradan kənar edərək öz məqsədinə çatır. Eynilə məktubda göstərmişdik ki, o şəxs dəfələrlə general-leytenant Arzu Rəhimovun sürücüsü vasitəsilə bütün problemlərini həll etdiyini deyir. Bir dəfə masa arxasında içkili vəziyyətdə ağzından qaçırtdı ki, sürücüyə 100 min manat pul verib ki, icra etdiyi vəzifəyə onun təsdiqlənməsi məsələsini həll etsin”.

Məktub müəllifləri yazırlar ki, bir qədər əvvəl A.Rəhimovun sürücüsünün həbs olunması həm də onların dediklərinin təsdiqidir: “Sürücü Rəhim Rəsulov kimi şəxslərdən pul almaq üstünda həbs olunub. Bu hadisələrlə əlaqədar ondan Hərbi Prokurorluqda izahat aldıqdan sonra, bir neçə nəfərin yanında deyib ki, bu problemləri həmyerlimiz, general Kamal Qılıcov vasitəsilə ört-basdır etmişəm. Biz buna inanmırıq. O öz işlərini başqa şəxslərin vasitəsilə həll edir, amma bizləri susdurmaq üçün həmyerlimizin adı ilə hədələyir”.

Məktub müəllifləri bildirirlər ki, əvvəlki müraciətlərindən sonra SHXÇDX-dən şöbəyə polkovnik Zaur Abdullayevin başçılığı altında komissiya göndərilib: “Araşdırdılar, gördülər ki, həqiqətən vəziyyət çox acınacaqlıdır. Yazdığımız siyahı əsasında xidmətdən yayındırılan çağırışçıların şəxsi işlərini araşdırmaq üçün baş idarəyə apardılar. Yoxlama zamanı komissiyanın üzvləri tərəfindən hallandırıldı ki, vəziyyət o qədər acınacaqlıdır ki, ola bilsin Rəhim Rəsulovu həbs edib Bakıya aparsınlar. Aparılmış səxsi işlər barədə heç bir tədbir görülmədi, sadəcə 2-3 nəfər yenidən müayinədən keçirilməsi üçün Sərhəd Qoşunlarının hospitalına göndərildi və Rəhim Rəsulov orada olan tanış adamları sayəsində saxta sənədlər düzəltdirərək həmin xəstəlikləri yenidən təsdiqlətdirdi”.

Məktub müəllifləri Tovuz prokurorunun baş verənlərdən xəbərsiz olmasından təəccübləndiklərini də bildiriblər.

Şikayətçilər həqiqi hərbi xidmətdən yayındırılan çağırışçıların siyahısını da müraciətlərinə əlavə ediblər:

1. Kərbəlaylı Əsəd Elxan oğlulu .-2013-cü il aprel -sıradan kənar

2. Tiriyev Şahin Akif oğlu-2013-cü il aprel -sıradan kənar

3. Kərimov Rəhim Qerman oğlu-2013-cü il aprel -sıradan kənar

4. Tağızadə Elçin Elbrus oğlu-2013-cü il aprel – sıradan kənar

5. Zeynalov Rəşad Oqtay oğlu -2013-cü il aprel – sıradan kənar

6. Əliyev Muradxan Şahin oğlu -2013-cü il yanvar -sıradan kənar

7. Əsgərov Elşad Yalçın oğlu -2013-cü il yanvar -sıradan kənar

8. Mehdiyev Elmir Əli oğlu -2013-cü il yanvar -sıradan kənar

9. Quliyev Ceyhun Nazim oğlu -2013-cü il yanvar – sıradan kənar

10. Bayramov Səid Arif oğlu -2013-cü il yanvar – sıradan kənar

11.İsmayılov Babək İlham oğlu -2013-cü il yanvar -sıradan kənar

12. Qocayev Elnur Eynur oğlu -2013-cü il aprel -sıradan kənar

13. Ağayev Rövşən Vilayət oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

14. Məmmədov Nicat Ramiq oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

15. İlyasov Vüsal Rəhim oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

16. Balayev Sadiq Namiq oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

17. Nağıyev Mehman Sadiq oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

18. Tağıyev Kamran Həsən oğlu -2013-cü il yanvar-aprel – sıradan kənar

19. Hüseynov Vüqar İlqar oğlu -2013-cü il yanvar-aprel – sıradan kənar

20. Qafarov Şahin Etibar oğlu -2013-cü il yanvar-aprel – sıradan kənar

21. Mustafayev Sahib İdris oğlu -2013-cü il yanvar-aprel -sıradan kənar

22. Əliyev Seymur Zirəddin oğlu – 2013-cü il yanvar-aprel -sıradan kənar

23. Məmmədli Gündüz Ziyəddin oğlu – 2013-cü il yanvar-aprel – sıradan kənar.

Qəzet onu da bildirib ki, yazıda adı halla
nan hər kəsi dinləməyə də hazırdır.