BolgeXeber.Com » Analitika » Qəssab Nadir Corati belə işğal edib...

Qəssab Nadir Corati belə işğal edib...

16-07-2013, 11:00
Oxunub: 4 564 “Qəssab Nadir” rəvayəti...
Sumqayıta səfərimiz Corat qəsəbəsi istiqamətindən oldu. İlk nəzərə çarpan mənzərə sahildən 30-40 metr aralıda yarımçıq qazıntı və tikinti işləri oldu. Türkiyənin “Texno-Atinak” şirkətinin inşa etdiyi, çirkab sularının axıdılma xətti və təmizləmə sistemlerinin quraşdırılması bu ilin iyun ayında başa çatdırılmalı idi. Lakin işlərin böyük hissəsi tamamlanmayıb. Qarşılığında bir neçə kv. km. sahədə landştaf dağıdılıb, ekologiyaya külli miqdarda zərər vurulub. Sahil boyu irili-xırdalı, bir neçə üfunətli gölməçə əmələ gəlib ki, bunlardan ən böyüyü 6-cı mikrorayonun yanındadır. Bizi maraqlandıran bəzi suallar cavab üçün “AzərSu” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə müraciət etdik. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı burada bir neçə layihənin həyata keçirildiyini, bundan başqa heç bir şey bilmədiyini dedi.

Araşdırma aparılan zaman məlum oldu ki, bütün bu sahil zolağı Qəssab Nadir adlanan şəxs tərəfindən uzunmüddətli icarə müqaviləsi əsasında götürülüb. İndi isə hissə-hissə restoran, otel tikmək istəyənlərə satılır. Sahilin yaxınlığında inşa edilən çoxmərtəbəli binaların da Qəssab Nadirə məxsus olduğu söyləniləndə, istər-istəməz onun kimliyi haqqında maraq hissi doğdu. Şəhər bazarlarında toyuq əti satandan eşşək əti satana kimi hər kəsdən soruşduq, Qəssab Nadiri tanıyan olmadı..Sonradan bizə dedilər ki, o, Sumqayıtda vəzifə sahibidir. Biz də öz növbəmizdə onun kimliyini araşdırıb, sizə xəbər verəcəyik.

“Arabulun yeri məlum”

Sumqayıt elektrik şəbəkəsinin elektriki “Bu transformatorda qoruyucular hanı?” sualımıza cavabı oldu: “Arabulun yeri məlum”. Deyəsən, ürəyi dolu idi. “Arabul gedəndən mükafat nədir bilmirik. 170 manat maaş alıram. Əməkhaqqımızı 22 manat artırmışdılar. Onu da çox bildilər, kəsdilər. Bağladığimiz bu naqilləri də idarədən qoruyucu yerinə veriblər”,- deyə elektrik bildirdi.

Zibilliklər və qeyri-leqal avtovağzallar...

Şəhərin mikrorayon və qəsəbələri üfunət püskürən zibilliklərlə qaynayır. Ən dəhşətli vəziyyət 6-cı mikrorayon ərazisindədir. Burada zibil qablarına böyük bir gölməçə də əlavə edilib.
Şəhərin Nəqliyyat Departamentinin nə iş gördüyünü dəqiqləşdirə bilmədik. Bildiyimiz o oldu ki, burada şəhərlərarası avtobuslar zavod konstruksiyalarına dəyişikliklər ediblər və “qardaşlıq məzarı” halında çalışırlar, yəni hər hansı sərnişinin belə avtobuslarda qəzadan salamat çıxmaq şansı çox azdır. Bir də qeyri-leqal avtovağzallar. Avropa.info