Nazir oğluna dair daha bir sensasion məlumat
17-07-2013, 11:35
Oxunub: 5 941
Onun mühafizəçisini güllələyiblər, özü isə 40 milyona Bodrumda ada alıb.
Bu barədə Türkiyədə çıxan "Hürriyet" qəzeti yazıb.
Türkiyədə çıxa "Hürriyet" qəzetində Azərbaycanla, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türkiyəli mühafizəçisinin həyatı ilə bağlı sensasion məlumat dərc olunub.
Məqalədə bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Mammadovun sürətli zənginləşməsindən sonra onun mühafizəçilərinin sayı artıb və onlardan biri də Türkiyə vətəndaşı İsmayıl Gənc olub.
Qəzet yazır ki, İsmayıl Gənc azərbaycanlı mühafizəçilərlə dalaşırmış: "Üç həftə əvvəl meydana gələn qovğada bu dəfə silahlar danışdı. İsmayıl Gənc, azərbaycanlı qorumaların silahlarından çıxan güllələrlə ağır yaralandı və Bakıdakı bir xəstəxanada müalicə altına alındı. Ancaq təzyiq altındakı Azərbaycan mediası bu hadisəni xəbər edə bilmədi. Türkiyə vətəndaşı İsmayıl Gənçin aqibəti də bilinmir. Gənçin ailəsi Bakıdakı TC səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışdılar, amma nəticə ala bilmədilər. Onlar xarici işlər naziri Əhməd Davudoğluna çıxmağa çalışdılar, amma müvəffəqi ola bilmədilər. Ailəsin İsmayıl Gəncin yaşayıb-yaşamadığını, öldüsə cəsədinin harada olduğunu bilmək istəyir".
Qəzet daha sonra yazır: "Bu arada nazir oğlu Anar Məmmədovun iki həftə "Çırağan" sarayında milyon dollarlıq bir ad günü ziyafəti verdiyi və Bodrum yaxınlarında 40 milyon dollar dəyərində bir adanı satın aldığı danışılır. Atası Azərbaycanda nəqliyyat naziri olduğunda sıravi bir universitet tələbəsi olan Anar Məmmədovun qısa müddətdə əldə etdiyi sərvət və parıltılı həyatı Azərbaycan xalqının bir nömrəli söz-söhbət vəsaiti halına gəldi".
Qeyd edək ki, bu hadisə barədə Azərbaycan mətbuatının xəbər yaymamsı heç də mediaya təzyiqə görə deyil, sadəcə informasiya ictimaiyyətdən və mətbuatdan ustalıqla gizlədilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər