BolgeXeber.Com » Analitika » ABŞ-da yaşayan biznesmenə Fuad İbrahimov tərəfindən qurulan BÖYÜK OYUN-FOTO,VİDEO

ABŞ-da yaşayan biznesmenə Fuad İbrahimov tərəfindən qurulan BÖYÜK OYUN-FOTO,VİDEO

22-07-2021, 10:26
Oxunub: 9 944 Bolgexeber.com xəbər verir ki, ABŞ-da yaşayan biznesmen Hüseynov Ağası Hüseynağa oğlu Qaynarxett.az-a  müraciət edərək xalası oğlu və uşaqlıq dostu İbrahimov Fuad Maarif oğlu tərəfindən dələduzluğa məruz qaldığını, doğma ölkəsinə qayıda bilmədiyini, Bakının mərkəzindəki yeganə evinin də əlindən alındığını bildirir. 


Ağası Hüseynov Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya video-müraciətini ictimailəşdirməyi və aidiyyatı qurumların nəzərinə çatdırmağı xahiş edir:
"Hörmətli redaksiya. Artıq beş ilə yaxındır ki, mən Hüseynov Ağası Hüseynağa oğlu xalam oğlu İbrahimov Fuad Maarif oğlu tərəfindan Bakıda olan yeganə evimin əlimdən alınmaması ilə bağlı məhkəmələrdə mübarizə aparıram. Fuada dəstək olan Azər Cəfərovdur. Onların həm də bir-birilə qohumluq əlaqəsi var. Fuad Azərin vasitəsilə məni şərləyir.
Onun məndə bizneslə bağlı 36500 $ pulu qalmışdı və o pulun yerinə qiyməti 70 000 $ olan antikvar, 1966-cı il istehsalı olan "Mercedes 250S"-i istədi. Mən də razılıq verdim. Səhvim onda olub ki, mənim nümayəndəm borc müqaviləsindən sonra avtomobili Fuadın yox, onun qaynatası Vaqif Güliyevin adına rəsmiləşdirmişdir. 

 
Ondan sonra bu dələduz Fuad da belə bir plan qurub ki, qaynatası məhkəmədə yalan ifadə versin ki, həmin avtomobili ona özünə çatacaq borc əvəzi veriblər və onun kürəkənilə xalası oğlunun arasında olan mübahisədən xəbəri yoxdur.
Məhkəmə zamanı belə də oldu. 76 yaşda olan “ağsaqqal” məhkəmədə yalan danışdı və üzə durdu ki, avtomobili Ağası mənə olan borcuna görə verib. Heç bir təsdiq sənədi olmadan.
Onların məqsədi o olub ki, mənim Bakının mərkəzində olan, yeni tikilmiş 192 kv evimə sahiblənsinlər. Mənim yeganə evimdə 71 yaşlı atam yaşayır. Artıq onların əlində borc müqaviləsi olduqdan sonra Azər Cəfərovun köməyi ilə iddia qaldırırlar va ağlasığmaz “virtual borc”u boynuma qoyub yeganə evimi əlimdan alsınlar.
Beş ilə yaxın müddətdə olan məhkəmələrin əksəriyyətini onlar udublar və axırıncı məhkəmə 08/07/2021-ci il tarixli Apellyasiya məhkəməsi oldu. Hakim Şeyda Məhərrəmova əsassız va qanunsuz olaraq evin müsadirə olunmasına rəy verdi.
Toğrul Axundov Yasamal Rayon Məhkəməsinin hakimi və Şeyda Məhərrəmova Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Azər Cəfərovun və keçmiş Apellyasiya Məhkəməsinin sədri İman müəllimin göstərişi ilə hərəkət edərək, ailəmizin sonuncu yaşayış mənzilini əlimizdən almağa qərar veriblər.
Mən ABŞ-a 2016-ci ildə həyat yoldaşımın Universitetə daxil olması ila bağlı gəlmişəm. 2005-ci ildən Amerikada iş adamı kimi fəaliyyət göstərirəm.
2001-ci ildə İbrahimov Fuad Maarif oğlu Ekologiya və Təbii Sərvətler Nazirliyində işləyərkən külli miqdarda pul mənimsədiyi ücün işdən qovulmuş və DTX tərəfindan saxlanılmışdır. Lakin anası UZI həkimi Gülər İbrahimovanın tanışları vasitəsi ilə oradan çıxarılmışdır.
Bildiyimə görə Fuad İbrahimov "Forex"də külli miqdarda pul uduzub və indi o pulu məndən çıxarmaq niyyətindədir.
O, 2014-2015-ci illərdə C.Cabbarlı küçəsində yerləşən "Forex" ofisinin sahibi olub.
Fuad İbrahimov 1993-ildə “İmkan” qrupunun solisti (sintezator ustası) və 1993-1998-ci illərdə toylarda “Sintezator Fuad” kimi fəaliyyət gostərib.
 

Vagif Guliyev Fuad Ibrahimovun gaynatasi
 Vaqif Quliyev - Fuad İbrahimovun qaynatası Fuad İbrahimovun hazırda olan evləri:
Mətbuat prospekti 40 və Həsən Zərdabi 89 (hər iki mənzil Yasamal rayonundadır),
3 G.Məmmədov küçəsi 3, mənzil 124 (Xətai rayonu).
Şəfayət Mehtiyev küçəsi 1054-də hətta 4 ədəd evi var: m60, m142, m23, m278. Həmin binada əlavə 1 ev də var: atası Maarif İbrahimovun adına.
Qaynatası Vaqif Güliyevin də adına evi var: A.Hüseynov 7, mənzil 352.
Əlavə olaraq, Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsi də var. 
Hörmətli, redaksiya! Sizdən xahiş edirəm ki, aşağıda sizə təqdim etdiyim Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya video-müraciətimi də ictimailəşdirəsiniz. Qoy, Azər Cəfərov və Fuad İbrahimovun qanunsuz əməllərindən hamı xəbərdar olsun. 
Ümidvaram ki, Haqq və Ədalət gec-tec öz yerini tutacaq!
Hörmətlə: Hüseynov Ağası Hüseynağa oğlu ABŞ."