BolgeXeber.Com » Analitika » İqtisad Universitetində şok olay

İqtisad Universitetində şok olay

5-08-2013, 09:25
Oxunub: 7 476 Minəxanım Məmmədovanın ölümünə Damət Bağırov bais olub

Məlum olduğu kimi bir müddət bundan əvvəl, Azərbaycan İqtisad Universitetinin (ADİU) professoru, rektorun müşaviri Bədirxan Musayevin həmin universitetin rektoru, Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevə qarşı irəli sürdüyü kəskin ittihamlar böyük ictimai rezonansa səbəb olmuşdu. Həmin vaxt B.Musayev mətbu orqanlarından birinə müraciət edərək öz ittihamlarını yazılı formada təsdiq də etmişdi. İttihamlarda qəti formada bildirilirdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bu təhsil ocağında korrupsiya hallarının çiçəklənməsi üçün son dərəcə əlverişli şərait yaratmışdır. İlk növbədə B.Musayev iddia edirdi ki, hər növbəti semestrin sonunda prorektor və tədris bölməsinin müdiri vasitəsilə dekanlardan külli-miqdarda rüşvət yığılır. Təhsil prosesində istənilən maxinasiya xarakterli qeyri-qanuni əməllərin konkret qiymətlərini göstərən Bədirxan Musayev bildirir ki, bu məbləğləri ödəməklə universitetin müəyyən fakültələrinə qeyri-qanuni tələbə qəbuluna, ali məktəbə yenidən bərpa olunmağa, dərs buraxmalarının silinməsinə və s. nail olmaq olar. Həmçinin məlumatda universitetin kafedra və dekanlıqlarına rəhbər vəzifələrin konkret qiymətlərə satılması və hətta burada fəaliyyət göstərən yeməkxana və bufetlərin də ayrıca rüşvət mənbəyi olduqları bildirilir. B.Musayev universitetdə aparılan təmir-tikinti işlərində olan maxinasiyalara da toxunaraq bildirib ki, bu işlərin layihə-smeta dəyəriləri məbləğinin 40 faizi rektora çatır. Bu maxinasiyaları daha etibarlı şəkildə həyata keçirmək üçün isə Şəmsəddin Hacıyevin təmir-tikinti işlərini qardaşı və qardaşı oğluna, mühasibatlığı isə baldızı qızına həvalə etdiyi bildirilir. Universitetin cari idarəetməsi kürəkəni və həyat yoldaşının əlindədir.

B.Musayev Şəmsəddin Hacıyevin qeyri-qanuni pul yığımlarını həyata keçirən universitet əməkdaşlarının adlarını da bir-bir açıqlayır. Bu siyahıda tədris şöbəsinin müdiri Əsəd Mirzəyev, maliyyə fakültəsinin dekanı Damət Bağırov, rektorun kompüter şirkətinin rəhbəri Bəhruz Abdullayev, YAP-ın universitet şöbəsinin sədri Zəfər Bayramov da öz yerlərini almışdılar. Qeyd edək ki, Damət Bağırov hazırda universitetin Tədris və təlim texnologiyaları üzrə prorektorudur. Bu arada isə redaksiyamıza D.Bağırovun ADİU-nun əməkdaşı Minəxanım Məmmədovanın qətlinə aidiyyatı olması barədə ilginc məlumatlar daxil olub. Xatırlayırsınızsa, ötən ilin yanvar ayında ölkənin müxtəlif informasiya vasitələrində təxminən belə bir məzmunlu xəbər yayımlanmışdı: “Azərbaycan İqtisad Universitetinin işçisi intihar edib. Universitetin tələbələrindən verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. İntihar edən şəxs universitetdə texniki işçi kimi çalışan, 1967 təvəllüdlü Məmmədova Minaxanım olub. O, evində sirkə turşusu içərək, özünə qəsd edib. Faktla bağlı araşdırma aparılır.” Lakin təəssüflər olsun ki, bu araşdırmalar intiharın əsil səbəbinin müəyyənləşdirilməsi ilə nəticələnmədi. Həmçinin nə şəxsi həyatında, nə də iş yoldaşları ilə münasibətlərində heç bir problem yaşamayan bu gənc və sağlam xanımı belə bir addım atmağa təhrik etmiş insanın adı da açıqlanmadı. Bəli, biz bilərəkdən bu cümlədə həmin şəxsin adının müəyyənləşdirilmədiyini yox, məhz açıqlanmadığını vurğuladıq. Çünki onun kimliyi əslində universitetdə hər kəsə məlumdur. Tia.az-a daxil olan məlumatlarda bildirilir ki, Minəxanım Məmmədovanın ölümünə bais məhz Damət Bağırov olub. Sadəcə Damət Bağırov rektor Şəmsəddin Hacıyevin sağ əli olduğu üçün məsələ ört-basdır edilib...