BolgeXeber.Com » Analitika » Pandemiya və təbii fəlakətlər dünyada əhali sayını azaltmaq üçündürmü - iddiaya reaksiya

Pandemiya və təbii fəlakətlər dünyada əhali sayını azaltmaq üçündürmü - iddiaya reaksiya

24-08-2021, 10:21
Oxunub: 7 616

Fikrət Yusifov: “Ailədə uşaqların sayının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etmək olar”

Dünya əhalisinin sayı sürətlə artır və bu, həm ərzaq tələbatının sürətlə artmasına, həm ekologiyanın çirklənməsinə, həm də digər bir çox problemlərə gətirib çıxarır. İndi dünyada eləcə də Azərbaycan cəmiyyətində elə bir fikir tez-tez səslənir ki, böyük güclər insan sayının azaldılması və 7 milyardı ötən dünya əhalisinin yarıdan çoxunun müxtəlif səbəblərdən qırılması planları qururlar. Çünki yer kürəsində əhalinin sayı sürətlə artır, 2050-ci ilə kimi 10 milyardı keçəcəyi ilə bağlı proqnozları var. Bunun  isə insanların qida, geyim və digər vacib tələbat məhsulları  təminatında ciddi problemlər yaranacağı söylənilir. Böyük humanitar fəlakətin yaşanacağı haqda öncəgörmələr səsləndirilir. Müharibələrin, xəstəliklərin, daşqınların, yanğınların və s. bu kimi tibbi-təbii, texnogen qəzaların, olayların qəsdən yaradıldığı, bir və ya bir neçə mərkəzdən idarə olunduğu iddiaları var. Bu fikirlər zaman-zaman filmlərdə də öz əksini tapır. Deyilənə görə, yaxın on illiklərdə insan artımının  qarşısı müxtəlif vasitələrlə alınacaq, həmçinin mövcud insan sayı da azaldılacaq. Bəzi hesablamalara görə, Yer kürəsində 1-2 milyard insan kifayət edir. Bu sayda insan qalarsa, dünyanı rahat idarə etmək mümkün olacaq. Bəs görəsən, bu iddialar nə dərəcədə əsaslıdır, nə dərəcədə həqiqətə uyğundur?
Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az
Qabil Hüseynli 
“Yeni Müsavat”ın suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, bunlar əsassız fikirlər və boş düşüncələrdir: “Bu fikirlər ciddi şəkildə əsaslandırılmır.  Bu fikirlər anti-humanist mahiyyətinə görə siyasi dairələr tərəfindən qəbul edilə bilməz. Dünyada əhalinin artımı bir faktdır. Bununla yanaşı, ekoloji böhranın yaşandığı da bir faktdır. Dünyada ekoloji balansın pozulması göz önündədir. İnsanların sayının artması onların sağlamlığına, daha yaxşı yaşamasına mane olan amilləri də artırır. Ona görə də guya hansısa dairələrin əhalinin artımını bu şəkildə tənzimləmək istəməsini bölüşmək də çox çətindir. Bütün dünya pandemiya ilə mübarizəyə çalışır, peyvəndlər yaradılır. Dövlət başçılarının özünün də koronavirusa yoluxması faktları var.  Bu bir daha göstərir ki, koronavirus idarəedilən bir situasiya deyil. Bəşəriyyət artıq bu pandemiyanın mənfi nəticələri ilə üz-üzə gəlib və  bütün potensialını koronavirusun nəticələrini aradan qaldırmağa yönəldib. Koronavirus təkcə insanlar arasında xəstəliklərin yaradılmasından ibarət olmadı, iqtisadi sahədə göstəricilərin pisləşməsinə səbəb oldu,  ümumdünya iqtisadi böhranı ilə müşayiət olundu. Bu səbəbdən inkişaf etmiş ölkələrin iqtisadi və hərbi potensialına zərbə vuran bu virusun idarə olunan bir proses olduğuna inanmıram. İndi dünyada cəmi 13 ölkə texnologiya istehsal edir. Bu ölkələrin siyahısına baxdıqda görərik ki, onların hamısında korona şiddətlə tüğyan edir. Ona görə də bu əsassız iddialardır”.
Səlim Müslümovun naziri olmuş şəxsdən sensasion açıqlamalar
Fikrət Yusifov
İqtisadçı alim Fikrət Yusifov bildirdi ki, dünyada insanlar arasında bu fikirlər hər zaman olub: “Xüsusən də koronavirusun meydana gəlməsindən sonra bir daha bu məsələ gündəmə gəldi. Bizim cəmiyyətimizdə,  eləcə də bütün dünyada koronavirusa qarşı vaksinasiya prosesinə münasibətdə insanlıq iki yerə bölünüb. İnsanların 50 faizi vaksinə inanır, 50 faizi  isə birmənalı şəkildə bunu inkar edir. Hesab edirlər ki, vaksinasiya da hər hansı bir məqsəd ortaya qoyulub, vaksin vurulandan bir müddət  sonra öz pis nəticələrini göstərəcək”.
F.Yusifov da vurğuladı ki, qaranlıq məqamlar çoxdur: “Təbii ki, dünyada əhalinin sayı sürətlə artır.  Son yüz illik artım dinamikasını təhlil etsək, görərik ki, son illərdə əhalinin sayı daha sürətlə artır. Dünya səviyyəsində resursların məhdudluğu insanları düşünməyə vadar edir. Mən hesab etmirəm ki, deyildiyi kimi, bu proses məqsədyönlü şəkildə idarə edilir. Ancaq problemlər var. Neçə il bundan öncə kimin ağlına gələ bilərdi ki, süni ət istehsalına başlanılacaq və ya bu qədər süni yeməklər istehsalı baş tutacaq. 30-40 il bundan qabaq o haqda düşünmək o qədər də real deyildi, amma bu gün bütün dünya buna gedir. Getdikcə də bu proseslər daha da təkmilləşir. Çünki dünya əhalisinin sayı getdikcə artır və artan insan sayının tələbatını ödəmək lazım gəlir. Qida məhsullarına olan tələbat böyük bir tələbə çevrilir. Bunu da müxtəlif yolla həll etməyə çalışırlar. Bütövlükdə, bu suala birmənalı şəkildə cavab vermək çətindir ki, bu proseslər hansı məqsədlərlə aparılır. Təbii fəlakətlərin, pandemiyaların idarə edilməsi haqqında fikirlər səslənir. Ancaq əgər hansısa virus vasitəsilə insanların sayının azaldılması qarşıya məqsəd qoyulubsa, digər tədbirlər görməklə də etmək mümkündür. Məsələn, ailədə uşaqların sayının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etmək olar. Vaksini az qala qanunla məcburi etmək səviyyəsinə gətirib çıxarıblar.  Vaksin vurdurmayan  insanlar heç yerə buraxılmayacaq. Bu məcburiyyətləri bir başqa formada da tətbiq etmək olar. Ailədə dünyaya gələn uşaq sayını tənzimləməklə, dünyada əhalinin artımını müəyyən qədər azaltmaq olar”.
Nərgiz LİFTİYEVA