Tapdıq Abbas dövlətlə mətbuatın arasını vurmaq istəyir
31-07-2013, 09:50
Oxunub: 6 952
Bolgexeber.com xəbər verir ki,dünən "Space" telekanalında efirə gedən “Qərəzə qarşı” verilişində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas, Dia.az, Tia.az, Pia.az və o cümlədən Bolgexeber.com xəbər portallarının adını çəkərək onlar haqda qərəzli fikirlər bildirmişdir.Belə ki, Tapdıq Abbas adıçəkilən xəbər portallarını guya qərəzli mövqe sərgilələmələrini və reket jurnalistikası ilə məşğul olmaları haqda çəfəng fikirlər səsləndirmişdir.Ancaq T. Abbasın özünün, adını çəkdiyi mətbu orqanlara qarşı qərəzli olması elə ondan bilinir ki, qarşı tərəfdən heç kimin fikrirləri dinlənilməyib. Məsələyə münasibət bildirən Bolgexeber.com saytının rəhbəri Vasif Turan bizə açıqlamasında bildirdi ki, o T. Abbasın həqiqətə uyğun olmayan qərəzli fikirləri ilə bağlı artıq Mətbuat Şurasının katibi Rəhim Hüseynov və sədri Əflatun Amaşovla əlaqə saxlamış və söhbət etmişdir. Onların hər ikisi məsələdən xəbərdar olmamalarını bildirmişlər. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Mətbuat Şurasına Bolgexeber.com haqda indiyəcən heç bir şikayət daxil olmamasını vurğulayıb.Sədr həmçinin T.Abbasın səsləndirdiyi fikirlərin araşdırılacağını və bununla bağlı ölçü götürüləcəyini qeyd edib.Əslində T.Abbas bu qərəzli mövqeyi ilə təxribata yol verir,mətbu orqanlarda dövlətə qarşı narazıçılıq yaratmaq istəyir.Görünür oğluna verilən mənzilin müqabilində Mətbuat Şurasının üzvü bəzi azad mətbu orqanların tənqid etdiyi məmurların sifarişi ilə danışır və qara yaxmaqla adıçəkilən xəbər portallarını, o cümlədən həmişə obyektivliyi ilə tanınan Bolgexeber.com-u susdurmaq istəyir.
Mövzuya qayıdacayıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər