BolgeXeber.Com » Analitika » 14 icra başçısı vəzifəsindən gedəcək

14 icra başçısı vəzifəsindən gedəcək

29-07-2013, 12:55
Oxunub: 6 402 Lerikdə icra başçısı vəzifəsinə iddialilar bazarlığa girişiblər

Keçən günlərdə məlumat verərək bildirmişdik ki, bir neçə rayonun icra başçısı, həmçmnin Lerik rayon icra hakimiyyətinin rəhbəri Rövşən Bağırov vəzifələrindən alınacaq. Və bu hadisənin yaxın günlərə təsadüfi edəcəyini söyləmişdik. Bildirək ki, bu informasiya hökumət içindəki mötəbər mənbədən ötürülmüşdü.

«Yuxarıda» icra başçisI postu bazarlığı gedir

Amma hələlik sözügedən istiqamətdə heç bir dəyişiklik müşahidə olunmamaqdadır. Bununla bağlı redaksiyamız tərəfindən aparılan araşdırmalardan aydın olur ki, əslində təxminən 14 icra başçısının seçkilərə qədər və seçkilərdən sonrakı iki ay ərzində vəzifələrindən alınması nəzərdə tutulub: «Təbii ki, bu da müəyyən çevrələr üçün bazarlıqların edilməsinə zəmin yaradıb. Artıq vəzifəsində qalmaq istəyənlər, yeni vəzifəyə təyin olunmaq istəyənlər bazarlığa girişiblər».

Məhz bu səbəbdən dəyişikliklərlə bağlı məsələnin yubandığını bildirən mənbəmiz bu gün icra başçısı olmaq istəyənlərin yerinə uyğun olaraq ən azından 2-3 milyon manatı göz önünə gətirdiyini də qeyd etdi: «Bu ən az tələb olunan məbləğdir. Və daha çox verənlər də var. Bu da baxır hansı rayona başçı gedirsən».

Mənbəmiz əlavə edib ki, artıq Lerik rayon icra hakimiyyətinin başçısı postuna bir neçə iddialı var ki, onlarla danışıqlar aparılır. Məlumata görə, bazarlıqda iştirak edən əsas tərəf Prezident Administrasiyasının ünlü simalarıdır. dia.az