BolgeXeber.Com » Analitika » Daxili İşlər nazirliyinin yüksək çinli əməkdaşları Sumqayıtda qumarxanalara himayədarlıq edir

Daxili İşlər nazirliyinin yüksək çinli əməkdaşları Sumqayıtda qumarxanalara himayədarlıq edir

2-08-2013, 13:40
Oxunub: 5 451 Sumqayıtda Koroğlu küçəsi ilə Üzüyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Milan” daha aktiv və arxayındır

Sumqayıt şəhərində baş alıb gedən qumarxanalardan və fahişəxanalardan alınan rüşvət buna subutdur. Bu səıbəbdən də belə hallar polisin marağında deyil. Son zamanlar Sumqayıt şəhərində gizli kazino və qumarxanalar fəaliyyət göstərir. Gizli qumarxanaların fəaliyyəti isə Sumqayıt polisinin gözü qarşısında baş verir. Şəhərdə tuğyan edən qumarxanaların fəaliyyətinə polis müdaxilə etmək niyyətində deyil. Əksinə şəhər qumarxalarına "krışalıq" edən polislər onların fəaliyyətindən külli miqdarda qazanc əldə edirlər.
Sumqayıt şəhər sakinlərinin verdiyi məlumatlara görə, bir müddət əvvəl Sumqayıt şəhər Polis İdarəsinə İnterpoldan təyinat alan general-mayor Sahib Mirzəyev ilk günlər şəhərdə qayda-qanun yaratmaq görüntüsündən başlayaraq Sumqayıtın qeyri-leqal gəlirlər gətirən obyektlərinin siyahısın tutub. Bunların sırasına qumarxanalar da daxildir. Həmin qumarxanalara aylıq "taksa" müəyyənləşdirən Sahib Mirzəyevin qorxusundan isə indi Sumqayıtın "kazino kralları"na gözün üstə qaşın var deyən tapılmır. Elə bu səbəbdən də şəhərdə kazino və qumarxanalar rahat fəaliyyət göstərir.
Məsələ ilə bağlı əməkdaşlarımızın son bir həftə ərzində Sumqayıtda gizli araşdırma apararaq 16 kazino aşkarlayıb. Əslində şəhərdəki qumarxanalarla bağlı əməkdaşılarımız ,həmin klubların sahiblərindənı konkret məlumat ala biliblər. Onların dediyinə görə hər kəsin hesabını veririk onun üçündə nə istəyirsiniz yazın. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, qumarxana sahibləri cəkinmədən, Sumqayıt şəhər Polis idarəsinə ayda 1000 manat, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə, ayda 1500 manat, Daxili işlər nazirliyindəki himayədara isə hər bir qumarxana sahibindən 500 manat xərac verdiklərini deyirlər.
Sumqayıtda Koroğlu küçəsi ilə Üzüyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Milan” daha aktiv və arxayındır. Hansı ki, axşam saat 8-dən sonra çox rahat şəkildə kazino kimi fəaliyyət göstərir. Kazinonun sahibi Süleyman adlı şəxsdir. Qumar “karyerası”na futbol klublarda koiffisent yığan kimi başlayıb. Bu sahədə təcrübə topladıqca püxtələşib. İndi özü kazino sahibi olub. Deyir ki, kazıno qanunla ciddi yasaqlansa da işlətməyə heç bir problem yoxdur.Çünki güc strukturlarının hər birinin haqqı çatır. Yoxsa bir dəqiqə belə işləməyə qoymazlar. Konkret “Milan”a gəldikdə isə buranı himayə edən Sumqayıt Polis İdarəsində rəis müavinı və Sahib Mürzəyevin sağ əli kimi tanınan “Çakır” ləqəbi bir polis zabitidir. Süleyman əməkdaşlarımıza dediklərinə görə, onun obyekti şəhərdə ortabab kazino kimi tanınır. Ən gəlirli kazıno yunan-roma güləşi üzrə dünya çempionu Arifin 18-ci mikrarayonda, “Elmar” marketin sırasında yerləşən obyekti sayılır. İdmandakı uğurlarına görə, ona dəyib dolaşan yoxdu. Çünki Sumqayıt şəhər Polis idarəsinin rəis müavini, Daxili İşlər nazirinin yaxını sayılan Sülayman "Çakıra" ləqəbi ilə tanınan şəxsə haqqını verib işləyən qumarxana sahibləri hətta onun mobil telefonuna zəng edib bizləri şikayət edəcəkləri ilə hədələməyi də unutmadılar. “555” və “Şəms” klublarını qumarxana kimi işlədən şəkili uşaqların hamısi də polislə əlaqəli işlədiklərini dedilər. Şəkililərdən biri isə əsəbi halda Milli Təhlükəsizlik nazirliyinin Sumqayıt şəhər idarəsində işləyən adamımız da var dedi.
Bundan başqa özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, şəhərdə belə kazinolar, bir qayda olaraq, dəniz kənarındakı istirahət mərkəzlərində, binaların zirzəmilərində fəaliyyət göstərir. Kazinolara gələnlər arasında şəhərin yerli məmurlarının övladları da var. Onların əksəriyyəti isə narkotik vasitələrin alüdəçiləridir. Məmur övladları vaxt tapan kimi, azarlarını öldürmək üçün həmin gizli qumarxanalara üz tuturlar.

Söz ardı:Süleyman Elçin adlı adamın adını çəkəndən sonra əməkdaşlarımıza bildirib ki, əslən Şəkidən olan gənclərdən birinin hüquq müdafiəçisi Elçin Behbudovla qohumluğu varmış. İcra hakimiyyətinin yanında, “Azərbaycan” prospektində ,əvvəllər “Roma” klub kimi tanınan qumarxananı isə Aydın adlı şəxs işlədir. Süleymanın sözlərinə görə həmin qumarxanın da “icazəsini” Çakır verib. Aylıq pulu isə obyektlərdə elə bu Süleyman özü yığıb rəisə çatdırır.
Ümidvarıq ki, Daxili işlər naziri Ramil Usubov Sumqayıtda mövcud olan bu biabırçı halın araşdırılmasına dair lazımi qanuni tədbirlər görülməsinə göstəriş verəcək.
P.S. Sumqayıtda fəaliyyət göstərən fahişəxanalar və onların sahiblərinin "pərdəarxası"görüntüləri, eləcə də Kazinolarda müştərilərin necə aldadılması, xalın alınması, qumar biznesindən əldən edilən gəlirlər və konkret olaraq hesab alanla eləcədə hesab verənlər haqda çox ciddi şok yaradacaq yazını oxuculara təqdim edəcəyik. Bizi izləyin...


Azerinews