BolgeXeber.Com » Analitika » Eynulla Fətullayev Emin Millini cəzalandıracaq

Eynulla Fətullayev Emin Millini cəzalandıracaq

29-07-2013, 10:25
Oxunub: 4 812 Sosial şəbəkədə Xədicə İsmayılın yazdığı status qalmaqala səbəb oldu
Jurnalist Xədicə İsmayıl və “Meydan” TV-nin rəhbəri Emin Milli “haqqin.az” və “virtualaz.org” saytlarının rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayevi təhqir ediblər. Hər iki şəxs “Facebook” səhifəsində hüquq müdafiəçisi ilə bağlı status paylaşıb.
X.İsmayıl fikirlərini bu cür bildirib: “Eynulla Fətullayev daha bir biabırçılığa imza atdı. Tirajlamayacam. Amma onun azərbaycanca və rusca yaratdığı saytların hansı məqsədə xidmət etdiyini anlamayan varmı hələ? Bu saytları oxuyanın, onlara müsahibə verənin də ağlı və niyyətləri mənim üçün şübhəlidir. Qərarınızı verin, məncə”.
Keçmiş məhbus, hazırda Almaniyadan yayımlanan "Meydan" TV-nin rəhbəri Emin Milli də ona dəstək verib. O, “Eynullanın aqibəti” başlıqlı statusunda E.Fətullayevi guya iyrənc işlərlə məşğul olmaqda günahlandırıb, özünü, rəhbərlik etdiyi kollektivləri, eləcə də müsahib və oxucularını təhqir edib: “Hərdən düşünürəm ki, bir insanı nə ilə qorxuzmalıdırlar ki, o belə iyrənc işlərlə məşqul olsun. Ola bilər ki, onu həbsdə ...... (təhqir-red.) və qorxuzublar ki, onların dediklərini etməsə, onun bu görüntülərini yaya bilərlər. Ona görə Eynullaya əsəbləşmək lazım deyil. Onun misalı əslində nə qədər bir iyrənc sistem tərəfindən idarə olunduğumuzun bir sübutudur.
Amma özümüzü bu iyrənclikdən qorumalıyıq. Eynulla Fətullayevlə Facebookda dost olmaq iyrəncdir. Belələri olsa mənim dost siyahımda onları siləcəm. Ona intervyu verən, onunla danışan insan sadəcə özünə hörmət eləmir. Onun yaratdığı saytlar da iyrəncdir. Onları oxuyub yayanları da dost siyahımdan siləcəm. Məndən intervyu almadığı halda bu insan mənim adımnan yalanlar yayır. İnsanların intim həyatına girir, nakişilik edir.
Mənim Eynullaya yazığım gəlir. İstəməzdim ki, kimsə onun aqibətini yaşasın”.
Eynulla Fətullayev bu təhqir və absurd ittihamlara daha sərt və kəskin cavab verib: “İlham Əliyevə tərcüməçilik edib, hakimiyyətin pullarını atan sən, türmədə Elton Quliyevin qabağında ağlayan sən, hökümətdən əfv diləyən sən... Anlayıram, Bakıya gəlməyə cürətin çatmır, ... (qeyri-etik-red.) qorxursan, amma zəng elə gəlim söhbətimizi çözək. Onsuz da səni yerin dibindən də olsa tapacam. İstənilən şəhərin adını de,... (qeyri-etik-red.) gəl orada görüşək səninlə. Bu sözləri sənə yedizdirəcəm”. Həmçinin E.Fətullayev status yazaraq barəsində yazılan təhqiri həzm etməyəcəyini vurğulayıb: “Emin Milli adlı bloqqer məni təhqir edib öz profilində. Hər şeydən öncə, biz kişiyik. Mən bu təhqiri yeməyəcəm. Emin Milliyə yazdım indi- birincisi kişi məktub vasitəsilə söyüş söyməz. Üzə deyər. İkincisi, yazdım ki, bilirəm Bakıya dönməkdən it kimi qorxursan. İstənilən şəhərin adını yaz- gəlim kişi kimi təkbətək söhbətimizi çözək. Amma yazmasa və gəlməsə, burdan deyirəm, istənilən yerdə Emin Millini tapıb onu cəzalandıracam. Emin Milli, binamus deyilsənsə, acazıq qeyrətin qalıbsa, görüş yerini təyin et. Gözləyirəm”.
Bolgexeber.com