BolgeXeber.Com » Analitika » DSMF sədrinin oğurluq dissertasiyası...

DSMF sədrinin oğurluq dissertasiyası...

29-07-2013, 17:35
Oxunub: 5 501 Səlim Müslümovun oğurluq dissertasiyası...

Bir müddət əvvəl Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işinin plaqiat olduğu barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Shneidmanın elmi işinin plagiatıdır və Səlim Müslümov həmin elmi işinin plagiat olduğunu yaxşı bildiyindən http://leb.nlr.ru/edoc/179285/ ünvanında yerləşdirilmiş disertasiyasına müəllif hüquqları qorunur adı altında baxmağa yasaq qoydurub. Oxucuların nəzərinə çatdıraq ki, Səlim Müslümovun 10 fevral 2006-ci ildə Kazan Dövlət Maliyyə və İqtisad İnstitutunda, Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işi iqtisad elmləri doktoru, professor Leonid Shneidmanın bir müddət əvvəl Rusiya Dövlət Universitetləri üçün yazdığı "Mühasibat nəzriyyəsi" kitabından köçürmələrdir. Eyni zamanda Səlim Müslümov elmi işinin desertasiyasında digər rus alimlərinin mühasibat uçotu, təhlil və audit islahatları nəzəryələrindən də istifadə edib. Məsələn DSMF sədri rus alimi Aleksandr Bakayevin " Rusiyada uçot sisteminin islahatı" elmi işinin bəzi hissələrinə istinad etmədən köçürüb. Bu barədə 30gun.az-a Kazan Dövlət Maliyyə və İqtisad İnstitutunda çalışan şəxsin verdiyi məumatlarda bildirilir ki, Səlim Müslümovun elmi işinin əhəmiyyətli hissəsi bir çox rus alimlərinin nəzəriyyələrindən köçürülüb. Elə bu baxımdan DSMF sədrinin disertasiyasını plagiat hesab etmək olar. "Səlim Müslümov özünün əməyi kimi rus alimlərinin elmi əsərlərini mənimsəməklə, bir sözlə elmi işlərin əhəmiyyətli hissəsinin vergülünə və noqtəsinə toxunmadan, "oğurluq" yolu ilə iqtisad elmləri doktoru adına layiq görülməsi biabırçı halıdır. Səlim Müslümovun elmi işini təhlil etdikdə açıq aydın plagiatlıqa yazıldığı görünür. Əsasən DSMF sədrinin bəzədilmiş elmi məqaləsi Leonid Shneidmanın elmi nəzəriyyələrindən olduğu kimi köçürülüb. Burda ümumi xarakterli fraqmentlər təşkil edilir. Məsələn L.Shneidmanın Rusiya Dövlət Universitetləri üçün yazdığı "Mühasibat nəzriyyəsi" kitabında olan bəzi fraqmetləri Səlim Müslümovun elmi əsəri ilə müqayisə etdikdə çarpan oxşarlıq müşahidə olunur. L.Shneidmanın müəllifi olduğu "Mühasibat nəzriyyəsi" kitabına nəzər yetirmək kifayyətdir ki, Səlim Müslümovun "orijinal dissertasiyası" məhz bu rus aliminin yazdığı kitabına istinad edilmədən yazılıb".

Qeyd edək ki, Kazanda yaşayan ziyalı soydaşımız yaxın günlərdə Səlim Müslümovun disertasiya işinin qovluğunu redaksiyamıza təqdim edəcəyinə söz verib. DSMF sədrinin elmi işini tərcümə etdikdən sonra isə redaksiyamızın əməkdaşları Səlim Müslümovun elmi işini rus alimlərinin elmi əsərləri ilə müqayisə edib oxucuların diqqətinə çatdıracaqlar.

Araşdırmamız davam edir. Bizi izləyin...