Deputatın nəzarətində olan xəbər portalı ondan alındı
26-07-2013, 11:05
Oxunub: 5 439
Son zamanlar aktivləşən və hətta media sahəsinə belə nüfuz etməyə hazırlaşan deputat Adil Əliyev cəzalandırılıb. Bu şok məlumatı bilgili qaynaqlar ötürüb.
Xatırladaq ki, Adil Əliyev və qardaşı, Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyasında yeni vəzifəsində belə qərar tuta bilməən Məhərrəm Əliyev yenicə olaraq siyasi piyasada görünməyə başlamışdılar və hətta Adil Əliyev bir neçə xəbər portalını belə maliyyələşdirirdi.
Amma onun bu işdə naşı olması özünü çox keçmədi ki, biruzə verdi. Belə ki, Adil Əliyevin sifarişi ilə hakimiyyətiçi intriqalara daha çox meyil göstərilməsi və eyni zamanda iqtidarın nüfuzlu simalarının belə hədəfə alınması son nəticədə deputatın bu biznesdən kənarda qoyulması ilə nəticələndi.
dia.az bildirir ki, əslində Adil Əliyev bu işdən qazanclı çıxmayıb: «Ona bu neçə ayda pul xərclətdilər və artıq onun saytı kimi tanınan xəbər portalı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova həvalə edilib. Yəni bundan sonra portal Əli Həsənovun kurasiyasında olacaq. Elə təsadüfi deyil ki, portalın redaksiyası da Əli Həsənovun məkanına köçüb».
Mənbə bildirir ki, əslində bu qərar Adil Əliyevin cəzalandırılması kimi qəbul olunmalıdır: «Bunun Məhərrəm Əliyevlə bağlı məqamlara da təsirsiz ötüşməyəcəyi faktdır».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər