Ölkənin varlı deputatları-2
30-07-2013, 18:15
Oxunub: 6 528
Əhməd Vəliyev tibb sahəsinə, İsa Həbibbəyli restoran işinə, Rüstəm Xəlilov ticarət obyektlərinə, Əsabil Qasımov isə holdinq işlərinə baxır
Ötən günlərdə ölkənin varlı deputatları ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, araşdırmalarımız davam etdikcə yenilikləri diqqətinizə çatdıracağıq. Jam.az-ın apardığı müşahidələr nəticəsində əldə olunan məlumatlara görə, parlamentdə mandat sahibi olmuşlar arasında kasıb yoxdur. Əksinə, millət vəkillərinin hərəsi bir sahəyə nəzarət edir və ya orada təmsil olunur.
Varlı deputatlar sırasında aparıcı yerlərdən biri Əhməd Vəliyev tutur. «Odlar Yurdu» Universitetinə rəhbərlik edən millət vəkilinin nəzarətində həmçinin «Oksigen» Klinikası və «Sindibad» Turizm Mərkəzi də var. Bundan başqa, onun oğlu vasitəsi ilə şəhərdə bir neçə litsey açdığına dair məlumatlar da mövcuddur.
İkinci varlı deputatlardan biri kimi İsa Həbibbəylinin adı çəkilir. Maraqlıdır ki, bu millət vəkilinin nəzarətində ancaq restoranlar olduğu deyilir. Onların sırasında ən məşhuru isə «Karvan»dır. Həmçinin Həbibbəylinin daha bir şadlıq sarayı olduğuna dair bilgilər mövcuddur.
Digər bir varlı deputat isə Rüstəm Xəlilovdur. Qeyd olunan deputatın Sabirabad və Saatlı rayonlarında onlarla ticarət obyekti və restoranları mövcuddur. Bundan başqa, Xəlilov ətraf rayonlar da daxil olmaqla, üç rayonda xeyli sayda qohum-əqrabasını vəzifə ilə təmin edib. Həmçinin Araz qırağı ərazilərdəki münbit torpaqlardan da xeyli pay əldə etməyi bacarıb.
Varlılıq dərəcəsinə adı dillər əzbərinə çevrilmiş Əsabil Qasımov isə «Karat» Holdinqə başçılıq edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər