Yetimlərin evindən əldə olunan 2 milyon dollar pul nəqliyyat nazirinə çatıb?
6-08-2013, 14:20
Oxunub: 6 358
Nəqliyyat naziri Göyçaydakı 2 hektardan əldə etdiyi pulla oğluna villa tikdirib
Göyçayda uzun illərdən bəri fəaliyyət göstərən internat məktəbi bağlanıb. Məktəbə məxsus 2 hektar ərazi isə rayonun icra başçısı Mənsur Məmmədov tərəfindən satılıb. Bolgexeber.com sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, Mənsur Məmmədov bu əməliyyatı onu bu vəzifəyə təyin etdirən nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə həyata keçirib.
Məlumatda vurğulanır ki, internat məktəbə məxsus 2 hektar torpaq sahəsinin hər sotu 10 min manata satışa çıxarılıb. Artıq ərazidən əsər-əlamət qalmayıb. Bakıdan və yerli imkanlı adamlar internatın həyətinə çoxdan sahib olublar.
Məlumatlarda vurğulanır ki, yetimlərin evindən əldə olunan 2 milyon dollar pul isə nəqliyyat nazirinə çatıb. Belə ki, həmin pulla da Göyçayda nazirin oğlu Anar Məmmədova villa tikilib.
Məsələ ilə bağlı adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər