Nəqliyyat naziri Abbas Abbasovun yerinə gətirilir
2-08-2013, 16:00
Oxunub: 6 786
O, baş nazirin müavini kimi nəqliyyat sahəsini və Rusiya ilə əlaqələri kurasiya edəcək
Nəqliyyat naziri Ziya Məmmədov baş nazirin keçmiş müavini Abbas Abbasovun yerinə gətirilir. Bu barədə “Azadlıq”a daxil olan məlumatda iddia edilir ki, nəqliyyat naziri ilə bağlı yeni təyinat yaxın günlərdə baş tuta bilər. Ziya Məmmədov baş nazirin müavini kimi nəqliyyat sahəsini və Rusiya ilə əlaqələri kurasiya edəcək.
Nəqliyyat naziri postuna kimin təyin ediləcəyinə gəlincə, bildirilir ki, Ziya Məmmədovun müavini Musa Pənahov və “Azəryolservis”in rəhbəri Cavid Qurbanov arasında seçim ediləcək. Nazir postuna məhz bu iki şəxsdən birinin gətriləcəyi bildirilir.
Ziya Məmmədovla bağlı yeni təyinat hakimiyyətdə birmənalı qarşılanmayıb. Nəqliyyat nazirinin rəqibləri, xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ciddi narahat olub. Bildirilir ki, onlar bu təyinatı Ziya Məmmədovun baş nazir postuna gətirilməsinə hazırlıq kimi dəyərləndirirlər.
Yeri gəlmişkən, Ziya Məmmədov baş nazir postu uğurunda mübarizə aparan məmurlardan biridir. Kəmaləddin Heydərov da bu posta iddialıdır. Onun narahatçılığı baş nazir vəzifəsinin əldən çıxacağı ilə bağlıdır. Ramiz Mehdiyevin narahatçılığının kökündə isə Ziya Məmmədovun Paşayevlərə yaxın olması dayanır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər