BolgeXeber.Com » Analitika » “Azərenerji” SC-nin rəhbəri Etibar Pirverdiyevin sürücüsü ona necə xəyanət edib?

“Azərenerji” SC-nin rəhbəri Etibar Pirverdiyevin sürücüsü ona necə xəyanət edib?

28-07-2013, 17:50
Oxunub: 5 943 Tofiq Bakıya qayıdan kimi Etibar Pirverdiyev onu yanına çağırır və bütün məsələlərlə bağlı izahat tələb edir
Redaksiyamıza “Azərnerji” SC-i ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, Etibar Pirverdiyevin Tofiq adlı sürücüsünü Avropanın ən bahalı istirahət mərkəzlərindən birində görüblər. Etibar Pirverdiyevdən səhhəti ilə əlaqədar üç həftəlik icazə alan Tofiq sən demə öz şefini aldaraq Avropanın ən bahalı hotellərinin birinə istirahətə qetməyə hazırlaşırmış. Uzun illər bir yerdə işlədiyini nəzərə alan Etibar Pirverdiyev heç ağlına da qətirməzdi ki, sürücüsü onu aldadar. Bu əslində aldatmaqdan çox xəyanətə bənzəyir. Xəyanət ondan başlayıb ki, uzun illərdi Tofiq “Şurataz” şirkətinin rəhbəri Xaliq Abbasovla bir sıra məsələlərdə əlbir olub.
Belə ki, “Azenerji”nin və qurumun tabeçiliyində olan şirkətlərin qarajlarına avtomobil hissələri,avtomobil təkərləri, akkumlyatorlar və bir sıra lazımı olan malları öz real bazar qiymətindən daha baha olaraq qəbul elətdirib. Bu xəyanət uzun illərdi Xaliq Abbasov və sürücü Tofiq birlikdə həyata keçirtdiyilərinə görə Tofiqə təkər alverçiləri tərəfindən “Rokfeller” ləqəbi də verilib.
Bundan həvəslənən Tofiq fikirləşir ki, o uzun illərdi sürücü vəzifəsində işlədiyindən xarici ölkədə bahalı bir yerdə istirahət etməlidir. Ona görə də Etibar Pirverdiyevdən icazə alıb guya səhhəti ilə bağlı müalicə olunmaq adı ilə ailəsin də götürüb gedir Avropaya.
“Rokfeller” Tofiq bahalı hoteldə gözündə qara eynək,başında şlyapa,əynində “qavayski” şortik istirahətə başlayır. Ancaq Tofiqin ağlına belə gəlməzdi ki, hoteldə, özü də Avropada onu tanıyanlardan kimsə rastına çıxıb onu görər. Ancaq “Azərenerji”nin muavini statusunda olan bir şəxsi sən demə orada istirahət edirmiş. Həmin şəxsin gözünə Tofiq sataşanda o çox təəcüblənir. Həmin vəzifəli şəxs fikirləşir ki, sürücüsü hara, bura hara?!
Ona görə də sürücüyə yaxınlaşır. Tofiq həmin şəxslə rastlaşanda söz tapa bilmədiyi üçün çox pis vəziyyətə düşür. İstirahətdən qayıtdıqdan sonra Tofiq Bakıya qayıdanacan, həmin şəxs tez özünü Bakıya çatdıraraq Etibar Pirverdiyevə məlumat verir ki, Tofiq Avropanın ən bahalı hotellərinin birində ailəvi dincəlir. Etibar Pirverdiyev bir anlıq fikirə qedir ki, görəsən Tofiqdə bu qədər pul hardandır?!. Ancaq çox çəkmir, Etibar Pirverdiyev göstərişi ilə qurumun qarajında yoxlamalar başlayan kimi hər şey bəlli olur.
Tofiq Bakıya qayıdan kimi Etibar Pirverdiyev onu yanına çağırır və bütün məsələlərlə bağlı izahat tələb edir. Ancaq Tofiq nazirin sualına cavab tapa bilmir. Bu hadisə bir il bundan əvvəl olub,ancaq bizim bu məsələni bu gün işıqlandlrmağımızın səbəbi ondan ibarətdir ki,bu yaxınlarda “Rokfeller” Tofiqin görünür pulu qutarıb və o bu yaxınlarda başqa bir sahibkarlara deyib ki, qüya “Azenerji”nin qarajına avtomobillərin ehtiyyat hissələrinin qəbuluna indi də o baxır. Ancaq həmin sahibkarlar operativ olaraq öyrənirlər ki, “Rokfeller” Tofiqi sən demə Etibar Pirverdiyev bir il bundan əvvəl işdən qovub və bu gün nazirin sürücüsünün adı Tofiq deyil Davuddur, ancaq Davudun da Rokfeller olduğunu bizə demədilər.
Görünür keçmiş sürücünün əməllərindən sonra bir çox sürücü özünə ibrət dərsi götürüb. Tofiq isə sahibkarların suallarına cavab olaraq bildirib ki, quya onun işdən azad olunmağı formal xarakter daşıyır və onun əli indi də qurumun qarajının üstündədir. Deyəsən kimlərsə bu yaxınlarda yenə də “atılacaq”. İş adamlarına tövsiyəmiz var ki,bir az ehtiyatlı olsunlar. O ki qaldı “Şurataz” şirkətinin rəhbəri Xaliq Abbasova, onunla bağlı da araşdırmalar apardıq və bizə bəlli oldu ki,həmin şəxs nəinki Tofiqi vaxtı ilə DİN-in təhcizat idarəsində də bir çoxlarına “Rokfeller” statusunu qazandırıb. Ancaq sonda onlar da Tofiqin gününə düşüblər. Tofiq neçə vaxtdır Xaliq Abbasova zənq etsə də o onun zənqinə cavab vermir.
Ancaq kim Xaliq Abbasovla tanışdırsa həmin şəxslər onu yaxşı tanıyır. Xaliq Abbasov həmişə ilk tanış olduğu şəxslərə bildirir ki, o ömür boyu səmimi dostluğun axtarışında olub. Görünür vaxtı ilə o,Tofiqlə sadəcə səmimi dostluq etməyib ki, bu günləri onun zənglərinə cavab vermir. Sonda isə Xaliq Abbasovun adının bir çox qalmaqallı məsələlərdə hallandığına görə təkərdən, akkumlyatordan savayı keçib Qubada alma bağları salmağa və İran Respublikasından ölkəmizə yumurta qətirməyə. Xaliq Abbasovun bütün qaranlıq işləri bizim bu yazıya sığmadığından gələn yazımızda onun qanunsuz pul “perevodu” ilə məşğul olmağı ilə bağlı qeniş yazı hazırlayacağıq.
Rasimoğlu