Yalama keçid məntəqəsində rəis hegemonluğu
6-08-2013, 16:20
Oxunub: 6 809
Binə ticarət mərkəzindən Dağıstana geyim əşyaları daşıyan vətəndaşlar bildirirlər ki, Yalama Keçid Məntəqəsində özbaşınalıq və hegemonluq baş alıb gedir.
Bizimxeber.az-a daxil olan məlumata əsasən Yalama Keçid Məntəqəsinin rəisi Allahverdi müəllim vətəndaşları pul vermədikdə Xaçmaz Yalama Dəmir yol polisinə apartdırır. Mənbənin sözlərinə əsasən apardıqları geyim əşyalarına görə dövlət rüsumundan əlavə olaraq 500-1000 rus rublu ödəmədikləri halda malları əllərindən alınaraq saxlama məntəqəsinə, vətəndaş isə Yalama Dəmir Yol polisinə göndərilir. Hətta bu azmış kimi vətəndaşın üzünə dörd nəfər öz işçilərin şahid kimi durdurur, güya gömrük işçilərini təhqir etdiklərini sübut edirlər.
Bizə müraciət edən Arzu adlı vətəndaş dəfələrlə belə haqqsızlıqların şahidi olub. Hal-hazırda bu məlumat yazılarkən adı çəkilən Arzu Yalama Dəmir Yolu Polisindən zəng edərək məlumatı bizə verdi. Arzu Abdullayev haqlarının tapdandığı üçün aidiatı qurumlara səslənərək hüquqlarının bərpasını istəyir.
Qeyd edək ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, böyük və kiçik sahibkarları incitmək olmaz. Ancaq deyəsən Yalama Keçid Məntəqəsinin şefi Allahverdi müəllimə prezidentin göstərişləri aid deyilmiş. Mövzu diqqətimizdədir. Qarşı tərəfin mövqeyin dinləməyə və dərc etməyə hazırıq.
reportyor.tv
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər