Bakıda kənd təsərrüfatı məshullarının qiymətləri bahalaşacaq
4-08-2013, 11:25
Oxunub: 6 349
Bakıda kənd təsərrüfatı məshullarının qiymətlərinin bahalaşa bilər. ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun fikrincə qiymət artımına Bakıda bazarların bağlanması, yerində ixtisaslaşməş iri marketlərin açılması səbəb olacaq.
“Təbii ki, mən şəhərin mərkəzində olan bazarlar kənarlara köçürülməsinin tərəfdarıyam. Bu həm sanitariya, həm də tıxac baxımından məqsədəuyğundur. Amma daha bütün bazarların bağlanması arzuolunan deyil. Bu bazarların bir üstün cəhəti də odur ki, burada qiymət fermer və alıcı arasında danışılaraq müəyyən olunur. Bu vaxt da qiymətlər nisbətən alıcının istəyinə uyğunlaşdırılır və bu da stimul verir ki, alıcılar bu bazarlara üstünlük versinlər. Bazarlarda xərclər də nisbətən azdır. Satıcıların xüsusi dükanları və ya digər şəraitləri olmadığından qiymətin nisbətən ucuz olmasına şərait yaradır. Amma marketlər şəraitində təbii ki, bir sıra xərclərin olması zəruri olacaq. Bu da qiymət artımına səbəb olacaq.
Marketlərin yaranması fermerlərin öz məhsullarının satmasına əngəl yarada bilər. Çünki, bu marketlərdə bəzi insanlar şəxsi məhsullarının satılmasına maraqlı olacaqlar. Bu isə bu sahə ilə məşğul olan insanların maliyyə imkanlarına mənfi təsir göstərəcək”, - Bayramov əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər