BolgeXeber.Com » Analitika » Nəyə görə təqaüdə çıxan polis cəmiyyətə lazım deyil?

Nəyə görə təqaüdə çıxan polis cəmiyyətə lazım deyil?

16-07-2013, 11:50
Oxunub: 4 262 Bəs görəsən təqaüdə çıxan polis işçilərinə niyə lazımi qayğı göstərilmir,onların sonrakı taleyinə laqeyd yanaşılır?!
Bu yaxınlarda təqaüdə çıxan bir neçə polis işçisi ilə söhbət etdim. Söhbət əsnasında mən onlara sual vermək əvəzinə onlar mənə elə bir sual verdilər ki, mən bu yazını yazmağa məcbur oldum. Onların mənə verdiyi suallar bundan ibarət idi ki,nəyə görə hüquq-mühafizə orqanlarının başqa strukturların əməkdaşları təqaüdə çıxanda həmin struktur sonradan da,onların özlərinə layiq işlə təmin olunmasına şərait yaradır, ancaq polisdən çıxan işçi özünə böyük çətinliklə iş tapır.

Özü də tapdığı iş ya qarovolçuluqdan ibarət olur ,ya da uzağı hansısa özəl təhkükəsizlik xidmətində mühafizəçilikdən. DİN-in əməliyyat aparatında yüksək vəzifə tutan şəxslər ,hətta bölgələrdə uzun illər işləyən əməliyyatçılar belə adətən təqaüdə çıxandan sonra özlərinə cəmiyyətdə yer tapa bilmirlər. Elə bil ki, cəmiyyət onlara yad və yaxud da öqey münasibət bəsləyir. Halbuki bu şəxslər başqa hüquq -mühafizə orqanlarının strukturlarındakı əməkdaşlar kimi dövlətə qulluq edərək onun üçün əllərindən gələni əsirgəməyiblər.

Bəlkə də onlara ona görə ögey kimi baxırlar ki,onlar daima ,doğması,qohumu olmasından asılı olmayaraq cinayət törədən hər bir şəxsi cinayət məsuliyyətinə cəlb olunmasına çalışır. Bu bir açı reallıqdır ki, təqaüdə çıxandan sonra onlar sanki heç kimə lazım olmurlar, cəmiyyətdən təcrid vəziyyətdə yaşayırlar.
Məsələn, apardığımız müşahidələr nəticəsində məlum olur ki, prokurorluq və yaxud da milli təhlükəsizlik sistemindən təqaüdə çıxanların əksəriyyətinə xidmət etdikləri təşkilatların rəhbərləri köməklik göstərir ki, onlar müvafiq işlə təmin olunsunlar və cəmiyyətdə özlərinə layiqli yer tutsunlar. Bəs görəsən təqaüdə çıxan polis işçilərinə niyə lazımi qayğı göstərilmir,onların sonrakı taleyinə laqeyd yanaşılır?! Məgər polis ictimai əsayişin,dövlətdə əmin-amanlığın, sabitliyin qorunmasında böyük rol oynamırmı?

Polisin göstərdiyi şərəfli xidmət göz qabağındadır. Bəs əgər belədirsə niyə təqaüdə çıxan polisə xidmət etdiyi qurum tərəfindən qayğı göstərilmir?! Bəlkə təqaüddə olan polislərə şarait yaradılmadığına gərə,onların hüquqlarını müdafiə etmək üçün,İctimai Birlik yaradıb,orda onların hamısını dinləməyə ehtiyac var. Misal üçün ,necə ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin təqaüddə olan Federal Təhlükəsizlik Xidməti işçiləri üçün birlik yaratmaqla həmin birlik vaistəsi ilə onlara dəstək oldu.

Bu yaxınlarda Rusiyada FSB sıralarından təqaüdə çıxan hər bir şəxs gedib qoşulur həmin birliyə və həmin birlik də ona biznes əlaqələrindən tutmuş , işlə təmin olunmasına qədər hər bir imkan yaradır ki,o özünü vətəndaş cəmiyyətində öqey,artıq adam kimi hiss etməsin. Bu günləri bəlkə də bizdə də belə bir birliyin yaranmasına böyük ehtiyac var.

Polisdə 40 il xidmət edib təqaüdə çıxan şəxs oturub fikirləşir ki,axı mən özümü bir daha harda sınayım?! Gəlirlər keçmiş həmkar dostlarının yanına, hansılar ki, polisdən çıxıb jurnalistika və yaxud da hüquq müdafiəçisi,vəkillik sahələrində çalışırlar və özlərini lazımsız hiss etməmək üçün onlardan məsləhət alırlar ki,nə ilə məşğul olsunlar. Onu da qeyd edim ki,burada söhbət məslənin maddi tərəfindən çox,insanın özünü cəmiyyətdə əhəmiyyətli hesab edə bilməsindən,mənəvi,psixoloji faktorlardan gedir.

Ona görə də yazdıqlarımı nəzərə alaraq,heç bir güzəştləri olmayan təqaüdə çıxan polis işçilərinin hüquqlarını müdafiə etmək üçün mənə elə elə gəlir ki, yeni bir İctimai Birliyin yaranmasına ehtiyac yaranıb. Sabah bu birlik, eyni dərəcədə, bu gün polisdə yüksək rütbə tutanlar üçun də lazımdır.Çünki onlar da nə vaxtsa təqaüdə çıxanda,cəmiyyət onlara da yad baxanda , öqey kimi münasibət bəsləyəndə həmin İctimai Birlik onların da müdafiəsinə qalxsın.

Mahmud Rasimoğlu